DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Roma Statutunda iştirak Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərbə vurur - Zaxarova

© Sputnik / Кристина Кормилицына / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 04.12.2024
Abunə olmaq
Zaxarovanın sözlərinə görə, BCM həll etməyə çalışdığı heç bir münaqişənin həllinə kömək etməyib.
BAKI, 4 dekabr — Sputnik. İrəvanın bir sıra rusiyalı məmurların həbsi üçün Haaqada verilən "kvazi-order" fonunda Roma Statutunda iştirakı Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərbə vurur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
"Ermənistanın BCM ilə əməkdaşlığı həqiqətən də hansısa beynəlxalq normaların möhkəmlənməsinə yardım etsəydi, yəqin ki, bunu başa düşmək, alqışlamaq olardır", Zaxarova deyib.
O, eyni zamanda vurğulayıb ki, İrəvan Moskvanın bu məsələdə mövqeyini yaxşı bilir.
Zaxarovanın sözlərinə görə, BCM həll etməyə çalışdığı heç bir münaqişənin həllinə kömək etməyib:
"Eyni zamanda, beynəlxalq hüququn, ədalətin əsas standartlarının və sadəcə sağlam düşüncənin birbaşa pozulması halları var. Qeyd edək ki, dəstək və əməkdaşlıq etmək istəyi sadəcə olaraq yeni sərgüzəştlər üçün məhkəməni təşviq edir".
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiyanın BCM ilə bağlı mövqeyi çoxdan müəyyən edilib: "O, effektiv fəaliyyət göstərmək iqtidarında deyil, düzgün təşkil olunmayıb, bəyan edilmiş funksiyalarını yerinə yetirmir və iddia etdiyi vəzifələri həll etmək iqtidarında deyil. Bizim uzun illər əvvəl bu struktur daxilində və perimetri boyunca verdiyimiz proqnoz özünü doğrultdu".
Xəbər lenti
0