DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə İranın xarici işlər naziri vasitəsilə Əsəddən mesaj almayıb - Hürriyət

© SANA via APBəşər Əsəd, arxiv
Bəşər Əsəd, arxiv - Sputnik Azərbaycan, 1920, 03.12.2024
Abunə olmaq
Türkiyə nəşri xəbər verir ki, Ankara Suriyadakı hadisələr fonunda Dəməşqin siyasi təmaslara başlamağa hazır olduğuna dair vasitəçilər vasitəsilə siqnallar alır.
BAKI, 3 dekabr — Sputnik. İranın xarici işlər naziri Abbas Əraqçinin Ankaraya səfəri zamanı Türkiyə Suriya prezidenti Bəşər Əsəddən heç bir mesaj almayıb. Bu barədə Türkiyənin "Hürriyet" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Ankara səfərindən əvvəl Əraqçi Dəməşqdə Suriya lideri Bəşər Əsədlə danışıqlar aparıb və onunla Suriyadakı son hadisələri müzakirə edib.

"Bəşər Əsədin Türkiyə ilə görüş istəyib-istəməyəcəyi maraq doğurub, lakin nə Rusiya xarici işlər naziri, nə də İran xarici işlər naziri Əsəddən Ankaraya bir mesaj gətirməyib", - qəzet yazır.

Türkiyə nəşri xəbər verir ki, Ankara Suriyadakı hadisələr fonunda Dəməşqin siyasi təmaslara başlamağa hazır olduğuna dair vasitəçilər vasitəsilə siqnallar alır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirib ki, o, hələ də Suriya lideri Bəşər Əsədlə görüşməyə və onunla iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə etməyə ümid edir. Türkiyə XİN-dən RİA Novosti-yə verilən məlumata görə, Ankara Suriyada sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirir və Dəməşqin mövqelərinə yenidən baxacağına və taleyüklü addımlar atacağına ümid edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0