https://sputnik.az/20241203/ssizliye-gore-sigorta-odenisini-kimler-ve-nece-ala-biler-469135752.html
İşsizliyə görə sığorta ödənişini kimlər və necə ala bilər?
İşsizliyə görə sığorta ödənişini kimlər və necə ala bilər?
Sputnik Azərbaycan
İşsizlikdən sığorta ödənişi sosial sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. 03.12.2024, Sputnik Azərbaycan
2024-12-03T09:27+0400
2024-12-03T09:27+0400
2024-12-03T09:27+0400
işsizlik
cəmiyyət
sığorta
işsizlikdən sığorta
"işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulması"
musa quliyev
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/02/469135584_0:0:2973:1672_1920x0_80_0_0_4717bb8978b03d948a96c905af7e27fd.jpg
BAKI, 3 dekabr — Sputnik. İşsizlikdən sığorta fondunun gələn ilki büdcəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Sənədə əsasən, fondun gəlir və xərcləri bərabər olmaqla 260,7 milyon manat proqnozlaşdırılır. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də 17 milyon manatı işsizlərə sığorta ödənişləri üçün istifadə olunacaq. Qeyd edək ki, işsizlikdən sığorta - vətəndaşların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönələn təminat formasıdır. Bəs, maraqlıdır işsizlikdən sığorta ödənişini kimlər ala biləcək? Deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlar üçün nəzərdə tutulub: "Belə ki, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması, əmək müqaviləsinin müddətinin qurtarması nəticəsində əmək münasibətlərinə xitam verilməsi və digər hallarda işsizlikdən sığorta ödənişini vətəndaşlar alırlar. Bu zaman həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsistemində işsiz kimi qeydiyyatdan keçməsi vacibdir. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə tikilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir". Deputat bildirib ki, əmək müqaviləsi müddətinin bitməsinə görə şəxs işdən azad olunursa, onun işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 ay ərzində əmək müqaviləsi üzrə 24 aydan çox sosial sığorta stajına malik olması əsas tələblərdəndir. Həmçinin hüquqi şəxs ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə və digər hallarda vətəndaş işdən azad olunarsa, onun işsizliyin başlamasından əvvəlki 24 ay ərzində 12 aydan çox sosial sığorta stajına malik olması əsas tələblər arasındadır. "İşsizlikdən sığorta ödənişi sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Həmin məbləğ əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz. Deməli, qeyd olunan hallarda iş yerlərini itirən vətəndaşlarımız ərizə ilə müraciət edərək işsizlər üçün nəzərdə tutulan vəsaiti ala bilərlər" - deputat əlavə edib. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il noyabr ayının 1-nə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 214,7 min nəfər olub, onların 47 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 406,1 manat olub. İşsizlikdən sığorta ödənişi nədir? İşsizlikdən sığorta ödənişi "İşsizlikdən sığorta haqqında" qanunda nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. Başqa sözlə, sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaitidir. İşsizlikdən sığorta haqqı nə qədərdir? -İşəgötürən tərəfindən ödənilən sığorta haqqı üzrə - hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi; - İşçi tərəfindən ödənilən sığorta haqqı üzrə - işçinin əməkhaqqının 0,5 faizi məbləğində işsizlikdən sığorta haqqı tutulur. Məsələn: İşçinin aylıq əməkhaqqısı 600 manatdır. Bu halda işçinin (sığortaolunanın) aylıq əməkhaqqından və işəgötürənin (sığortaedənin) vəsaiti hesabına aşağıdakı qaydada işsizlikdən sığorta haqqı hesablanaraq tutulacaq: Cəmi işsizlikdən sığorta haqqı - 6 manatdır (3+3). 1. İşçinin gəlirindən - 3 manat. 2. İşəgötürənin vəsaiti hesabına - 3 manat. İşsizlikdən sığorta ödənişi almaq hüququ yaranan şəxs nə etməlidir? Sığorta ödənişi almaq hüququ yaranmış şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya "DOST" Mərkəzlərində işaxtaran kimi qeydiyyata alınmalıdır. 5 iş günü ərzində müraciət edən vətəndaşa münasib iş təklif olunmadığı halda, müvafiq qurum şəxsin işsiz kimi qeydiyyata alınması ilə bağlı qərar qəbul edir. