https://sputnik.az/20241204/suriyada-terrorcularin-guclenmesi-tehlukesizlik-tehdidleri-yaradacaq---zaxarova-469179046.html
Suriyada terrorçuların güclənməsi təhlükəsizlik təhdidləri yaradacaq - Zaxarova
Suriyada terrorçuların güclənməsi təhlükəsizlik təhdidləri yaradacaq - Zaxarova
Sputnik Azərbaycan
Zaxarova deyib ki, Rusiya Federasiyası, Türkiyə və İran xarici işlər nazirləri Suriyadakı vəziyyətlə bağlı daimi təmasdadırlar. 04.12.2024, Sputnik Azərbaycan
2024-12-04T21:18+0400
2024-12-04T21:18+0400
2024-12-04T21:18+0400
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
dünya xəbərləri
mariya zaxarova
suriya
suriya prezidenti bəşər əsəd
iran
https://cdnn1.img.sputnik.az/img/07e8/09/14/467545003_0:3:587:333_1920x0_80_0_0_a953ebc964c12168e3b03c9db1e484f9.jpg
BAKI, 4 dekabr — Sputnik. Suriya yaraqlıları xarici qüvvələrin dəstəyi və təhrikləri olmadan hücuma qərar verməzdilər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Zaxarova deyib ki, Rusiya Federasiyası, Türkiyə və İran xarici işlər nazirləri Suriyadakı vəziyyətlə bağlı daimi təmasdadırlar. "Biz beynəlxalq tərəfdaşlarla, ilk növbədə, Astana formatının potensialından istifadə edərək, Suriyada vəziyyətin tezliklə sabitləşməsini təmin etmək üçün fəal işləyirik", - Zaxarova bildirib. O, ümid etdiyini bildirib ki, Suriyadakı vəziyyətə təsir edən bütün dövlətlər formatdan bu ölkədə təhlükəsizlik və sabitliyin tezliklə bərpası naminə bundan istifadə edəcəklər. "Suriyada terrorçuların güclənməsi təkcə onun regional mühiti üçün deyil, bütün Yaxın Şərq üçün əlavə ciddi təhlükəsizlik təhdidləri yaradacaq", - Zaxarova yekunlaşdırıb. "Həyat Təhrir əş-Şam" terror qruplaşması (əvvəllər Rusiya Federasiyasında qadağan edilmiş "Cəbhət ən-Nusra" terror təşkilatı kimi tanınır) Suriyanın qondarma silahlı müxalifətinə daxil olan bir sıra silahlı birləşmələrlə birlikdə irimiqyaslı əməliyyat keçirib. Noyabrın 30-da Suriyanın ikinci böyük şəhəri və onun ətrafı, o cümlədən beynəlxalq hava limanı və Kuveyris hərbi aerodromu terrorçuların nəzarətinə keçib. Hələbin silahlılar tərəfindən tam ələ keçirilməsi 2011-ci ildə Suriyada böhran başlayandan bəri ilk dəfə baş verib. 2016-cı ilin sonuna qədər silahlı müxalifət şəhərin yalnız şərq hissəsini nəzarətdə saxlayıb və Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə Suriya ordusu tərəfindən oradan çıxarılıb. Hələbin alınmasından sonra terrorçu qruplaşmalar Maaret Nuuman kəndini ələ keçirərək Həma şəhərinə doğru irəliləməyə cəhd ediblər. Hələb əyalətinin şimalında Tel Rifaat qəsəbəsi ərazisində kürd qüvvələrinin nəzarətində olan ərazilərə daha dərindən irəliləməyə cəhdlər edilir. Suriya ordusunun komandanlığı da öz növbəsində dekabrın 1-də terrorçuların Həmada irəliləyişinin dayandırıldığını və hökumət qoşunlarının əks-hücuma keçdiyini, daha əvvəl terrorçuların ələ keçirdikləri bir sıra yaşayış məntəqələrini azad etdiyini açıqlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/14/467545003_70:0:517:335_1920x0_80_0_0_ec455678c9ae8322db9422bff04ce759.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, suriya, suriya prezidenti bəşər əsəd, iran
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, suriya, suriya prezidenti bəşər əsəd, iran
Suriyada terrorçuların güclənməsi təhlükəsizlik təhdidləri yaradacaq - Zaxarova
Zaxarova deyib ki, Rusiya Federasiyası, Türkiyə və İran xarici işlər nazirləri Suriyadakı vəziyyətlə bağlı daimi təmasdadırlar.
BAKI, 4 dekabr — Sputnik. Suriya yaraqlıları xarici qüvvələrin dəstəyi və təhrikləri olmadan hücuma qərar verməzdilər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Zaxarova deyib ki, Rusiya Federasiyası, Türkiyə və İran xarici işlər nazirləri Suriyadakı vəziyyətlə bağlı daimi təmasdadırlar.
"Biz beynəlxalq tərəfdaşlarla, ilk növbədə, Astana formatının potensialından istifadə edərək, Suriyada vəziyyətin tezliklə sabitləşməsini təmin etmək üçün fəal işləyirik", - Zaxarova bildirib.
O, ümid etdiyini bildirib ki, Suriyadakı vəziyyətə təsir edən bütün dövlətlər formatdan bu ölkədə təhlükəsizlik və sabitliyin tezliklə bərpası naminə bundan istifadə edəcəklər.
"Suriyada terrorçuların güclənməsi təkcə onun regional mühiti üçün deyil, bütün Yaxın Şərq üçün əlavə ciddi təhlükəsizlik təhdidləri yaradacaq", - Zaxarova yekunlaşdırıb.
"Həyat Təhrir əş-Şam" terror qruplaşması (əvvəllər Rusiya Federasiyasında qadağan edilmiş "Cəbhət ən-Nusra" terror təşkilatı kimi tanınır) Suriyanın qondarma silahlı müxalifətinə daxil olan bir sıra silahlı birləşmələrlə birlikdə irimiqyaslı əməliyyat keçirib. Noyabrın 30-da Suriyanın ikinci böyük şəhəri və onun ətrafı, o cümlədən beynəlxalq hava limanı və Kuveyris hərbi aerodromu terrorçuların nəzarətinə keçib.
Hələbin silahlılar tərəfindən tam ələ keçirilməsi 2011-ci ildə Suriyada böhran başlayandan bəri ilk dəfə baş verib. 2016-cı ilin sonuna qədər silahlı müxalifət şəhərin yalnız şərq hissəsini nəzarətdə saxlayıb və Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə Suriya ordusu tərəfindən oradan çıxarılıb.
Hələbin alınmasından sonra terrorçu qruplaşmalar Maaret Nuuman kəndini ələ keçirərək Həma şəhərinə doğru irəliləməyə cəhd ediblər. Hələb əyalətinin şimalında Tel Rifaat qəsəbəsi ərazisində kürd qüvvələrinin nəzarətində olan ərazilərə daha dərindən irəliləməyə cəhdlər edilir. Suriya ordusunun komandanlığı da öz növbəsində dekabrın 1-də terrorçuların Həmada irəliləyişinin dayandırıldığını və hökumət qoşunlarının əks-hücuma keçdiyini, daha əvvəl terrorçuların ələ keçirdikləri bir sıra yaşayış məntəqələrini azad etdiyini açıqlayıb.