https://sputnik.az/20241204/antalya-sahillerinde-guclu-zelzele-bas-verib-469180826.html
Antalya sahillərində güclü zəlzələ baş verib
Antalya sahillərində güclü zəlzələ baş verib
Sputnik Azərbaycan
Zəlzələ Aralıq dənizində 32,69 kilometr dərinlikdə baş verib və ətraf əyalətlərdə də hiss olunub. 04.12.2024, Sputnik Azərbaycan
2024-12-04T15:13+0400
2024-12-04T15:13+0400
2024-12-04T15:13+0400
zəlzələ
dünya xəbərləri
afad
aralıq dənizi
antalya
kahramanmaraş
https://cdnn1.img.sputnik.az/img/07e8/08/09/466569761_0:116:3352:2001_1920x0_80_0_0_88bde15ef11f2a2bf80d5fc80507ff39.jpg
BAKI, 4 dekabr — Sputnik. Türkiyənin Antalya bölgəsinin Qazipaşa rayonu sahillərində 4,6 maqnitudalı zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələ Aralıq dənizində 32,69 kilometr dərinlikdə baş verib və ətraf əyalətlərdə də hiss olunub. İtki və tələfat barədə məlumat yoxdur.Xatırladaq ki, 2023-cü ilin fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar ölkənin 11 vilayətində və Suriya da daxil olmaqla, digər qonşu ölkələrdə hiss olunub. Son məlumatlara görə, təbii fəlakət zamanı Türkiyədə 53 mindən çox insan həyatını itirib.Ümumilikdə 11 vilayətin və 14 milyon insanın zərər çəkdiyi zəlzələ Türkiyə iqtisadiyyatına 104 milyard dollar dəyərində ziyan vurub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/09/466569761_283:0:3014:2048_1920x0_80_0_0_49ff721061ac2f72a7c4ed7bcd4a0cf1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, afad, aralıq dənizi, antalya, kahramanmaraş
zəlzələ, afad, aralıq dənizi, antalya, kahramanmaraş
Antalya sahillərində güclü zəlzələ baş verib
Zəlzələ Aralıq dənizində 32,69 kilometr dərinlikdə baş verib və ətraf əyalətlərdə də hiss olunub.
BAKI, 4 dekabr — Sputnik. Türkiyənin Antalya bölgəsinin Qazipaşa rayonu sahillərində 4,6 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ Aralıq dənizində 32,69 kilometr dərinlikdə baş verib və ətraf əyalətlərdə də hiss olunub.
İtki və tələfat barədə məlumat yoxdur.
Xatırladaq ki, 2023-cü ilin fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar ölkənin 11 vilayətində və Suriya da daxil olmaqla, digər qonşu ölkələrdə hiss olunub. Son məlumatlara görə, təbii fəlakət zamanı Türkiyədə 53 mindən çox insan həyatını itirib.
Ümumilikdə 11 vilayətin və 14 milyon insanın zərər çəkdiyi zəlzələ Türkiyə iqtisadiyyatına 104 milyard dollar dəyərində ziyan vurub.