https://sputnik.az/20241205/partlayisda-xesaret-alan-merhum-sahmatcinin-valideynlerinin-son-durumu-aciqlandi-469193891.html
Partlayışda xəsarət alan mərhum şahmatçının valideynlərinin son durumu
Partlayışda xəsarət alan mərhum şahmatçının valideynlərinin son durumu
Sputnik Azərbaycan
Novxanı bağlar massivindəki partlayışda isə dağıntılar altından 2 nəfər sağ çıxarılıb, xəstəxanaya yerləşdirilib və axtarış-xilasetmə əməliyyatı sona çatıb. 05.12.2024, Sputnik Azərbaycan
2024-12-05T12:48+0400
2024-12-05T12:48+0400
2024-12-05T12:51+0400
partlayış
hadisə
fhn
fhn
mikrorayon
sumqayıt
abşeron rayonu
abşeron
novxanı
novxanı
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0f/424933053_0:60:2000:1185_1920x0_80_0_0_d30d6811d2cec815e3a4b20efed5e6fb.jpg
BAKI, 5 dekabr — Sputnik. TƏBİB iki gün öncə Novxanıda partlayışda xəsarət alan mərhum şahmat ustası Vüqar Həşimovun valideynlərinin səhhəti ilə bağlı Sputnik Azərbaycan-ın sorğusuna cavab verib. Cavabda bildirilib ki, Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olan Aida Həşimova və Qasım Həşimovların müalicəsi davam etdirilir. "Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə xəsarət alan 1949-cu il təvəllüdlü şəxsin (kişi cinsli) müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır-stabildir. Bədən səthinin 55%-ni əhatə edən 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən şəxsin yaraları cərrah tərəfindən izlənilir. TƏBİB-in tabeliyindəki Yeni Klinikaya təxliyə olunan 1959-cu il təvəllüdlü şəxsin isə (qadın cinsli) müalicəsi Reanimasiya şöbəsində aparılıb. Bədənin müxtəlif nahiyələrində çox sayda cırılmış, kəsilmiş, didilmiş yaralar və sol əlinin ovuc qismində dərin kəsik yarası diaqnozu təyin edilib, eyni zamanda rentgen və tomoqrafiya müayinələrindən sonra hər iki bud sümüyün aşağı hissəsində qapalı yerdəyişməli qırıq aşkarlanıb. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Daha sonra ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunub". Qeyd edək ki, dekabrın 3-də "Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində, eləcə də Abşeron rayonu, Novxanı kəndində baş verən partlayış hadisələri zamanı 8 nəfər dağıntılar altından xilas edilib. Onlardan 6 nəfəri şəhərin 13-cü mikrorayonunda baş verən partlayış nəticəsində xilas edilərək xəstəxanaya yerləşdirilib. Novxanı bağlar massivindəki partlayışda isə dağıntılar altından 2 nəfər sağ çıxarılıb, xəstəxanaya yerləşdirilib və axtarış-xilasetmə əməliyyatı sona çatıb. Faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində araşdırma aparılmaqla partlayışların səbəbinin, əhəmiyyət kəsb digər edən halların müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirildiyi bildirilir. Partlayışın qazdan baş verdiyi bildirilsə də, detallar açıqlanmır.
novxanı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0f/424933053_144:0:1921:1333_1920x0_80_0_0_3133ceabeb0f2eed33dea77698a6ffab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
partlayış, fhn, fhn, mikrorayon, sumqayıt, abşeron rayonu, abşeron, novxanı, novxanı
partlayış, fhn, fhn, mikrorayon, sumqayıt, abşeron rayonu, abşeron, novxanı, novxanı
Partlayışda xəsarət alan mərhum şahmatçının valideynlərinin son durumu
12:48 05.12.2024 (Yenilənib: 12:51 05.12.2024) Novxanı bağlar massivindəki partlayışda isə dağıntılar altından 2 nəfər sağ çıxarılıb, xəstəxanaya yerləşdirilib və axtarış-xilasetmə əməliyyatı sona çatıb.
BAKI, 5 dekabr — Sputnik. TƏBİB iki gün öncə Novxanıda partlayışda xəsarət alan mərhum şahmat ustası Vüqar Həşimovun valideynlərinin səhhəti ilə bağlı Sputnik Azərbaycan-ın sorğusuna cavab verib. Cavabda bildirilib ki, Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olan Aida Həşimova və Qasım Həşimovların müalicəsi davam etdirilir.
"Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə xəsarət alan 1949-cu il təvəllüdlü şəxsin (kişi cinsli) müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır-stabildir. Bədən səthinin 55%-ni əhatə edən 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən şəxsin yaraları cərrah tərəfindən izlənilir. TƏBİB-in tabeliyindəki Yeni Klinikaya təxliyə olunan 1959-cu il təvəllüdlü şəxsin isə (qadın cinsli) müalicəsi Reanimasiya şöbəsində aparılıb. Bədənin müxtəlif nahiyələrində çox sayda cırılmış, kəsilmiş, didilmiş yaralar və sol əlinin ovuc qismində dərin kəsik yarası diaqnozu təyin edilib, eyni zamanda rentgen və tomoqrafiya müayinələrindən sonra hər iki bud sümüyün aşağı hissəsində qapalı yerdəyişməli qırıq aşkarlanıb. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Daha sonra ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunub".
Qeyd edək ki, dekabrın 3-də "Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində, eləcə də Abşeron rayonu, Novxanı kəndində baş verən partlayış hadisələri zamanı 8 nəfər dağıntılar altından xilas edilib. Onlardan 6 nəfəri şəhərin 13-cü mikrorayonunda baş verən partlayış nəticəsində xilas edilərək xəstəxanaya yerləşdirilib.
Novxanı bağlar massivindəki partlayışda isə dağıntılar altından 2 nəfər sağ çıxarılıb, xəstəxanaya yerləşdirilib və axtarış-xilasetmə əməliyyatı sona çatıb.
Faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində araşdırma aparılmaqla partlayışların səbəbinin, əhəmiyyət kəsb digər edən halların müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirildiyi bildirilir. Partlayışın qazdan baş verdiyi bildirilsə də, detallar açıqlanmır.