https://sputnik.az/20241203/stehsal-ucun-avtobuslarin-ehtiyat-hisselerinin-idxali-gomruk-rusumundan-azad-edilecek-469161114.html
İstehsal üçün avtobusların ehtiyat hissələrinin idxalı gömrük rüsumundan azad ediləcək
İstehsal üçün avtobusların ehtiyat hissələrinin idxalı gömrük rüsumundan azad ediləcək
Sputnik Azərbaycan
Komitə sədri bildirib ki, yerli avtomobil sənayesinə investisiya cəlbinin stimullaşdırılması məqsədilə ölkə ərazisində avtobus istehsalına gömrük güzəştlərinin... 03.12.2024, Sputnik Azərbaycan
2024-12-03T21:13+0400
2024-12-03T21:13+0400
2024-12-03T21:13+0400
avtobus
iqtisadiyyat
gömrük
rüsum
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42417/29/424172914_0:77:2001:1202_1920x0_80_0_0_a909d27e53579f9b7c62fc50b7f34d08.jpg
BAKI, 3 dekabr — Sputnik. Milli Məclisin plenar iclasında "Gömrük tarifi haqqında" qanuna dəyişiklik müzakirə edilib. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, layihədə 3 istiqamət üzrə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulur:Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib. Qeyd edək ki, gömrük rüsumları - malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növüdür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42417/29/424172914_146:0:1853:1280_1920x0_80_0_0_9a6e60a26a8121f485edbd1c17a94f89.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
avtobus, gömrük, rüsum, azərbaycan
avtobus, gömrük, rüsum, azərbaycan
İstehsal üçün avtobusların ehtiyat hissələrinin idxalı gömrük rüsumundan azad ediləcək
Komitə sədri bildirib ki, yerli avtomobil sənayesinə investisiya cəlbinin stimullaşdırılması məqsədilə ölkə ərazisində avtobus istehsalına gömrük güzəştlərinin verilməsi nəzərdə tutulur.
BAKI, 3 dekabr — Sputnik. Milli Məclisin plenar iclasında "Gömrük tarifi haqqında" qanuna dəyişiklik müzakirə edilib.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, layihədə 3 istiqamət üzrə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulur:
"Birinci istiqamət dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr üzrədir. İkinci istiqamət bərpa olunan enerji istehsalı layihələri ilə bağlıdır. Üçüncü istiqamət yerli avtomobil sənayesinə investisiya cəlbinin stimullaşdırılması məqsədilə ölkə ərazisində avtobus istehsalına gömrük güzəştlərinin verilməsi ilə bağlıdır. Bu məqsədlə təsdiqedici sənəd əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 2025-ci il yanvarın 1-dən 8 il müddətinə gömrük rüsumundan azad edilir".
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, gömrük rüsumları - malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növüdür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.