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün müraciət edir. Dövlət Məşğulluq Agentliyinin yerli qurumları şəxsin müraciətinə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verirlər. İşsizlikdən sığorta ödənişi hansı müddətə təyin edilir? Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində işdən azad olunan işsiz şəxslərə, ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı 3 ay sığorta ödənişi təyin edilir. Əmək müqaviləsinin müddəti qurtarması maddəsi ilə işdən azad olunan işsiz şəxslərə isə 3 ay müddətində sığorta ödənişi təyin edilir. Hansı hallarda sığorta ödənişinin verilməsi dayandırıla bilər? "İşsizlikdən sığorta haqqında" qanunun 18-ci maddəsinə əsasən aşağıdakı hallarda işsizlikdən sığorta ödənişi dayandırıla bilər: -Sığorta ödənişi alan şəxs işlə təmin olunduqda, -Qanunda sığorta ödənişinin ödənilməsi üçün nəzərdə tutulan müddət başa çatdıqda, -Sığorta ödənişi alan şəxs sığorta ödənişi aldığı dövrdə müvafiq orqana məlumat vermədən işə düzəldikdə, -Sığorta ödənişi alan şəxs işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərini və müddətlərini pozduqda, -Sığorta ödənişi alan şəxs qanunla müəyyən olunmuş qaydada işə bərpa edildikdə, -Sığorta ödənişi alan şəxs ona təklif olunan münasib işlərdən imtina etdikdə, -Sığorta ödənişi alan şəxs hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda və digər hallarda. Xatırladaq ki, minimum sığorta ödənişi ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 2025-ci ildə fondun gəlirləri və xərcləri bərabər olmaqla 260,7 milyon manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 9,5% çoxdur: "İşsizlikdən sığorta fondunun gəlirlərinin 206,3 milyon manatı, yaxud 79,1%-i işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2024-cü ilin təsdiq edilmiş müvafiq göstəricisindən 11,7% çoxdur".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/02/469135584_242:0:2973:2048_1920x0_80_0_0_dbd0cfbbd73b29584857eb9620c56ead.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
işsizlik, sığorta, işsizlikdən sığorta, "işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulması", musa quliyev
işsizlik, sığorta, işsizlikdən sığorta, "işsizlikdən sığorta haqqında qanunvericiliyin pozulması", musa quliyev
İşsizliyə görə sığorta ödənişini kimlər və necə ala bilər?
İşsizlikdən sığorta ödənişi sosial sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.
BAKI, 3 dekabr — Sputnik. İşsizlikdən sığorta fondunun gələn ilki büdcəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Sənədə əsasən, fondun gəlir və xərcləri bərabər olmaqla 260,7 milyon manat proqnozlaşdırılır. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də 17 milyon manatı işsizlərə sığorta ödənişləri üçün istifadə olunacaq.
Qeyd edək ki, işsizlikdən sığorta - vətəndaşların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönələn təminat formasıdır.
Bəs, maraqlıdır işsizlikdən sığorta ödənişini kimlər ala biləcək?
Deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlar üçün nəzərdə tutulub: "Belə ki, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması, əmək müqaviləsinin müddətinin qurtarması nəticəsində əmək münasibətlərinə xitam verilməsi və digər hallarda işsizlikdən sığorta ödənişini vətəndaşlar alırlar. Bu zaman həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsistemində işsiz kimi qeydiyyatdan keçməsi vacibdir. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə tikilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir".
Deputat bildirib ki, əmək müqaviləsi müddətinin bitməsinə görə şəxs işdən azad olunursa, onun işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 ay ərzində əmək müqaviləsi üzrə 24 aydan çox sosial sığorta stajına malik olması əsas tələblərdəndir. Həmçinin hüquqi şəxs ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə və digər hallarda vətəndaş işdən azad olunarsa, onun işsizliyin başlamasından əvvəlki 24 ay ərzində 12 aydan çox sosial sığorta stajına malik olması əsas tələblər arasındadır.
