https://sputnik.az/20241203/ceyhun-bayramov-ve-abbas-eraqci-meshedde-gorusubler---foto-469164770.html
Ceyhun Bayramov və Abbas Əraqçi Məşhəddə görüşüblər - FOTO
Ceyhun Bayramov və Abbas Əraqçi Məşhəddə görüşüblər - FOTO
Sputnik Azərbaycan
Görüş İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 28-ci iclası çərçivəsində baş tutub. 03.12.2024, Sputnik Azərbaycan
2024-12-03T16:44+0400
2024-12-03T16:44+0400
2024-12-03T16:44+0400
siyasət
azərbaycan
iran
xin
abbas əraqçi
görüş
naxçıvan
məşhəd
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/03/469164225_0:0:3072:1728_1920x0_80_0_0_34f590cfd752329156f008d0385deb5d.jpg
BAKI, 3 dekabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib. Məlumata görə, görüş İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 28-ci iclası çərçivəsində baş tutub. Bildirilib ki, xarici işlər nazirləri iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiyalar, enerji təhlükəsizliyi sahələrində Azərbaycan-İran əməkdaşlığından irəli gələn geniş spektrli məsələləri, həmçinin birgə təşəbbüs və layihələri müzakirə ediblər. Dekabrın 2-də başlamış iclasda İƏT-ə üzv ölkələrin səfirləri, xarici işlər nazirlərinin müavinləri və ekspertləri müxtəlif iqtisadi, mədəni və sosial sahələrdə əməkdaşlığa dair sənədlərin layihələrini müzakirəyə hazırlayıblar. Həmin sənədlər bu gün, dekabrın 3-də xarici işlər nazirləri tərəfindən təsdiqlənəcək.Xatırladaq ki, Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Ceyhun Bayramov toplantıya qatılmaq üçün İrana səfər edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/03/469164225_133:0:2864:2048_1920x0_80_0_0_023ba63b355d7dfda9a0548025a5982d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, iran, xin, abbas əraqçi, görüş, naxçıvan, məşhəd
azərbaycan, iran, xin, abbas əraqçi, görüş, naxçıvan, məşhəd
Ceyhun Bayramov və Abbas Əraqçi Məşhəddə görüşüblər - FOTO
Görüş İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 28-ci iclası çərçivəsində baş tutub.
BAKI, 3 dekabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Məlumata görə, görüş İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 28-ci iclası çərçivəsində baş tutub.
Bildirilib ki, xarici işlər nazirləri iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiyalar, enerji təhlükəsizliyi sahələrində Azərbaycan-İran əməkdaşlığından irəli gələn geniş spektrli məsələləri, həmçinin birgə təşəbbüs və layihələri müzakirə ediblər.
"Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu arasında kommunikasi xətlərinin tezliklə başa çatdırılmasının, əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi bir daha vurğulanıb", - məlumatda qeyd olunub.
Dekabrın 2-də başlamış iclasda İƏT-ə üzv ölkələrin səfirləri, xarici işlər nazirlərinin müavinləri və ekspertləri müxtəlif iqtisadi, mədəni və sosial sahələrdə əməkdaşlığa dair sənədlərin layihələrini müzakirəyə hazırlayıblar. Həmin sənədlər bu gün, dekabrın 3-də xarici işlər nazirləri tərəfindən təsdiqlənəcək.
Xatırladaq ki, Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Ceyhun Bayramov toplantıya qatılmaq üçün İrana səfər edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.