Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Mərhum şahmatçı Vüqar Həşimovun partlayışda xəsarət alan valideynlərinin vəziyyəti ağırdır

© Photo : Ministry of Emergency Situations of the Republic of AzerbaijanFHN işçiləri hadisə yerində
FHN işçiləri hadisə yerində - Sputnik Azərbaycan, 1920, 04.12.2024
Abunə olmaq
Novxanı kəndində baş verən partlayışda xəsarət alan mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri barədə məlumat verildi.
BAKI, 4 dekabr — Sputnik. Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan mərhum şahmat ustası Vüqar Həşimovun anasının əməliyyat olunacağı tarix bəlli olub.
Bu barədə KİV-ə mərhum qrosmeysterin bacısı Samirə Allahverdiyeva məlumat verib.
O bildirib ki, anası Aida Həşimova sabah əməliyyat olunacaq: "Atam müalicəsini Mərkəzi Neftçilər Xəstəxanasında davam etdirir. Həkimlər tərəfindən sevindirici xəbər verildi ki, alov daxili orqanlara zərər verməyib. Anam sabah əməliyyat ediləcək. 2-3 gün sonra isə daha bir əməliyyat keçirəcək. O, "Yeni Klinika"da müalicə alır. Özləri ilə danışmışıq. Hər ikisinin vəziyyəti hazırda orta ağırdır".
Qeyd edək ki, Vüqar Həşimovun atası Qasım Həşimov hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, anası Aida Həşimovaya isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib.
***
Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə TƏBİB-in tibb müəssisələrinə hospitalizasiya olunan 6 nəfərdən 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Bu Sputnik Azərbaycan-ın sorğusuna cavabda TƏBİB-dən bildirilib. Məlumata görə,1 nəfər stasionar müalicədən imtina edib, 3 nəfər isə paytaxtda yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.
Abşeron rayonu, Novxanı kəndində baş verən partlayışda xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri Aidə Həşimova və Qasım Həşimovun olduğu bildirilir. TƏBİB-dən onların son durumu barədə məlumatın yaxın saatlarda açıqlanacağı bildirilib.
Qeyd edək ki, dekabrın 3-də "Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində, eləcə də Abşeron rayonu, Novxanı kəndində baş verən partlayış hadisələri zamanı 8 nəfər dağıntılar altından xilas edilib. Onlardan 6 nəfəri şəhərin 13-cü mikrorayonunda baş verən partlayış nəticəsində xilas edilərək xəstəxanaya yerləşdirilib.
Novxanı bağlar massivindəki partlayışda isə dağıntılar altından 2 nəfər sağ çıxarılıb, xəstəxanaya yerləşdirilib və axtarış-xilasetmə əməliyyatı sona çatıb.
Faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində araşdırma aparılmaqla partlayışların səbəbinin, əhəmiyyət kəsb digər edən halların müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirildiyi bildirilir. Partlayışın qazdan baş verdiyi bildirilsə də, detallar açıqlanmır.
03.12.24, 10:26
Sumqayıtda və Abşeronda dəhşətli partlayış - 8 nəfərin vəziyyəti ağırdır
Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə bu gün saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Şahmat ustasının atasının evində dəhşətli partlayış
TƏBİB-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.
Hadisə nəticəsində 1-i qadın, 1-i kişi olmaqla xəsarət alan 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.Hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri Aidə Həşimova və Qasım Həşimovun olduğu bildirilir.
Sumqayıtda beşmərtəbəli binada partlayış
Qeyd edək ki, bu gün saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. TƏBİB-dən verilən xəbərə görə, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata əsasən, hadisə nəticəsində 2-i kişi, 1-i qadın olmaqla xəsarət alan 3 nəfər Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. 1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır. Qeyd edək ki, təcili tibbi yardım briqadaları hadisə yerindədir.
Fövqəladə Hallar Nazirliyindən isə baş verən hadisə ilə bağlı bildirilib ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar FHN qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əlavə məlumat veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0