https://sputnik.az/20241204/2030-cu-ile-qeder-dunyada-neft-ve-qaz-istehlakinin-artimi-ile-bagli-proqnozlar-aciqlanib-469158795.html
2030-cu ilə qədər dünyada neft və qaz istehlakının artımı ilə bağlı proqnozlar açıqlanıb
2030-cu ilə qədər dünyada neft və qaz istehlakının artımı ilə bağlı proqnozlar açıqlanıb
Sputnik Azərbaycan
ABŞ-da hasilat artımı OPEC+ üçün əsas risk olaraq qalır, lakin bu, tarixi səviyyələrdən aşağı olacaq və 2025-ci ildə 2% artımla gündəlik 0,3-0,4 milyon barelə... 04.12.2024, Sputnik Azərbaycan
2024-12-04T10:39+0400
2024-12-04T10:39+0400
2024-12-04T10:39+0400
neft
iqtisadiyyat
vtb bankı
bank vtb
"brent" markalı neft
opec
çin
hindistan
qaz
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465129539_0:160:3072:1888_1920x0_80_0_0_0350db083ea694cfdeafb1f70020e27a.jpg
BAKI, 4 dekabr — Sputnik. Dünyada qaz istehlakı 2030-cu ilə qədər 10% artacaq, neft istehlakı isə 4% təşkil edəcək. Bunu Rusiyanın VTB Bankının analitikləri proqnozlaşdırırlar. Rusiyanın VTB Bankının analitikləri 2030-cu ilə qədər qlobal qaz istehlakının 10%, neft istehlakının isə 4% artacağını proqnozlaşdırırlar. Onların fikrincə, tələbatın əsas artımı Asiya, xüsusən də Hindistan və Çin hesabına olacaq. Avropada qaz istehlakı azalmağa davam edəcək və 2030-cu ildə Çinlə müqayisədə 22% aşağı olacaq. Bankın məlumatına görə, inkişaf etmiş ölkələrdə neftə tələbat sabit qalacaq. Eyni zamanda, VTB Bankı 2030-cu ildə Çində qaz istehlakının 2023-cü ilə nisbətən üçdə bir artaraq 521 milyard kubmetr olacağına, Hindistanda qaz infrastrukturunun məhdud qəbulu və paylanması şəraitində 52% artaraq 97 milyard kubmetrə çatacağına ümid edir. Avropada qaz istehlakı 12,5% azalaraq 407 milyard kubmetr təşkil edəcək. Sənaye və enerji sektoru da daxil olmaqla bütün seqmentlərdə tələb azalacaq. "2025-ci ildə dünya neft istehlakı sutkada 104 milyon barel təşkil edə bilər ki, bu da 2024-cü illə müqayisədə 1% çoxdur", - VTB-nin proqnozunda qeyd olunub. 2030-cu ilə qədər Bank analitikləri Asiyada, xüsusən də Çin (+6%, gündə 17,5 milyon barelə qədər) və Hindistanda istehlakın artması səbəbindən tələbatın sutkada 108 milyon barelə (+4%) artacağını və bu ölkələrin gündəlik 24% artaraq 6,95 milyon barelə çatacağını proqnozlaşdırırlar. İnkişaf etmiş ölkələrdə (Yaponiya, ABŞ, Avropa İttifaqı (Aİ) ölkələrində) ümumi neft istehlakı sabit qalacaq. OPEC üçün əsas risk VTB Bankı həm istehsalçılar, həm də istehlakçılar üçün qiymətləri rahat səviyyədə saxlamaq məqsədi ilə OPEC+ təşkilatının yaxın illərdə neft bazarında balanslaşdırıcı tədarükçüsü olaraq qalacağını gözləyir. "Rusiya üçün bu o deməkdir ki, 2025-ci ildə hasilat qaz kondensatı istisna olmaqla, sutkada 9,2 milyon barel kvota əsasında 1% artaraq 470 milyon ton təşkil edə bilər. Bunu da nəzərə alsaq, gündəlik 10,3 milyon barel səviyyəsində olan hasilatı gözləmək olar ki, bu da 2019-cu ilin pik həddi ilə müqayisədə 8% aşağıdır" - VTB Bankdan bildiriblər. Proqnozda qeyd edilib ki, ABŞ-da hasilatın artımı OPEC+ üçün əsas risk olaraq qalır, lakin o, tarixi səviyyədən aşağı olacaq və 2025-ci ildə 2% artımla gündəlik 0,3-0,4 milyon barelə çatacaq. 2025-2030-cu illərdə VTB Bankı "Brent" markalı neftin qiymətinin bir barel üçün 70-80 dollar aralığında olacağına ümid edidr. Bank hesab edir ki, ABŞ-ın İran və Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalarının sərtləşdirilməsi qiymətlərin artmasına səbəb ola bilər ki, bu da dünya bazarında neft tədarükünü gündə təxminən 1 milyon barel azaldacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465129539_171:0:2902:2048_1920x0_80_0_0_1d2d0de5d7dcae708aed213b9dad756d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
neft, vtb bankı, bank vtb, "brent" markalı neft, opec, çin, hindistan, qaz
neft, vtb bankı, bank vtb, "brent" markalı neft, opec, çin, hindistan, qaz
2030-cu ilə qədər dünyada neft və qaz istehlakının artımı ilə bağlı proqnozlar açıqlanıb
ABŞ-da hasilat artımı OPEC+ üçün əsas risk olaraq qalır, lakin bu, tarixi səviyyələrdən aşağı olacaq və 2025-ci ildə 2% artımla gündəlik 0,3-0,4 milyon barelə çatacaq.
