CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 3 dekabr – FOTO

© Sputnik3 dekabr
3 dekabr - Sputnik Azərbaycan, 1920, 03.12.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 3 dekabr — Sputnik. Dekabrın 3-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Dekabrın 3-də kimlər anadan olub?
Roulend Hill (1795-1879) – İngiltərə ixtiraçısı və islahatçısı, müasir poçt xidmətinin yaradıcısıdır.
Mixail Koşkin (1898-1940) - Rusiya konstruktor mühəndisi, T-34 tankının yaradıcısı və ilk baş konstruktorudur.
Jan-Lük Qodar (1930-2022) Fransa kinorejissoru, kino tənqidçisi, aktyor, ssenarist və kino prodüseridir. Onun 1960-cı illərdə çəkdiyi filmlər dünya kino sənətinə inqilabi təsir göstərib.
© AP Photo / Jean-Jacques LevyJan-Lük Qodar
Jan-Lük Qodar - Sputnik Azərbaycan, 1920, 02.12.2024
Jan-Lük Qodar
Nina Doroşina (1934-2018) - Rusiya teatr və kino aktrisasıdır. O, "Yaxşılıq etməyə tələsin", "Sevgi və göyərçinlər" və s. filmlərdə rol alıb.
© Sputnik / Mediabanka keçidNina Doroşina və İqor Vasilyev
Актеры Нина Дорошина и Игорь Васильев в художественном фильме Строится мост. - Sputnik Azərbaycan, 1920, 02.12.2024
Nina Doroşina və İqor Vasilyev
Ozzi Osborn (1948) – İngiltərə rok musiqiçisi, müğənni, "Black Sabbath" qrupunun üzvü və yaradıcılarından biridir.
© Joel Ryan / Invision / APOzzi Osborn
Оззи Осборн - Sputnik Azərbaycan, 1920, 02.12.2024
Ozzi Osborn
Culianna Mur (1960) – amerikalı aktrisa və yazıçıdır. O, "Oskar" mükafatı laureatıdır.
© Jordan Strauss / Invision / APCulianna Mur
Culianna Mur - Sputnik Azərbaycan, 1920, 02.12.2024
Culianna Mur
Brendan Freyzer (1968) — ABŞ teatr və kino aktyoru, prodüserdir. O, "Oskar" və bir çox mükafatların laureatıdır. Aktyor daha çox "Mumiya", "Cunqliyalı Corc", "Mumiya qayıdır", "Yerin mərkəzinə səyahət" filmləri ilə tanınır.
© Jordan Strauss / Invision / APBrendan Freyzer
Brendan Freyzer  - Sputnik Azərbaycan, 1920, 02.12.2024
Brendan Freyzer
3 dekabr tarixində dünyada baş verən tarixi hadisələr
1586-cı ildə İngiltərəyə ilk dəfə Kolumbiyadan kartof gətirilib.
1967-ci ildə Cənubi Afrikanın Keyptaun şəhərində tibb tarixində ilk dəfə ürək transplantasiyası əməliyyatı həyata keçirilib. Həkim-professor Kristian Barnard ölümcül yaralanmış 25 yaşlı qadının ürəyini 55 yaşlı xəstəyə köçürüb. Əməliyyat uğurla başa çatıb.
1984-cü ildə Hindistanda kimya zavodunda baş verən qəzada 18 min insan həlak olub.
1992-ci ildə Beynəlxalq Əlillər Günü təsis edilib. Bu günün keçirilməsində məqsəd əlilliyi olan insanların problemlərinin həllinə ictimaiyyəti cəlb etmək, bütün əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsidir.
1996-cı ildə ATƏT-in Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən sammitində təşkilatın iştirakçı dövlətləri (Ermənistan istisna olmaqla) Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün aşağıdakı prinsipləri razılaşdırıblar: Ermənistan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyü; Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusunun verilməsi; regionda hər iki icmanın təhlükəsizliyinin təmin edilməsi.
2008-ci ildə Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq – Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilən konfransında Bakı Bəyannaməsi qəbul edilib. Konfransda ilk dəfə olaraq Avropa ölkələri ilə yanaşı müsəlman ölkələri də iştirak edib.
Xəbər lenti
0