https://sputnik.az/20241204/umid-edirik-ki-yaponiya-tarixden-ders-alacaq-ve-sulh-yolunu-tutacaq---vanq--469175420.html
Ümid edirik ki, Yaponiya tarixdən dərs alacaq və sülh yolunu tutacaq - Vanq İ
Ümid edirik ki, Yaponiya tarixdən dərs alacaq və sülh yolunu tutacaq - Vanq İ
Sputnik Azərbaycan
Vanq İ qeyd edib ki, gələn il Çin Xalqının Yaponlara qarşı Müqavimət Müharibəsi və Faşizmə qarşı Dünya Müharibəsində qələbənin 80 illiyi tamam olur. 04.12.2024, Sputnik Azərbaycan
2024-12-04T22:00+0400
2024-12-04T22:00+0400
2024-12-04T22:00+0400
çin
dünya xəbərləri
yaponiya
tokio
pekin
cənubi koreya
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0c/467337431_0:0:3072:1728_1920x0_80_0_0_87e9b58c23ae91913d1ef527e426f2a3.jpg
BAKI, 4 dekabr — Sputnik. Pekin Yaponiyanın tarixdən dərs çıxaracağına və dinc inkişaf yolu tutacağına ümid edir. Bunu Çinin xarici işlər naziri Van İ Pekin-Tokio forumunun iştirakçılarına videomüraciətində bildirib. Vanq İ qeyd edib ki, gələn il Çin Xalqının Yaponlara qarşı Müqavimət Müharibəsi və Faşizmə qarşı Dünya Müharibəsində qələbənin 80 illiyi tamam olur. Onun sözlərinə görə, bu gün Yaponiya yenidən tarix və ibrət dərsi sualları ilə üzləşib. "Biz ümid edirik ki, Yaponiyada çoxlu sayda uzaqgörən insanlar keçmişdə buraxılmış səhvlərdən nəticə çıxaracaq, dinc inkişafa sadiq qalmaq əzmlərini bir daha nümayiş etdirəcək və necə yaxşı qonşu olmağı bir daha təcrübədən keçirəcəklər", - Çin XİN rəhbəri bildirib. Diplomat vurğulayıb ki, Çin həmişə Yaponiyanı mühüm əməkdaşlıq tərəfdaşı hesab edib və ümid edir ki, Yaponiya Çinin inkişafına obyektiv və rasional baxacaq, bir-birinin əməkdaşlıq tərəfdaşı olmaq və təhdid yaratmamaq konsensusuna əməl edəcək. Pekin-Tokio Forumu 2005-ci ildən hər il keçirilir. Çin və Yaponiya münasibətlərində həssas mövzulardan biri də yapon siyasətçilərinin Asiya ölkələrində yapon militarizmi ilə əlaqələndirilən Yasukuni məbədini ziyarət etməsidir. Yapon siyasətçiləri adətən ildə üç dəfə - aprel və oktyabr aylarında ənənəvi bayramlarında, həmçinin Yaponiyanın İkinci Dünya Müharibəsindən çıxması elan olunduğu gün - avqustun 15-də məbədi ziyarət edirlər. Bəzi siyasətçilər ilin sonunda məbədi ziyarət edirlər. Yaponiyanın keçmiş baş naziri Şinzo Abe 2012-ci ilin dekabrında ölkənin Baş naziri seçildikdən sonra, 2013-cü ilin dekabrında məbədi şəxsən ziyarət edib. Bu, təkcə Çin və Cənubi Koreyada ənənəvi olaraq kəskin mənfi reaksiyaya səbəb olmayıb, həm də Yaponiyanın əsas müttəfiqi olan ABŞ-la münasibətlərdə nəzərəçarpacaq dərəcədə soyuqluğa səbəb olub. Yasukuni məbədində "imperator və böyük Yaponiya" uğrunda canlarını verən bütün döyüşçülərin ruhlarına ayinlər keçirilir. Burada müxtəlif müharibələrdə Yaponiya uğrunda həlak olmuş 2,5 milyon əsgər və zabitin adlarının əks olunduğu xatirə lövhələri saxlanılır və orada II Dünya Müharibəsinin 14 hərbi cinayətkarın adları da yer alır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0c/467337431_133:0:2864:2048_1920x0_80_0_0_bd3aa91e3de0f6bf4457292a00eb7258.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
çin, yaponiya, tokio, pekin, cənubi koreya
çin, yaponiya, tokio, pekin, cənubi koreya
Ümid edirik ki, Yaponiya tarixdən dərs alacaq və sülh yolunu tutacaq - Vanq İ
Vanq İ qeyd edib ki, gələn il Çin Xalqının Yaponlara qarşı Müqavimət Müharibəsi və Faşizmə qarşı Dünya Müharibəsində qələbənin 80 illiyi tamam olur.
