Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Emin Əmrullayev: 100 min əlavə məktəbəqədər hazırlıq yeri açılacaq

© AR Ministry of EducationMəktəbəqədər hazırlıq, arxiv
Məktəbəqədər hazırlıq, arxiv - Sputnik Azərbaycan, 1920, 04.12.2024
Abunə olmaq
BAKI, 4 dekabr — Sputnik. 2026-cı ilin sentyabr-oktyabr aylarına 100 min əlavə məktəbəqədər hazırlıq yerinin açılması hədəflənib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı II beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, bu göstəricinin artıq yarısından çoxuna nail olublar. Digər hissəsini isə əgər pilot layihələr uğurlu olarsa, tamammaq mümkündür. Nazirin fikrincə, işğaldan azad olunmuş ərazilərdə yeni inşa edilən məktəbəqədər təhsil müəssisələri də bu rəqəmlərin artmasına töhfə verəcək:

"Azərbaycanın işğaldan azad edilən ərazilərində yeni tikilən bağçalar da bu rəqəmlərin artmasına gətirib çıxaracaq".

Nazir onu da bildirib ki, 2026-cı ilə qədər məktəbəqədər təhsil sahəsində sertifikasiya prosesinin tətbiqinə başlanılması planlaşdırılır. Onun sözlərinə görə, 2014-2015-ci illərdən başlayaraq, təhsildə diaqnostika və sertifikasiya prosesləri həyata keçirilib:
"Oxşar yanaşma məktəbəqədər təhsil sahəsinə də tətbiq olunacaq".
Xəbər lenti
0