https://sputnik.az/20241205/azerbaycan-ve-ermenistan-xn-rehberlerinin-maltada-gorusu-niye-bas-tutmadi-469213530.html
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Maltada görüşü niyə baş tutmadı?
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Maltada görüşü niyə baş tutmadı?
Sputnik Azərbaycan
Diplomatik mənbələrdən bildirilib ki, ABŞ dövlət katibi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. 05.12.2024, Sputnik Azərbaycan
2024-12-05T19:32+0400
2024-12-05T19:32+0400
2024-12-05T19:32+0400
görüş
siyasət
ararat mirzoyan
ararat mirzoyan
xarici işlər naziri ceyhun bayramov
ceyhun bayramov
entoni blinken
atət
atət
malta
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1a/467693090_0:67:1280:787_1920x0_80_0_0_9ea9c71960091ae74c6d3447af46f06b.jpg
BAKI, 5 dekabr — Sputnik. ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilməsi nəzərdə tutulmur. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib. APA isə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının bəzi detallarını öyrənə bilib. Diplomatik mənbələrdən agentliyə bildirilib ki, ABŞ dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib. Məlumdur ki, ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etmir. Blinken bu təşəbbüsü ilə ABŞ-ı yenidən sülh prosesinə daxil etmək niyyəti güdüb. Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib. Səbəb isə budur ki, "ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür". "Buna görə Azərbaycan ABŞ-ın, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır", - diplomatik mənbə bildirib. Azərbaycan məhz ABŞ-ın vasitəçiliyindən imtina etdiyi üçün bu görüş baş tutmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1a/467693090_72:0:1209:853_1920x0_80_0_0_7fdbe2f5c3c8e9cca0e34e90602a3f35.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
görüş, ararat mirzoyan, ararat mirzoyan, xarici işlər naziri ceyhun bayramov, ceyhun bayramov, entoni blinken, atət, atət, malta
görüş, ararat mirzoyan, ararat mirzoyan, xarici işlər naziri ceyhun bayramov, ceyhun bayramov, entoni blinken, atət, atət, malta
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Maltada görüşü niyə baş tutmadı?
Diplomatik mənbələrdən bildirilib ki, ABŞ dövlət katibi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib.
BAKI, 5 dekabr — Sputnik. ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilməsi nəzərdə tutulmur.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
APA isə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının bəzi detallarını öyrənə bilib.
Diplomatik mənbələrdən agentliyə bildirilib ki, ABŞ dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib.
Məlumdur ki, ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etmir. Blinken bu təşəbbüsü ilə ABŞ-ı yenidən sülh prosesinə daxil etmək niyyəti güdüb.
Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib.
Səbəb isə budur ki, "ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür".
"Buna görə Azərbaycan ABŞ-ın, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır", - diplomatik mənbə bildirib.
Azərbaycan məhz ABŞ-ın vasitəçiliyindən imtina etdiyi üçün bu görüş baş tutmayıb.