NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Bahalaşma: Geosiyasi gərginlik neftin qiymətlərinə təsir edir

© AP Photo / Seth PerlmanNeft buruğu, arxiv
Neft buruğu, arxiv - Sputnik Azərbaycan, 1920, 04.12.2024
Abunə olmaq
Yaxın Şərqdə gərginliyin artması, Cənubi Koreyada baş verən hadisələr neft qiymətlərinə dəstək verib.
BAKI, 4 dekabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri bahalaşıb. Bazar iştirakçılarının geosiyasi gərginliyi və OPEC-in tədarük ixtisarını uzatma perspektivini qiymətləndirməsi nəticəsində qiymətlər möhkəmlənib.
"Brent" markalı neft 16 sent artaraq 73,78 dollar, ABŞ-nin Qərbi Texas nefti 14 sent artaraq 70,08 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti 1,86 dollar artaraq 76,05 dollar təşkil edib.
Analitiklərin fikrincə, Yaxın Şərqdə gərginliyin artması, Cənubi Koreyada baş verən hadisələr neft qiymətlərinə dəstək verib. Bununla belə, ABŞ və Çində aşağı neft tələbi ilə bağlı siqnallar fonunda 2025-ci il üçün bol tədarüklə bağlı narahatlıq qalır.
Bu arada ABŞ-də neft ehtiyatları keçən həftə 1,2 milyon barel artıb. Beynəlxalq Enerji Agentliyi ABŞ, Kanada, Qayana və Braziliyanın başçılıq etdiyi qeyri-OPEC ölkələrində gələn il tədarükün sutkada 1,5 milyon barel artıracağını gözləyir. Bu da neft bazarına təsir göstərir.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
02.12.24, 12:10
Çin və Yaxın Şərq neft qiymətlərinə təsir edir
Dünya bazarlarında neft qiymətləri bahalaşıb. Dünyanın ən böyük neft istehlakçı Çində müsbət iqtisadi göstəricilər və Yaxın Şərqdə gərginliyin yenidən artması qiymətləri qaldırıb.
"Brent" markalı neft 34 sent artaraq 72,18 dollar, ABŞ-nin Qərbi Texas nefti 32 sent artaraq 68,32 dollar olub.
Ötən həftə neft qiymətləri 2025-ci ildə artıq tədarük proqnozları ilə bağlı narahatlıqların azalması səbəbindən 3%-dən çox azalıb.
Neft İxrac Edən Ölkələr Təşkilatı toplatını dekabrın 5-nə təxirə salıb. İclasda 2025-ci ilin ilk ayları üçün neft siyasətinə dair qərar veriləcək.
Qeyd edək ki, "OPEC plyus"un səkkiz üzv ölkəsi noyabrın 3-də könüllü olaraq hasilatın azaldılmasını daha bir ay uzadacaqlarını elan edib. Onlar neft qiymətlərinin aşağı düşməsi tendensiyasına cavab olaraq bildiriblər ki, dekabrın sonuna qədər bu ixtisarlar davam edəcək. Qruplaşma dekabr ayından hasilatı 180 min barel artırmalı idi.
Xatırladaq ki, keçən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan nefti 53 sent artaraq 75,37 dollar təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Xəbər lenti
0