DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

COVID-19 hansı laboratoriyadan yayılıb? Rəsmi açıqlandı

© AP Photo / Kin CheungKoronavirus testləri, arxiv
Koronavirus testləri, arxiv - Sputnik Azərbaycan, 1920, 03.12.2024
Abunə olmaq
Koronavirus sürətlə bütün dünyaya yayılaraq, 7 milyondan çox insanın ölümünə səbəb olub.
BAKI, 3 dekabr — Sputnik. COVID-19 virusu çox güman Uhandakı Çin laboratoriyasında yaradılıb və oradan sızıb. APA xəbər verir ki, bu barədə məlumat ABŞ Nümayəndələr Palatasının Koronavirusla Mübarizə Komitəsinin hesabatında yer alıb.
Hesabata əsasən, Çinin aparıcı laboratoriyalarından biri olan WIV SARS-CoV-2-yə oxşar virusların tədqiq edildiyi Uhanda yerləşir.
Hazırlanması iki il davam edən hesabatda pandemiyaya federal və əyalət səviyyəsində cavab tədbirləri, həmçinin onun mənşəyi və peyvənd cəhdləri nəzərdən keçirilib.

"Bu hesabat ABŞ-yə və dünyaya növbəti pandemiyanı proqnozlaşdırmağa, növbəti pandemiyaya hazırlaşmağa, özümüzü növbəti pandemiyadan qorumağa və növbəti pandemiyanın qarşısını almağa kömək edəcək", - Respublikaçı sədr Brad Wenstrup Konqresə göndərdiyi məktubda qeyd edib.

Hesabatın başlıq nəticələri arasında ABŞ Milli Sağlamlıq İnstitutunun (NIS) pandemiya başlamazdan əvvəl Çinin Wuhan Virusologiya İnstitutunda viruslarla mübarizə yollarını tapmaq üçün gücləndirən mübahisəli "funksiya qazanma" tədqiqatını maliyyələşdirməsi də var.

"Koronavirus sürətlə bütün dünyaya yayılaraq, 7 milyondan çox insanın ölümünə səbəb olub. Pandemiya səbəbindən ölkələr sərhədləri bağlayaraq karantin elan edib, qlobal iqtisadiyyatda qarışıqlıq yaranıb. ABŞ federal agentlikləri, Ümumdünya Səhiyyə Təşkilatı və dünya üzrə elm adamları COVID-19-un mənşəyini müəyyən etməyə çalışsalar da, konsensus əldə olunmayıb", - sənəddə deyilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0