BAKI, 4 dekabr — Sputnik. Pekin Yaponiyanın tarixdən dərs çıxaracağına və dinc inkişaf yolu tutacağına ümid edir. Bunu Çinin xarici işlər naziri Van İ Pekin-Tokio forumunun iştirakçılarına videomüraciətində bildirib.
Vanq İ qeyd edib ki, gələn il Çin Xalqının Yaponlara qarşı Müqavimət Müharibəsi və Faşizmə qarşı Dünya Müharibəsində qələbənin 80 illiyi tamam olur. Onun sözlərinə görə, bu gün Yaponiya yenidən tarix və ibrət dərsi sualları ilə üzləşib.
"Biz ümid edirik ki, Yaponiyada çoxlu sayda uzaqgörən insanlar keçmişdə buraxılmış səhvlərdən nəticə çıxaracaq, dinc inkişafa sadiq qalmaq əzmlərini bir daha nümayiş etdirəcək və necə yaxşı qonşu olmağı bir daha təcrübədən keçirəcəklər", - Çin XİN rəhbəri bildirib.
Diplomat vurğulayıb ki, Çin həmişə Yaponiyanı mühüm əməkdaşlıq tərəfdaşı hesab edib və ümid edir ki, Yaponiya Çinin inkişafına obyektiv və rasional baxacaq, bir-birinin əməkdaşlıq tərəfdaşı olmaq və təhdid yaratmamaq konsensusuna əməl edəcək.
Pekin-Tokio Forumu 2005-ci ildən hər il keçirilir.
Çin və Yaponiya münasibətlərində həssas mövzulardan biri də yapon siyasətçilərinin Asiya ölkələrində yapon militarizmi ilə əlaqələndirilən Yasukuni məbədini ziyarət etməsidir.
Yapon siyasətçiləri adətən ildə üç dəfə - aprel və oktyabr aylarında ənənəvi bayramlarında, həmçinin Yaponiyanın İkinci Dünya Müharibəsindən çıxması elan olunduğu gün - avqustun 15-də məbədi ziyarət edirlər. Bəzi siyasətçilər ilin sonunda məbədi ziyarət edirlər.
Yaponiyanın keçmiş baş naziri Şinzo Abe 2012-ci ilin dekabrında ölkənin Baş naziri seçildikdən sonra, 2013-cü ilin dekabrında məbədi şəxsən ziyarət edib. Bu, təkcə Çin və Cənubi Koreyada ənənəvi olaraq kəskin mənfi reaksiyaya səbəb olmayıb, həm də Yaponiyanın əsas müttəfiqi olan ABŞ-la münasibətlərdə nəzərəçarpacaq dərəcədə soyuqluğa səbəb olub.
Yasukuni məbədində "imperator və böyük Yaponiya" uğrunda canlarını verən bütün döyüşçülərin ruhlarına ayinlər keçirilir. Burada müxtəlif müharibələrdə Yaponiya uğrunda həlak olmuş 2,5 milyon əsgər və zabitin adlarının əks olunduğu xatirə lövhələri saxlanılır və orada II Dünya Müharibəsinin 14 hərbi cinayətkarın adları da yer alır.