Karlson yenidən Rusiyada: bu dəfə suallara Lavrov cavab verdi

© AP Photo / Richard DrewTaker Karlson
Taker Karlson - Sputnik Azərbaycan, 1920, 04.12.2024
Abunə olmaq
Karlson qeyd edib ki, Moskva ilə Vaşinqton arasında münasibətlərin pozulması səbəbindən ABŞ vətəndaşları Rusiyanın mövqeyini öyrənmək imkanından məhrumdur.
BAKI, 4 dekabr — Sputnik. Amerikalı jurnalist və teleaparıcı Taker Karlson Rusiyanın xarici işlər naziri Sergey Lavrovla müsahibə üçün yenidən Moskvaya gəlib. Bu barədə Karlsonun özü X sosial şəbəkəsində Kremlin fonunda çəkilmiş video paylaşıb.
Videoda Karlson bildirib ki, dünya nüvə müharibəsi astanasındadır və onun fikrincə, buna ABŞ administrasiyasının Kiyevin Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarı kömək edir. O vurğulayıb ki, amerikalıların əksəriyyəti öz ölkələrinin Rusiya ilə müharibədə iştirak etdiyini dərk etmir.
Karlson qeyd edib ki, Moskva ilə Vaşinqton arasında münasibətlərin pozulması səbəbindən ABŞ vətəndaşları Rusiyanın mövqeyini öyrənmək imkanından məhrumdur.
"Biz Lavrovdan Rusiya ilə ABŞ arasında görünməmiş münaqişə təhlükəsinin nə dərəcədə real olduğunu öyrənmək qərarına gəldik", jurnalist bildirib.
Karlson Rusiya Xİn rəhbərindən Donald Trampın ABŞ prezidenti seçilməsinin qlobal iqtisadiyyata təsir edən, dünya düzənini dəyişən və bütün dünyada insanların həyatını təhlükə altına alan münaqişənin sona çatmasına gətirib çıxara biləcəyini soruşub.
Jurnalist müsahibəni maraqlı adlandırıb və onun tezliklə yayımlanacağını bildirib.
Bu, Karlsonun Rusiyaya ilk səfəri deyil. 2024-cü ilin fevralında o, prezident Vladimir Putindən, apreldə isə VKontakte və Telegram-ın qurucusu Pavel Durovdan müsahibə alıb. Həmçinin həmin ay Karlson "rus dünyasının ideoloqu" adlandırılan filosof Aleksandr Duqinlə müsahibə edib.
Xəbər lenti
0