Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Yatmış şiri oyatmayın: Qərb Rusiyanı eşitməyə hazır deyil

© Sputnik / Алексей Витвицкий / Mediabanka keçidRusiya və NATO-nun bayraqları
Rusiya və NATO-nun bayraqları - Sputnik Azərbaycan, 1920, 03.12.2024
Abunə olmaq
Rusiyaya qarşı aparılan elan olunmamış müharibənin Qərb üçün acı nəticələrini artıq bu gün görmək mümkündür.
Yelena Karayeva, RİA Novosti
Xüsusi Hərbi Əməliyyatın (XHƏ) müddəti 1000 günü ötdüyü bir vaxtda Qərb hələ də bizi bərabər güc olaraq görməyə hazır deyil və bunu inkar edir. İqtisadi cəhətdən özünün dollar və avro üzərindəki hakimiyyətini "gözə soxaraq", o Cənubi Qafqazdan Uzaq Şərqə qədər olan bir ərazidə gərginlik ocaqlarını qızışdırır. Məqsəd orda idarəolunan xaos yaratmaqdan ibarətdir. Hərbi cəhətdən Qərb NATO-ya ümid bəsləyir.
Rusofobiyaya tutulmuş ümumavropa blokunun istər köhnə solistləri olan Makron və Şoltsun, istərsə də yeni - Avropa Şurasının sədri Koshtu və Borrelin varisi olan Kallasdan ibarət olan isteblişmentinin etdirlərindən məlum olur ki, onlar Ukraynaya növbəti dəfə dəstək vermək üçün hətta "Cənnət Bağının" sakinlərini belə qurban verməyə hazırdır. Koshtu və Kallas vəzifələrinin icrasına başlayar-başlamaz Kiyevə cumdular. Bu ziyarət hadisələrin gedişi baxımdan önəm kəsb etməsə də, Rusiyaya yönəlmiş bir siqnal idi. Qərb bildirir ki, sizi məhv etmək üçün heç nəyin qarşısında dayanmayacağıq.
Bizə güc və təhdid nümayişinin ikinci aktı çərşənbə axşamı gününə təyin edilib. NATO ölkələrinin diplomatiyalarının rəhbərləri bizə qarşı hərbi düzülüşlə irəlləməyə başlayıb-başlamamaq haqqında qərar qəbul edəcəklər. Özü də bu dəfə bu haqda açıq bildiriləcək.
Ukrayna artıq ağ ağaların ayaqlarına düşərək, onu ittifaqa qəbul etmələrini və ya qəbul etməyə hazır olduqlarını bildirmələrini xahiş edib. Qismən də olsa. İndi olmasa da. Kiyev bunu iki dəfə və ucadan bəyan edib. Gündəmin fərqli və daha az reklam olunan hissəsi isə, Ukraynadakı hərbi əməliyyatlara nəzarət edəcək NATO Komandanlığının qərargahının yaradılmasıdır. Visbadendə yerləşəcək qərargahın heyəti yeddi yüz nəfərdən ibarət olacaq.
Qərblilər "hərbi qərargah" tələb edən "yardım və dəstəyin koordinasiyasından" danışdıqda, bu, Ukraynadakı geosiyasi böhranda İttifaq ölkələrinin və ordularının birbaşa iştirakı anlamına gəlir. Bu baxımdan Baş katib Ruttenin keçən həftə Trumpla görüşmək üçün təcili səfərinin məqsədinə də aydınlıq gəlir. NATO qoşunlarının Ukraynaya göndərilməsinin müzakirə səbəbləri də aydın olur. Bu məsələ Makron və Starmer arasında da, bəzi məlumatlara görə Scholzla da müzakirə olunur. Trumpın "sülh təşəbbüsü" də eyni dərəcədə aydın olur. Axı həmin təşəbbüsdə gələcək danışıqlarda bizim üçün mümkün əsas ola biləcək heç bir təklif yoxdur (və ola da bilməz).
Həm Avropa, həm də Amerika kontingentinin göndərilməsinə gəldikdə, birincisi, hər kəs bilir ki, hərbi təlimçilər və xarici mütəxəssislər uzun müddətdir ki XHƏ zonasındadır. İkincisi, onların münaqişədəki iştirakını demokratiya uğrunda mübarizə aparan və Ukraynaya "rus barbarlarının qoşunlarına" müqavimət göstərmək üçün köməyə gələn "könüllülər" kimi təqdim etməklə leqallaşdırmaq mümkündür.
