DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə, Rusiya və İran Suriya ilə bağlı Astana formatında görüş keçirəcək

© Sputnik / Mikhail KlimentyevTürkiyə, Rusiya və İranın bayraqları
Türkiyə, Rusiya və İranın bayraqları - Sputnik Azərbaycan, 1920, 02.12.2024
Abunə olmaq
Türkiyənin xarici işlər naziri: Yaxın gələcəkdə Astana formatında nazirlər səviyyəsində görüş keçirələcək.
BAKI, 2 dekabr — Sputnik. Ankara ümid edir ki, yaxın gələcəkdə Türkiyə, Rusiya və İran Suriyadakı vəziyyəti həll etmək üçün Astana formatında nazirlər səviyyəsində görüş keçirəcək.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
Nazirin sözlərinə görə, o, artıq rusiyalı həmkarı Sergey Lavrovla Astana prosesinin bərpasını müzakirə edib. Yaxın vaxtlarda format yenidən təşkil olunacaq.
Xatırladaq ki, noyabrın 28-də "CNN" telekanalı Suriya müxalifətinin silahlı qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyini bildirib. Kanalın mənbəsinin məlumatına görə, döyüşlər nəticəsində yaraqlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini ələ keçiriblər.
Noyabrın 30-da Suriya Müdafiə Nazirliyi terrorçu qruplaşmalarının Hələb şəhərinin bir çox ərazisinə daxil olduğunu açıqlayıb. Rusiya qruplaşmalarının yaraqlıların cəmləşdiyi yerə zərbələr endirməyə başlayıb.
Xəbər lenti
0