https://sputnik.az/20241202/usaq-huquqlari-konsepsiyasi-hazirlanir-nazirlik-calisir-ki-mekteblerde-bullinq-olmasin-469127381.html
Uşaq hüquqları konsepsiyası hazırlanır: Nazirlik çalışır ki, məktəblərdə bullinq olmasın
Uşaq hüquqları konsepsiyası hazırlanır: Nazirlik çalışır ki, məktəblərdə bullinq olmasın
Sputnik Azərbaycan
MÜTDA-nın direktor müavini Nərminə Hüseynova deyib ki, bullinq sırf məktəbdən qaynaqlanmır, burada ailələrin də rolu böyükdür. 02.12.2024, Sputnik Azərbaycan
2024-12-02T11:05+0400
2024-12-02T11:05+0400
2024-12-02T12:27+0400
təhsil
bullinq
məktəb
məktəbəqədər təhsil müəssisələri
məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyi
mütda
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e8/02/14/462763121_0:0:3072:1728_1920x0_80_0_0_a46355129f290233b59264e6d49d0c76.jpg
BAKI, 2 dekabr - Sputnik. Elm və Təhsil Nazirliyi uşaq hüquqları sahəsində mövcud problemlərin aradan qaldırılması üçün konsepsiya hazırlayır.Bu barədə Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişaf siyasətinin şöbə müdiri Elnur Əliyev "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq" mövzusunda keçirilən konfrasda məlumat verib.Onun sözlərinə görə, bullinq mövzusu Elm və Təhsil Nazirliyinin diqqətindədir:"Nazirlik çalışır ki, bu mövzu barədə hər hansı siqnallar olmasın. Bu ildən nazirlikdə Uşaq və gənclərin inkişaf siyasəti şöbəsi yaradılıb. Uşaq hüquqları sahəsində mövcud problemlərin aradan qaldırılması üçün konsepsiya hazırlayırıq. Həmin konsepsiyada uşaq hüquqları, həmçinin uşaqlar üçün sağlam mühit yaratmaq məqsədilə valideynlər üçün təlimlər nəzərdə tutulur. Məktəblərdə psixoloji və zorakılıq hallarının qarşısının alınması üçün tədbirlər görülməsi, monitorinqlərin gücləndirilməsi planlaşdırılır. Konsepsiya hazırlanıb təsdiqləndikdən sonra məktəblərə göndərəcəyik".Məktəbəqədər və Ümum Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynova isə deyib ki, bullinq sırf məktəbdən qaynaqlanmır, burada ailələrin də rolu böyükdür.Direktor müavini məlumat verib ki, 2023-2024-cü ildən Bakıda 62, rayonlarda 300 məktəbdə şagird-davranış qaydaları tətbiq olunub:"İlkin nəticələr belədir ki, biz yaxşı siqnallar alırıq. Yaxın zamanda bu qaydalar bütün ölkə üzrə tətbiq olunacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/14/462763121_108:0:2839:2048_1920x0_80_0_0_243326fbdafcfc0be436be07933c0178.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bullinq, məktəb, məktəbəqədər təhsil müəssisələri, məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyi, mütda, elm və təhsil nazirliyi
bullinq, məktəb, məktəbəqədər təhsil müəssisələri, məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyi, mütda, elm və təhsil nazirliyi
Uşaq hüquqları konsepsiyası hazırlanır: Nazirlik çalışır ki, məktəblərdə bullinq olmasın
11:05 02.12.2024 (Yenilənib: 12:27 02.12.2024) MÜTDA-nın direktor müavini Nərminə Hüseynova deyib ki, bullinq sırf məktəbdən qaynaqlanmır, burada ailələrin də rolu böyükdür.
BAKI, 2 dekabr - Sputnik. Elm və Təhsil Nazirliyi uşaq hüquqları sahəsində mövcud problemlərin aradan qaldırılması üçün konsepsiya hazırlayır.
Bu barədə Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişaf siyasətinin şöbə müdiri Elnur Əliyev "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq" mövzusunda keçirilən konfrasda məlumat verib.
Onun sözlərinə görə, bullinq mövzusu Elm və Təhsil Nazirliyinin diqqətindədir:
"Nazirlik çalışır ki, bu mövzu barədə hər hansı siqnallar olmasın. Bu ildən nazirlikdə Uşaq və gənclərin inkişaf siyasəti şöbəsi yaradılıb. Uşaq hüquqları sahəsində mövcud problemlərin aradan qaldırılması üçün konsepsiya hazırlayırıq. Həmin konsepsiyada uşaq hüquqları, həmçinin uşaqlar üçün sağlam mühit yaratmaq məqsədilə valideynlər üçün təlimlər nəzərdə tutulur. Məktəblərdə psixoloji və zorakılıq hallarının qarşısının alınması üçün tədbirlər görülməsi, monitorinqlərin gücləndirilməsi planlaşdırılır. Konsepsiya hazırlanıb təsdiqləndikdən sonra məktəblərə göndərəcəyik".
Məktəbəqədər və Ümum Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynova isə deyib ki, bullinq sırf məktəbdən qaynaqlanmır, burada ailələrin də rolu böyükdür.
Direktor müavini məlumat verib ki, 2023-2024-cü ildən Bakıda 62, rayonlarda 300 məktəbdə şagird-davranış qaydaları tətbiq olunub:
"İlkin nəticələr belədir ki, biz yaxşı siqnallar alırıq. Yaxın zamanda bu qaydalar bütün ölkə üzrə tətbiq olunacaq".