BAKI, 4 dekabr — Sputnik. Dünyada qaz istehlakı 2030-cu ilə qədər 10% artacaq, neft istehlakı isə 4% təşkil edəcək.
Bunu Rusiyanın VTB Bankının analitikləri proqnozlaşdırırlar.
Rusiyanın VTB Bankının analitikləri 2030-cu ilə qədər qlobal qaz istehlakının 10%, neft istehlakının isə 4% artacağını proqnozlaşdırırlar.
Onların fikrincə, tələbatın əsas artımı Asiya, xüsusən də Hindistan və Çin hesabına olacaq. Avropada qaz istehlakı azalmağa davam edəcək və 2030-cu ildə Çinlə müqayisədə 22% aşağı olacaq.
Bankın məlumatına görə, inkişaf etmiş ölkələrdə neftə tələbat sabit qalacaq.
Eyni zamanda, VTB Bankı 2030-cu ildə Çində qaz istehlakının 2023-cü ilə nisbətən üçdə bir artaraq 521 milyard kubmetr olacağına, Hindistanda qaz infrastrukturunun məhdud qəbulu və paylanması şəraitində 52% artaraq 97 milyard kubmetrə çatacağına ümid edir.
Avropada qaz istehlakı 12,5% azalaraq 407 milyard kubmetr təşkil edəcək. Sənaye və enerji sektoru da daxil olmaqla bütün seqmentlərdə tələb azalacaq.
"2025-ci ildə dünya neft istehlakı sutkada 104 milyon barel təşkil edə bilər ki, bu da 2024-cü illə müqayisədə 1% çoxdur", - VTB-nin proqnozunda qeyd olunub.
2030-cu ilə qədər Bank analitikləri Asiyada, xüsusən də Çin (+6%, gündə 17,5 milyon barelə qədər) və Hindistanda istehlakın artması səbəbindən tələbatın sutkada 108 milyon barelə (+4%) artacağını və bu ölkələrin gündəlik 24% artaraq 6,95 milyon barelə çatacağını proqnozlaşdırırlar. İnkişaf etmiş ölkələrdə (Yaponiya, ABŞ, Avropa İttifaqı (Aİ) ölkələrində) ümumi neft istehlakı sabit qalacaq.
VTB Bankı həm istehsalçılar, həm də istehlakçılar üçün qiymətləri rahat səviyyədə saxlamaq məqsədi ilə OPEC+ təşkilatının yaxın illərdə neft bazarında balanslaşdırıcı tədarükçüsü olaraq qalacağını gözləyir.
"Rusiya üçün bu o deməkdir ki, 2025-ci ildə hasilat qaz kondensatı istisna olmaqla, sutkada 9,2 milyon barel kvota əsasında 1% artaraq 470 milyon ton təşkil edə bilər. Bunu da nəzərə alsaq, gündəlik 10,3 milyon barel səviyyəsində olan hasilatı gözləmək olar ki, bu da 2019-cu ilin pik həddi ilə müqayisədə 8% aşağıdır" - VTB Bankdan bildiriblər.
Proqnozda qeyd edilib ki, ABŞ-da hasilatın artımı OPEC+ üçün əsas risk olaraq qalır, lakin o, tarixi səviyyədən aşağı olacaq və 2025-ci ildə 2% artımla gündəlik 0,3-0,4 milyon barelə çatacaq.
2025-2030-cu illərdə VTB Bankı "Brent" markalı neftin qiymətinin bir barel üçün 70-80 dollar aralığında olacağına ümid edidr. Bank hesab edir ki, ABŞ-ın İran və Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalarının sərtləşdirilməsi qiymətlərin artmasına səbəb ola bilər ki, bu da dünya bazarında neft tədarükünü gündə təxminən 1 milyon barel azaldacaq.