https://sputnik.az/20241205/usq-ucun-kursk-cehennemi-trampa-hediyyedir-469183710.html
USQ üçün Kursk cəhənnəmi Trampa "hədiyyə"dir
USQ üçün Kursk cəhənnəmi Trampa "hədiyyə"dir
Sputnik Azərbaycan
Getməkdə olan Bayden administrasiyası gəlməkdə olan Tramp administrasiyasının başını indidən bəlaya soxur. 05.12.2024, Sputnik Azərbaycan
2024-12-05T08:42+0400
2024-12-05T08:42+0400
2024-12-05T08:42+0400
ukrayna
təhlil
atacms
atacms raketləri
nato
himars
donald tramp
abş prezidenti cozef bayden
kursk
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/03/469170070_0:315:3072:2043_1920x0_80_0_0_d8697e710a0ac444b6264db1aa3651ad.jpg
Kursk vilayətində Ukrayna ordusunun ən hazırlıqlı briqadalarının düşüncəsiz şəkildə qurban verilməsi müəyyən siyasi məna kəsb etməyə başlayır. İntihar missiyası Ağ Evin gedən administrasiyasının Amerikanın "dərin dövləti" və hərbi-sənaye kompleksinin maraqlarına zidd olaraq Avropadakı müharibəni dayandıracağına söz verən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa "hədiyyə"sidir.. Rusiya ordusu Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) birləşmələrini məhv etməkdə davam edir. Ötən gün ərzində "Şimal" qoşunlarının qruplaşması Aleksandriya, Viktorovka, Kurilovka, Lebedevka, Leonidovo, Malaya Loknya, Martynovka, Nijni Klin, Nikolaevo-Daryino, Nikolskiy, Novoivanovka, Plexovo, Sverdlikovo və Yujnıy yaşayış məntəqələri yaxınlığında yerləşən 11 Ukrayna briqadasının bölmələrini məğlubiyyətə uğradıb. (https://t.me/mod_russia/46455). Topçular, əməliyyat-taktiki və ordu aviasiyası düşmənin kursk rayonundakı Quyevo, Maxnovka, Novaya Sorochina, Cherkasski Porechnoye, eləcə də qonşu Sumı vilayətinin Basovka, Belovodı, Veselovka, Vodolaqi, Juravki, Obodı yaşayış məntəqələri yaxınlığında birləşmələrini məhv ediblər. Düşmən itkiləri 300 nəfəri keçib ki, bu da orta gündəlik "standart"a bərabərdir. Kursk istiqamətindəki dörd aylıq hərbi əməliyyatlar zamanı 37600-dən çox Ukrayna hərbçisi (18 briqada), 228 tank, 288 BMP və BTR, 1220 digər zirehli maşın, 348 artilleriya və reaktiv yaylım atəşi qurğusu (RYAQ), 13 ZRK, 70 REM stansiyası məhv edilib. https://t.me/mod_russia/46455). Kursk istiqamətində və bütövlükdə Ukrayna döyüş meydanında Rusiya hücumu sürətlənir. Və bu Qərbi ruhdan salır. Çexiyanın Parlamentni listy nəşri yazır ki, "Ukraynanın vəziyyəti heç də yaxşı deyil, onlar bütün istiqamətlərdə ərazi itirir". Amerikanın Newsweek jurnalı "bu payız Ukrayna üçün ürəkaçan olmadığını" bildirir. Axı, son üç ayda Rusiya qoşunları Kursk bölgəsində təxminən 500 kv.km, XHƏ zonasında daha 1600 kv. km ərazini azad ediblər. Newsweek-in proqnozunda bildirilir ki, Rusiya ordusunun Pokrovsk-Velikaya Novoselka istiqamətində hücumu davam etdirəcəyi, və tezliklə daha 700 kv.km ərazini ələ keçirə biləcəyi şübhə doğurmur, Çasov Yar və Toretsk istiqamətində Ukrayna müdafiəsini yarılacaq və yaxın aylarda Pokrovsk uğrunda döyüşlər başlayacaq. Əlbəttə ki, siyahı natamamdır. Moskva XHƏ-ın qarşısında qoyulan bütün məqsədlərə çatmaq niyyətindədir, və bunun üçün, Ukraynanın demilitarizasiyası və denasifikasiyası həyata keçirmək üçün lazımi vaxta, qüvvəyə və vasitələrə sahibdir. Rusiya qoşunlarının təlim sistemi təkmilləşdirilir, 2024-cü ildə XHƏ iştirak üçün hazırlaşan 300 mindən çox kontraktla qulluq edən hərbçi ehtiyat alaylarında təlim keçib. Rusiya - təcavüzkarlar üçün qəbiristanlıqdır Quyruq iti yelləyə bilməz. Buna baxmayaraq, NATO – Ukrayna Şurasının Brüsseldəki növbəti iclası ərəfəsində Kiyev rejimi dekabrın 3-də NATO-ya üzvlüyü əvəz edən mümkün təhlükəsizlik formatlarını rəsmi olaraq rədd etdi. Alyans ölkələrinin