NATO-nun bizimlə hərbi qarşıdurmada birbaşa iştirakına dair planların olması hələ XHƏ başlamazdan əvvəl də məlum idi. Vladimir Putin bu haqda 2022-ci ilin fevralında danışmışdı. Xüsusilə Makronla görüşdə. Həm o vaxt, həm də indi Moskva Alyansı kollektiv intihara aparan addımlardan çəkindirdi. Həmin vaxt təbii ki, heç kim Kremlə qulaq asmadı. Bu gün, "Oreşnikin" sınağından sonra, qərblilər üçün yeni reallıqlar ortaya çıxsa da, natoçular onları nəzərə almaq istəmir.
Niyə? Çünki onlar fikirlərini başqa bir şey üzərində cəmləşdirib. Məqsəd nəyin bahasına olursa olsun strateji məğlubiyyətimizə nail olmaqdır. Ukraynanın timsalında hamı dövlətlərin və xalqların istehlak materialına necə çevrildiyini gördü. Ölkədə növbəti səfərbərlik dalğası ilə bağlı çətinliklər var. İstisna deyil ki, ukraynalı döyüşçülərin əvəzinə təmas xəttinə avropalı könüllülər göndərilə bilər. Onlar bitdikdən sonra Visbadendə oturan natoçular başqa bir iyrənclik tapacaq.
Burda bir izahat tələb olunur. Soyuq müharibədə SSRİ-ni məğlub edib Avro-Atlantik bölgədə mövcud olan qlobal sabitlik sistemini pozan Qərb səhvən zənn etdi ki, bizi əbədi olaraq zəiflətdi. Bizim iqtisadi cəhətdən aşağı təsirli yanacaqdoldurma məntəqəsi səviyyəsində qalacağımızı, hərbi cəhətdən zəif olsacağımızı, və siyasi çəkimizin sonsuz sıfıra doğru meylli qalacağını düşündülər. Otuz il əvvəl, bəlkə də bu cür illüziyaların mövcud olması adi hal kimi qiymətləndirilə bilərdi.
Liberal-qlobalist gündəmin təsirinə düşən Qərb Rusiyanın "kiçik" (nisbətən təbii ki, çünki biz hələ də dünyanın ən böyük dövlətiyik) və zəif olacağına qərar verdi. Amma unutdu ki, İlya Muromets otuz üç il sobada iflic vəziyyətdə qalsa da, daha sonra sürətli şəkildə müxtəlif bütləri məhv etməyə başlayıb.
Elə burada dastanımızla bənzətmələr sona çatır. Rusiyanın sobada yatmaq üçün imkanı yox idi. Amma Qərb bunu nəzərə almamağdan gəldi. Onun narahatlığı görməzdən gəldiyi dünyada ölkə yenidən güc qazanmaq istəyirdi. Qərbdə nəzərə almadılar ki, problemlər bizi dha da ruhlandırır.
Qərb nə min gün əvvəl, nə də bu gün başa düşmür ki, bizimlə ultimatum və təhdid dili ilə danışmağın heç bir faydası yoxdur. Ucuz qiymətlə işə götürülən subpodratçılardan istifadə etmək də faydasızdır. Qərbə çatmadı ki, anti-Rusiya çəkindirmə xəttini cızmaqda davam etdiyi halda, bizimlə açıq genişmiqyaslı hərbi toqquşmaya girmək məcburiyyətində qalacaq. Əslində bu Qərbin dəfələrlə üzləşdiyi məlum cavabdır. Qərargahlar yaradıla bilər, kontingentlər (gizli və açıq şəkildə) göndərilə bilər. Bizə qarşı on minlərlə məhdudiyyət tətbiq edilə bilər. Amma bu Qərbi bizdən alacağı yeni strateji məğlubiyyətdən qoruya bilməz. Gələcəkdə bunun nə ilə nəticələnəcəyinə dair təfərrüatlar və incəliklər isə artıq bu gün də aydın görünür.
Xəbər lenti
0