DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin XİN nümayəndəsindən Trampın BRICS-ə qarşı təhdidinə reaksiya

© AP Photo / Ng Han GuanÇin XİN
Çin XİN - Sputnik Azərbaycan, 1920, 03.12.2024
Abunə olmaq
Lin Tszyan vurğulayıb ki, BRICS ölkələri açıqlıq, qarşılıqlı faydalı əməkdaşlığa tərəfdardırlar və blokların qarşıdurmasında iştirak etmirlər və üçüncü tərəfləri hədəf almırlar.
BAKI, 3 dekabr — Sputnik. Çin BRICS çərçivəsində əməkdaşlığı gücləndirməyə davam edəcək. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan Trampın bütün BRİKS üzvləri üçün "100% tariflər" tətbiq etmək təhdidlərini şərh edərkən bildirib.
Bundan əvvəl Tramp BRICS ölkələrini dollara alternativ valyuta yaratmaq planlarından əl çəkməsələr, "100 faiz tariflər" tətbiq edəcəyi ilə hədələmişdi. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin daha əvvəl bəyan etmişdi ki, vahid BRICS valyutasının yaradılması barədə danışmaq hələ tezdir.

"Çin müxtəlif sahələrdə işgüzar əməkdaşlığı dərinləşdirmək və qlobal iqtisadiyyatın davamlı və sabit artımına daha çox töhfə vermək üçün BRICS tərəfdaşları ilə işləməyə davam edəcək", - diplomat bildirib.

Lin Tszyan vurğulayıb ki, BRICS ölkələri açıqlıq, qarşılıqlı faydalı əməkdaşlığa tərəfdardırlar və blokların qarşıdurmasında iştirak etmirlər və üçüncü tərəfləri hədəf almırlar.
BRİKS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir; Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur.
2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRICS-ə qoşulub. Rusiyanın BRICS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0