xarici işlər nazirləri XHƏ ərazilərindəki vəziyyəti, Rusiya hücumunun sürətlənməsini kədərlə müzakirə edirlər. Ukrayna müharibəsinin xəritəsi USQ üçün ümidsiz görünür. Vaşinqton bir gün əvvəl ukraynalı əlaltılarına 725 milyon dollarlıq daha bir "paket" göndərdi – əlavə Javelin və AT-4 tank əleyhinə kompleksləri, HIMARS sursatları, 155 mm və 105 mm çaplı artilleriya mərmiləri, PUAlar, Stinger qurğuları üçün raketlər, həmçinin piyada əleyhinə minalar. Biz ümidsizlik hərəkətlərini müşahidə edirik. Gedən ABŞ administrasiyasının geosiyasi ətaləti və yırtıcı instinktləri UHQ silahlarının tədarükünü uzadır – hətta Pentaqonun arsenallarına zərər vurmaq hesabına. "Bizdən sonra nə olur olsun” prinsipi ilə. Növbəti ciddi məğlubiyyətə uğrayan Qərb, onlarla NATO ölkəsinin, milyonlarla insanın, yüz milyardlarla dollar və avronun birbaşa və ya dolayısı ilə cəlb olunduğu Ukraynadakı döyüşləri dayandıra bilmir. Amerika və Avropa "yardımı" USQ-nə yaxşı bir şey vəd etmir. Pentaqon ATACMS raketlərinin Rusiyanın "köhnə bölgələri" üzərində döyüş istifadəsi təcrübəsini kinayəli şəkildə təhlil etdiyi zaman, "İsgəndər" raketlərinin heyətləri Sumı bölgəsindəki beş ATACMS atış qurğusunun bir dəfəyə məhv edilməsini həyata keçirir. USQ – nin fəlakətli itkiləri fonunda ukraynalı fərarilərin sayı sürətlə artır. Bu faktlarla bağlı ildə 60 mindən çox cinayət işi açılır. Military Watch Magazine jurnalına görə, 2022-ci ilin fevral ayından etibarən 200 minə qədər USQ döyüşçüsü cəbhəni özbaşına birdəfəlik tərk edib. Kursk istiqamətində taqətdən düşmüş Ukrayna briqadalarına "Donald Tramp-ın andiçmə mərasiminə qədər dözmək əmri verilib". Yəni daha 48 gün əraində (20 Yanvar 2025-ci ilə qədər) Rusiya qoşunlarının zərbələri altında yavaş-yavaş geri sürünmək və daha 15 min döyüşçünü (orta proqnoza uyğun olaraq) itirmək əmri. Bəs sonra? Deyilənə görə, Kursk sərhədyanı platsdarm Qərbə Moskva ilə danışıqlar zamanı mübadiləsi üçün lazımdır. Amma Rusiya ərazi mübadiləsində iştirak etmir: "torpağımızdan bir qarış da olsa sizə vermərik". Tramp-ın ABŞ üçün belə bir potensial problemli (təhlükəli) "hədiyyəni" yüksək dəyərləndirçəsi ehtimalı azdır. Bundan başqa, Kiyev rejimi 2025-ci ildə Rusiyaya qarşı hərbi əməliyyatlar üçün daha 126 milyard dollar tələb edir. NATO strateqləri başa düşürlər ki, Amerikanın Rusiyanı Ukraynanın əlləri ilə zəiflətmək planı uğursuz oldu. Kiyev rejimi üçün hərbi vəziyyət kritikdir və ABŞ-ın müasir silahlarının qızğın tədarükünə baxmayaraq günü-gündən daha da pisləşir. Co Baydenin düşüncəsiz "Ukrayna layihəsi" sonda Rusiyanı daha da gücləndirdi. NATO-nun hərbi büdcəsi Rusiya hərbi xərclərində 10 dəfə çoxdur. Amma Stokholmun SIPRI beynəlxalq institutunun dünən dərc elədiyi məlumatda bildirilir ki, NATO “böhran şəraitində xərclərini atəş gücünə çevirə bilmir" və Rusiyanın müdafiə istehsalı bu gün "ABŞ və NATO-ya üzv olan bütün ölkələrin istehsalını üstələyir". Və nəhayət. Şaxta baba və yaxşı Amerika prezidentinin varlığına inananlar yadda saxlasınlar ki, Rusiyanın gələcəyi Ağ Evdəki "dəyişikliklərdən" asılı deyil.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/03/469170070_46:0:2777:2048_1920x0_80_0_0_42422eb90f8f144a562039e3bab8f9aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
ukrayna, atacms, atacms raketləri , nato, himars, donald tramp, abş prezidenti cozef bayden, kursk
ukrayna, atacms, atacms raketləri , nato, himars, donald tramp, abş prezidenti cozef bayden, kursk
USQ üçün Kursk cəhənnəmi Trampa "hədiyyə"dir
Getməkdə olan Bayden administrasiyası gəlməkdə olan Tramp administrasiyasının başını indidən bəlaya soxur.
