Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bəşər Əsədin rəqibləri türklər deyil - politoloq

© AP Photo / Ghaith AlsayedSuriya ordusunun tankları
Suriya ordusunun tankları - Sputnik Azərbaycan, 1920, 04.12.2024
Abunə olmaq
İlqar Vəlizadə deyib ki, Suriyada Əsəd hökumətinə qarşı mübarizə aparan qüvvələri türkyönümlü adlandırmaq doğru olmaz.
BAKI, 4 dekabr — Sputnik. 2011-ci ildən bəri Suriyada silahlı qarşıdurma son günlərdə daha da şiddətlənib. Məlumat üçün bildirək ki, 2015-ci ildə Suriyada münaqişənin nizamlanması ilə əlaqədar Rusiya, Türkiyə və İran tərəfindən Astana formatının əsası qoyulub. Bu format çərçivəsində Suriyada münaqişənin sona çatması, sülh və sabitliyin təmin olunması ilə bağlı bir çox məsələlər müzakirə olunur. Hər il bu formatın müntəzəm görüşləri keçirilir.
Astana formatı Suriya münaqişəsinin nizamlanmasında mühüm rol oynayır və tərəflər arasında dialoqun davam etməsi üçün münasib şərait yaradır. İndiki məqamda Astana formatının aktuallığı yenidən gündəmə gəlib. Rusiya və İran Astana formatının fəaliyyət prinsiplərinə uyğun olaraq mövcud şəraitin nizamlanmasını istəyirlər.
Astana formatında Rusiya, İran və Türkiyə, habelə Suriya hökuməti və müxalifətinin nümayəndələri, BMT və müşahidəçi ölkələr İordaniya , Livan və İraq iştirak edir. Son həftə ərzində Suriyada vəziyyətin kəskinləşməsi fonunda bu formatın iştirakçısı olan ölkələr arasında təmaslar da intensivləşib.
Proseslərdə İranın xüsusi fəallığı isə diqqətdən yayınmır. Rəsmi Tehran Bəşər Əsəd hakmiyyətini qorumaq üçün hətta ordu göndərə biləcəyini elan edib. Dekabrın 3-də Rusiya və Türkiyə prezidentləri arasında baş tutan telefon danışığının da əsas mövzusu Suriydakı vəziyyət olub. Rusiya və İran Türkiyənin Suriyada baş verənlərə yanaşmasını dəyişməsini istəyirlər. Rusiya və İran Əsəd hakimiyyətinə qarşı çıxan silahlı müxalifəti terrorçu qruplar kimi qəbul etsə də, Türkiyə silahlı müxalifləri dəstəkləyir. Münaqişə Moskva və Tehranı hücumu dəstəkləyən Türkiyə ilə qarşı-qarşıya qoyub.
Daha bir maraqlı açıqlama isə İraqdan gəlib. İraq baş naziri Məhəmməd Şiə əl-Sudani ölkəsinin Suriyadakı hadisələri kənardan izləməyəcəyini söyləyib və qiyamçıların irəliləyişində Suriyaya zərbələr endirən İsraili ittiham edib.
O da məlum olub ki, "Təhrir əş-Şam"ın Hələb və İdlib də daxil olmaqla, onlarla kənd və qəsəbəni, o cümlədən hərbi bazaları bir neçə günə ələ keçirməsindən və Suriya ordusunun bu silahlılar qarşısında darmadağın olmasından sonra Bəşər Əsəd Türkiyə lideri ilə danışıqlar üçün İraqdan vasitəçilik xahiş edib, eyni zamanda nümayəndələrini Antalyaya göndərib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə bildirib ki, hazırda Astana formatında ölkələrin görüşü məsələsi üzərində iş gedir. Qeyd edilib ki, Dohada format iştirakçılarının görüşü planlaşdırılır, hazırlıqlar gedir.
Politoloq İlqar Vəlizadə deyir ki, Suriyada indiki vəziyyət həddindən artıq qəlizdir və proseslərin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Onun sözlərinə görə, Astana formatı indiki halda aktuallığını saxlayır:
"Bu formatın ləğv olunacağını düşünmürəm. Formatdan kənar dövlətlərin bu formata marağını görmürük. Hazırda bu formatın əsas ölkələri arasında müvafiq əməkdaşlıqlar qorunur. O baxımdan onun qalacağını, lakin yeni formada qurulacağını düşünürəm. Çünki tərəflər öz yenilənmiş mövqelərini təqdim etməlidirlər. Suriyada baş verənlər təqdim olunan kimi sadə deyil".
© Sputnik / Murad OrujovPolitoloq İlqar Vəlizadə
Пресс-конференция посла Росси в Азербайджане Михаила Бочарникова - Sputnik Azərbaycan, 1920, 04.12.2024
Politoloq İlqar Vəlizadə
"Bu gün Suriyada Əsəd hökumətinə qarşı mübarizə aparan qüvvələri türkyönümlü adlandırmaq doğru olmaz. Doğrudur ki, onların arasında Türkiyəyə simpatiya duyanlar var. Suriyada müxalifət düşərgəsai müxtəlif siyasi cəəryanlardan ibarətdir. Onların taktiki maraqları eynidir, amma Əsəddən sonrakı dövrdə bir yerdə qalacaqlarını gözləmək olmaz. Türkiyə deyir ki, Əsəd hakimiyyəti müxaliflərin səsini eşitməlidir. Ancaq Türkiyə konkret olaraq "Həyat Təhrir əş-Şam"ı dəstəkləyir demək olmaz. İndiki müharibənin hərəkətverici qüvvəsi "Həyat Təhrir əş-Şam"dır. Bu təşkilat regionda siyasi qurum kimi formalaşıb. Digər qüvvələr isə taktiki və strateji maraqlarına görə, onlarla hesablaşırlar. Türkiyə də anlayır ki, onların tərəfində olmağa məcburdur. Sözügedən təşkilat Əsədə qarşı çıxan bütün qüvvələr üçün labüddür. Ona görə də "Həyat Təhrir əş-Şam" bundan istifadə edir" - politoloq fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0