https://sputnik.az/20241205/prezident-sulhun-elde-olunmasini-engelleyen-addimlarini-aciqlayib-469190399.html
Prezident sülhün əldə olunmasını əngəlləyən addımları açıqlayıb
Prezident sülhün əldə olunmasını əngəlləyən addımları açıqlayıb
Sputnik Azərbaycan
İlham Əliyev bildirib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında... 05.12.2024, Sputnik Azərbaycan
2024-12-05T10:29+0400
2024-12-05T10:29+0400
2024-12-05T11:50+0400
sülh
azərbaycan xəbərləri
ermənistan
prezident ilham əliyev
konfrans
beynəlxalq konfrans
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/01/460997033_0:142:3138:1907_1920x0_80_0_0_94e742b2771e5b1b6c7614525812b358.jpg
BAKI, 5 dekabr — Sputnik. "2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda "Böyük Qayıdışa dair Dövlət Proqramı" uğurla icra edilir. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb. "Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik "böyük Ermənistan" xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir", - dövlət başçısı bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/01/460997033_204:0:2935:2048_1920x0_80_0_0_be609c0465c13dbe4f3d136ef680e3c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sülh, ermənistan, prezident ilham əliyev, konfrans, beynəlxalq konfrans
sülh, ermənistan, prezident ilham əliyev, konfrans, beynəlxalq konfrans
Prezident sülhün əldə olunmasını əngəlləyən addımları açıqlayıb
10:29 05.12.2024 (Yenilənib: 11:50 05.12.2024) İlham Əliyev bildirib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir.
BAKI, 5 dekabr — Sputnik. "2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda "Böyük Qayıdışa dair Dövlət Proqramı" uğurla icra edilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
"Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik "böyük Ermənistan" xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir", - dövlət başçısı bildirib.