Kursk vilayətində Ukrayna ordusunun ən hazırlıqlı briqadalarının düşüncəsiz şəkildə qurban verilməsi müəyyən siyasi məna kəsb etməyə başlayır. İntihar missiyası Ağ Evin gedən administrasiyasının Amerikanın "dərin dövləti" və hərbi-sənaye kompleksinin maraqlarına zidd olaraq Avropadakı müharibəni dayandıracağına söz verən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa "hədiyyə"sidir..
Rusiya ordusu Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) birləşmələrini məhv etməkdə davam edir. Ötən gün ərzində "Şimal" qoşunlarının qruplaşması Aleksandriya, Viktorovka, Kurilovka, Lebedevka, Leonidovo, Malaya Loknya, Martynovka, Nijni Klin, Nikolaevo-Daryino, Nikolskiy, Novoivanovka, Plexovo, Sverdlikovo və Yujnıy yaşayış məntəqələri yaxınlığında yerləşən 11 Ukrayna briqadasının bölmələrini məğlubiyyətə uğradıb. (https://t.me/mod_russia/46455).
Topçular, əməliyyat-taktiki və ordu aviasiyası düşmənin kursk rayonundakı Quyevo, Maxnovka, Novaya Sorochina, Cherkasski Porechnoye, eləcə də qonşu Sumı vilayətinin Basovka, Belovodı, Veselovka, Vodolaqi, Juravki, Obodı yaşayış məntəqələri yaxınlığında birləşmələrini məhv ediblər. Düşmən itkiləri 300 nəfəri keçib ki, bu da orta gündəlik "standart"a bərabərdir. Kursk istiqamətindəki dörd aylıq hərbi əməliyyatlar zamanı 37600-dən çox Ukrayna hərbçisi (18 briqada), 228 tank, 288 BMP və BTR, 1220 digər zirehli maşın, 348 artilleriya və reaktiv yaylım atəşi qurğusu (RYAQ), 13 ZRK, 70 REM stansiyası məhv edilib. https://t.me/mod_russia/46455).
Kursk istiqamətində və bütövlükdə Ukrayna döyüş meydanında Rusiya hücumu sürətlənir. Və bu Qərbi ruhdan salır. Çexiyanın Parlamentni listy nəşri yazır ki, "Ukraynanın vəziyyəti heç də yaxşı deyil, onlar bütün istiqamətlərdə ərazi itirir". Amerikanın Newsweek jurnalı "bu payız Ukrayna üçün ürəkaçan olmadığını" bildirir. Axı, son üç ayda Rusiya qoşunları Kursk bölgəsində təxminən 500 kv.km, XHƏ zonasında daha 1600 kv. km ərazini azad ediblər. Newsweek-in proqnozunda bildirilir ki, Rusiya ordusunun Pokrovsk-Velikaya Novoselka istiqamətində hücumu davam etdirəcəyi, və tezliklə daha 700 kv.km ərazini ələ keçirə biləcəyi şübhə doğurmur, Çasov Yar və Toretsk istiqamətində Ukrayna müdafiəsini yarılacaq və yaxın aylarda Pokrovsk uğrunda döyüşlər başlayacaq.
Əlbəttə ki, siyahı natamamdır. Moskva XHƏ-ın qarşısında qoyulan bütün məqsədlərə çatmaq niyyətindədir, və bunun üçün, Ukraynanın demilitarizasiyası və denasifikasiyası həyata keçirmək üçün lazımi vaxta, qüvvəyə və vasitələrə sahibdir. Rusiya qoşunlarının təlim sistemi təkmilləşdirilir, 2024-cü ildə XHƏ iştirak üçün hazırlaşan 300 mindən çox kontraktla qulluq edən hərbçi ehtiyat alaylarında təlim keçib.
