Bakıda COP29 yazısı olan tablo, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2024
COP29
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, ölkə tarixində ən böyük beynəlxalq tədbirdir.

COP29 -a gələnlərə xəbərdarlıq!

© Sputnik / Murad OrujovBakıda COP29 tədbiri
Bakıda COP29 tədbiri - Sputnik Azərbaycan, 1920, 04.12.2024
Abunə olmaq
Ölkədə olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşamaq qanunla müəyyən edilmiş qaydada inzibati məsuliyyətə səbəb olur.
BAKI, 4 dekabr — Sputnik. COP29 vizası ilə və ya vizasız qaydada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMTİDÇK) qeydiyyatından keçərək Azərbaycana gələn əcnəbilər qanunla nəzərdə tutulmuş müddətdən artıq ölkə ərazisində qalmaq zərurəti yarandıqda, müvəqqəti olma müddətinin uzadılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumatda deyilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 40-cı maddəsində nəzərdə tutulmuş hallarda (xidməti zərurət, təcili müalicə və s.) ölkədə müvəqqəti olma müddəti 60 günədək uzadıla bilər:
"Bu halda əcnəbi və vətəndaşlığı olmayan şəxslər müvəqqəti olma müddətinin uzadılması üçün elektron qaydada (https://eservice.migration.gov.az/public/create-mom-application) və ya "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən "miqrasiya xidmətləri" işçi pəncərələri vasitəsilə fiziki olaraq Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər. Qeyd edirik ki, ölkədə olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşamaq qanunla müəyyən edilmiş qaydada inzibati məsuliyyətə səbəb olur".
"Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - pr@migration.gov.az maili vasitəsilə müraciət edə bilərsiniz", - deyə məlumatda bildirilib.
Xəbər lenti
0