https://sputnik.az/20241204/etn-in-esas-hedefi-kicik-yasli-usaqlari-mektebeqeder-tehsile-celb-etmekdir---nazir-469175159.html
ETN-in əsas hədəfi kiçik yaşlı uşaqları məktəbəqədər təhsilə cəlb etməkdir - nazir
ETN-in əsas hədəfi kiçik yaşlı uşaqları məktəbəqədər təhsilə cəlb etməkdir - nazir
Sputnik Azərbaycan
Emin Əmrullayev bildirib ki, məktəbəqədər hazırlıq üçün dərs vəsaitləri yenidən hazırlanıb təhsil müəssisələrinə verilib. 04.12.2024, Sputnik Azərbaycan
2024-12-04T16:25+0400
2024-12-04T16:25+0400
2024-12-04T16:25+0400
emin əmrullayev
təhsil
elm və təhsil nazirliyi
məktəbəqədər təhsil müəssisələri
"məktəbəqədər təhsil haqqında" qanun layihəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433791_0:0:2000:1125_1920x0_80_0_0_4473c347c35c04063a8db121ad8b0883.jpg
BAKI, 4 dekabr — Sputnik. "Məktəbəqədər təhsil təhsilin ən vacib pillələrindəndir. Məktəbəqədər təhsilin əlçatanlığı Azərbaycanda əsasən aşağı göstəricilərlə yadda qalıb. Hazırda 1-5 yaş arasındakı uşaqların ən azı 50 faizinin məktəbəqədər təhsilə cəlb olunması əsas hədəflərimizdəndir". Bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" ilk beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, hazırda 1-5 yaş arasında uşaqların 10-15 faizi məktəbəqədər təhsilə cəlb olunub: "Bəzi bölgələrdə bu göstərici hətta 1 faizdir. Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi ən böyük islahatlardan biri 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmasıdır. Bu proses əvvəlcə 2014-cü ildə pilot layihə olaraq həyata keçirildi. Hazırda təxminən 85-90 faiz arasında uşaq ən azı 1 il müddətində məktəbəqədər təhsilə cəlb olunur. Bu gün Azərbaycanda hər 10 uşaqdan 8-i məktəbəqədər hazırlığa gedir. Bu prosesin müsbət nəticələrini yaxın 10-15 ildə görəcəyik". Nazir qeyd edib ki, məktəbəqədər hazırlıq üçün dərs vəsaitləri yenidən hazırlanıb təhsil müəssisələrinə verilib. Birinci sinfə gələn uşaqların məktəbəqədər hazırlığa cəlb olunması nəzərə alınıb və dərsliklərdə bu məqam nəzərə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433791_200:0:1973:1330_1920x0_80_0_0_05ed5e4f636dc954d8068317925995f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
emin əmrullayev, elm və təhsil nazirliyi, məktəbəqədər təhsil müəssisələri, "məktəbəqədər təhsil haqqında" qanun layihəsi
emin əmrullayev, elm və təhsil nazirliyi, məktəbəqədər təhsil müəssisələri, "məktəbəqədər təhsil haqqında" qanun layihəsi
ETN-in əsas hədəfi kiçik yaşlı uşaqları məktəbəqədər təhsilə cəlb etməkdir - nazir
Emin Əmrullayev bildirib ki, məktəbəqədər hazırlıq üçün dərs vəsaitləri yenidən hazırlanıb təhsil müəssisələrinə verilib.
BAKI, 4 dekabr — Sputnik. "Məktəbəqədər təhsil təhsilin ən vacib pillələrindəndir. Məktəbəqədər təhsilin əlçatanlığı Azərbaycanda əsasən aşağı göstəricilərlə yadda qalıb. Hazırda 1-5 yaş arasındakı uşaqların ən azı 50 faizinin məktəbəqədər təhsilə cəlb olunması əsas hədəflərimizdəndir".
Bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" ilk beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, hazırda 1-5 yaş arasında uşaqların 10-15 faizi məktəbəqədər təhsilə cəlb olunub:
"Bəzi bölgələrdə bu göstərici hətta 1 faizdir. Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi ən böyük islahatlardan biri 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmasıdır. Bu proses əvvəlcə 2014-cü ildə pilot layihə olaraq həyata keçirildi. Hazırda təxminən 85-90 faiz arasında uşaq ən azı 1 il müddətində məktəbəqədər təhsilə cəlb olunur. Bu gün Azərbaycanda hər 10 uşaqdan 8-i məktəbəqədər hazırlığa gedir. Bu prosesin müsbət nəticələrini yaxın 10-15 ildə görəcəyik".
Nazir qeyd edib ki, məktəbəqədər hazırlıq üçün dərs vəsaitləri yenidən hazırlanıb təhsil müəssisələrinə verilib. Birinci sinfə gələn uşaqların məktəbəqədər hazırlığa cəlb olunması nəzərə alınıb və dərsliklərdə bu məqam nəzərə alınıb.