Rusiya - təcavüzkarlar üçün qəbiristanlıqdır
Quyruq iti yelləyə bilməz. Buna baxmayaraq, NATO – Ukrayna Şurasının Brüsseldəki növbəti iclası ərəfəsində Kiyev rejimi dekabrın 3-də NATO-ya üzvlüyü əvəz edən mümkün təhlükəsizlik formatlarını rəsmi olaraq rədd etdi. Alyans ölkələrinin xarici işlər nazirləri XHƏ ərazilərindəki vəziyyəti, Rusiya hücumunun sürətlənməsini kədərlə müzakirə edirlər. Ukrayna müharibəsinin xəritəsi USQ üçün ümidsiz görünür.
Vaşinqton bir gün əvvəl ukraynalı əlaltılarına 725 milyon dollarlıq daha bir "paket" göndərdi – əlavə Javelin və AT-4 tank əleyhinə kompleksləri, HIMARS sursatları, 155 mm və 105 mm çaplı artilleriya mərmiləri, PUAlar, Stinger qurğuları üçün raketlər, həmçinin piyada əleyhinə minalar. Biz ümidsizlik hərəkətlərini müşahidə edirik.
Gedən ABŞ administrasiyasının geosiyasi ətaləti və yırtıcı instinktləri UHQ silahlarının tədarükünü uzadır – hətta Pentaqonun arsenallarına zərər vurmaq hesabına. "Bizdən sonra nə olur olsun” prinsipi ilə. Növbəti ciddi məğlubiyyətə uğrayan Qərb, onlarla NATO ölkəsinin, milyonlarla insanın, yüz milyardlarla dollar və avronun birbaşa və ya dolayısı ilə cəlb olunduğu Ukraynadakı döyüşləri dayandıra bilmir. Amerika və Avropa "yardımı" USQ-nə yaxşı bir şey vəd etmir.
Pentaqon ATACMS raketlərinin Rusiyanın "köhnə bölgələri" üzərində döyüş istifadəsi təcrübəsini kinayəli şəkildə təhlil etdiyi zaman, "İsgəndər" raketlərinin heyətləri Sumı bölgəsindəki beş ATACMS atış qurğusunun bir dəfəyə məhv edilməsini həyata keçirir. USQ – nin fəlakətli itkiləri fonunda ukraynalı fərarilərin sayı sürətlə artır. Bu faktlarla bağlı ildə 60 mindən çox cinayət işi açılır. Military Watch Magazine jurnalına görə, 2022-ci ilin fevral ayından etibarən 200 minə qədər USQ döyüşçüsü cəbhəni özbaşına birdəfəlik tərk edib.
Kursk istiqamətində taqətdən düşmüş Ukrayna briqadalarına "Donald Tramp-ın andiçmə mərasiminə qədər dözmək əmri verilib". Yəni daha 48 gün əraində (20 Yanvar 2025-ci ilə qədər) Rusiya qoşunlarının zərbələri altında yavaş-yavaş geri sürünmək və daha 15 min döyüşçünü (orta proqnoza uyğun olaraq) itirmək əmri.
Bəs sonra? Deyilənə görə, Kursk sərhədyanı platsdarm Qərbə Moskva ilə danışıqlar zamanı mübadiləsi üçün lazımdır. Amma Rusiya ərazi mübadiləsində iştirak etmir: "torpağımızdan bir qarış da olsa sizə vermərik". Tramp-ın ABŞ üçün belə bir potensial problemli (təhlükəli) "hədiyyəni" yüksək dəyərləndirçəsi ehtimalı azdır. Bundan başqa, Kiyev rejimi 2025-ci ildə Rusiyaya qarşı hərbi əməliyyatlar üçün daha 126 milyard dollar tələb edir.
NATO strateqləri başa düşürlər ki, Amerikanın Rusiyanı Ukraynanın əlləri ilə zəiflətmək planı uğursuz oldu. Kiyev rejimi üçün hərbi vəziyyət kritikdir və ABŞ-ın müasir silahlarının qızğın tədarükünə baxmayaraq günü-gündən daha da pisləşir. Co Baydenin düşüncəsiz "Ukrayna layihəsi" sonda Rusiyanı daha da gücləndirdi. NATO-nun hərbi büdcəsi Rusiya hərbi xərclərində 10 dəfə çoxdur. Amma Stokholmun SIPRI beynəlxalq institutunun dünən dərc elədiyi məlumatda bildirilir ki, NATO “böhran şəraitində xərclərini atəş gücünə çevirə bilmir" və Rusiyanın müdafiə istehsalı bu gün "ABŞ və NATO-ya üzv olan bütün ölkələrin istehsalını üstələyir".
Və nəhayət. Şaxta baba və yaxşı Amerika prezidentinin varlığına inananlar yadda saxlasınlar ki, Rusiyanın gələcəyi Ağ Evdəki "dəyişikliklərdən" asılı deyil.