DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin ABŞ şirkətlərinə qarşı sanksiya tətbiq edib

© AP Photo / Andrew HarnikÇin və ABŞ bayraqları, arxiv
Çin və ABŞ bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 05.12.2024
Abunə olmaq
Çin Xalq Respublikası ABŞ-ın aqressiv siyasətinə iqtisadi sanksiyalarla cavab verir.
BAKI, 5 dekabr — Sputnik. ÇXR-nın Xarici işlər nazirliyindən bildiriblər ki, Çin Tayvana silah satışına cavab olaraq ABŞ-ın 13 hərbi müəssisəsinə və altı rəhbər şəxsinə qarşı sanksiya tətbiq edib.
"ABŞ bu yaxınlarda Tayvana silah satışını yenidən elan etdi ki, bu da "bir Çin" prinsipini və üç Çin ilə ABŞ arasında imzalanmış 3 birgə kommünikenin müddüalarını kobud şəkildə pozur, ölkənin daxili işlərinə ciddi qarışmaqla Çinin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirir" – deyə XİN-in saytında qeyd edilir.
Sənəddə qeyd olunur ki, bununla bağlı Çin bir sıra Amerika hərbi-sənaye şirkətinə və yüksək rütbəli rəhbərinə qarşı əks tədbirlər görür. Sanksiyalar siyahısına ümumilikdə 13 müəssisə və altı rəhbər şəxsin adı daxil edilib.
Xəbər lenti
0