"İşsizlikdən sığorta ödənişi sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Həmin məbləğ əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz. Deməli, qeyd olunan hallarda iş yerlərini itirən vətəndaşlarımız ərizə ilə müraciət edərək işsizlər üçün nəzərdə tutulan vəsaiti ala bilərlər" - deputat əlavə edib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il noyabr ayının 1-nə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 214,7 min nəfər olub, onların 47 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 406,1 manat olub.
İşsizlikdən sığorta ödənişi nədir?
İşsizlikdən sığorta ödənişi "İşsizlikdən sığorta haqqında" qanunda nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. Başqa sözlə, sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaitidir.
İşsizlikdən sığorta haqqı nə qədərdir?
-İşəgötürən tərəfindən ödənilən sığorta haqqı üzrə - hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;
- İşçi tərəfindən ödənilən sığorta haqqı üzrə - işçinin əməkhaqqının 0,5 faizi məbləğində işsizlikdən sığorta haqqı tutulur.
Məsələn: İşçinin aylıq əməkhaqqısı 600 manatdır. Bu halda işçinin (sığortaolunanın) aylıq əməkhaqqından və işəgötürənin (sığortaedənin) vəsaiti hesabına aşağıdakı qaydada işsizlikdən sığorta haqqı hesablanaraq tutulacaq:
Cəmi işsizlikdən sığorta haqqı - 6 manatdır (3+3).
1. İşçinin gəlirindən - 3 manat.
2. İşəgötürənin vəsaiti hesabına - 3 manat.
İşsizlikdən sığorta ödənişi almaq hüququ yaranan şəxs nə etməlidir?
Sığorta ödənişi almaq hüququ yaranmış şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya "DOST" Mərkəzlərində işaxtaran kimi qeydiyyata alınmalıdır. 5 iş günü ərzində müraciət edən vətəndaşa münasib iş təklif olunmadığı halda, müvafiq qurum şəxsin işsiz kimi qeydiyyata alınması ilə bağlı qərar qəbul edir. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün müraciət edir. Dövlət Məşğulluq Agentliyinin yerli qurumları şəxsin müraciətinə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verirlər.
İşsizlikdən sığorta ödənişi hansı müddətə təyin edilir?
Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində işdən azad olunan işsiz şəxslərə, ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı 3 ay sığorta ödənişi təyin edilir. Əmək müqaviləsinin müddəti qurtarması maddəsi ilə işdən azad olunan işsiz şəxslərə isə 3 ay müddətində sığorta ödənişi təyin edilir.
Hansı hallarda sığorta ödənişinin verilməsi dayandırıla bilər?
"İşsizlikdən sığorta haqqında" qanunun 18-ci maddəsinə əsasən aşağıdakı hallarda işsizlikdən sığorta ödənişi dayandırıla bilər:
-Sığorta ödənişi alan şəxs işlə təmin olunduqda,
-Qanunda sığorta ödənişinin ödənilməsi üçün nəzərdə tutulan müddət başa çatdıqda,
-Sığorta ödənişi alan şəxs sığorta ödənişi aldığı dövrdə müvafiq orqana məlumat vermədən işə düzəldikdə,
-Sığorta ödənişi alan şəxs işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərini və müddətlərini pozduqda,
-Sığorta ödənişi alan şəxs qanunla müəyyən olunmuş qaydada işə bərpa edildikdə,
-Sığorta ödənişi alan şəxs ona təklif olunan münasib işlərdən imtina etdikdə,
-Sığorta ödənişi alan şəxs hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda və digər hallarda.
Xatırladaq ki, minimum sığorta ödənişi ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 2025-ci ildə fondun gəlirləri və xərcləri bərabər olmaqla 260,7 milyon manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 9,5% çoxdur: "İşsizlikdən sığorta fondunun gəlirlərinin 206,3 milyon manatı, yaxud 79,1%-i işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2024-cü ilin təsdiq edilmiş müvafiq göstəricisindən 11,7% çoxdur".