https://sputnik.az/20241202/putin-ve-pezeskian-telefonla-danisdi---kreml-muzakire-olunan-movzulari-aciqladi-469140715.html
Putin və Pezeşkian telefonla danışdı - Kreml müzakirə olunan mövzuları açıqladı
Putin və Pezeşkian telefonla danışdı - Kreml müzakirə olunan mövzuları açıqladı
Sputnik Azərbaycan
Liderlər telefon danışığında Suriyadakı vəziyyətin nizamlanması üçün Türkiyənin iştirakı ilə Astana formatı çərçivəsində səylərin əlaqələndirilməsinin... 02.12.2024, Sputnik Azərbaycan
2024-12-02T17:58+0400
2024-12-02T17:58+0400
2024-12-02T17:58+0400
dünya xəbərləri
iran prezidenti məsud pezeşkian
məsud pezeşkian
vladimir putin
kreml
hələb
idlib
suriya
ən-nüsra cəbhəsi
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/0b/468010258_0:0:3026:1702_1920x0_80_0_0_dd6f92e66a77adebcb81ebf329ab2709.jpg
BAKI, 2 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.Telefon danışığında Rusiya-İran əməkdaşlığının müxtəlif sahələrdə inkişafı ilə bağlı cari məsələlər, o cümlədən Vladimir Putin və Məsud Pezeşkian arasında 2024-cü il oktyabrın 23-də Kazanda keçirilən danışıqlardan sonra əldə edilmiş razılaşmaları müzakirə edilib.Liderlər telefon danışığında Suriyadakı vəziyyətin nizamlanması üçün Türkiyənin iştirakı ilə Astana formatı çərçivəsində səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar. "Suriyanın qanuni hakimiyyətinin ölkənin konstitusiya quruluşunun və ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlara qeyd-şərtsiz dəstək ifadə edilib. Eyni zamanda Türkiyənin də iştirakı ilə Astana formatı çərçivəsində səylərin əlaqələndirilməsinin vacibliyi vurğulanıb", məlumatda deyilir. İki lider arasında digər səviyyələrdə gələcək təmaslar üçün plan da hazırlanıb.Xatırladaq ki, Suriya Müdafiə Nazirliyi Hələb və İdlib əyalətlərində hökumət qüvvələri ilə terrorçular arasında döyüşlərin başladığını elan edib. "Həyat Təhrir əş-Şam" terror təşkilatına (keçmiş "Cəbhət ən-Nusra", Rusiya Federasiyasında qadağan olunmuş) aid qruplar gərginliyin azaldılması sazişini pozaraq, əhalinin məskunlaşdığı ərazilərə və hərbi obyektlərə hücum ediblər. Suriya ordusunun cavab tədbirləri nəticəsində terrorçular xeyli itki verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/0b/468010258_103:0:2834:2048_1920x0_80_0_0_abad5753aa8073f4345c3a9e4a19e70a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran prezidenti məsud pezeşkian, məsud pezeşkian, vladimir putin, kreml, hələb, idlib, suriya, ən-nüsra cəbhəsi
iran prezidenti məsud pezeşkian, məsud pezeşkian, vladimir putin, kreml, hələb, idlib, suriya, ən-nüsra cəbhəsi
Putin və Pezeşkian telefonla danışdı - Kreml müzakirə olunan mövzuları açıqladı
Liderlər telefon danışığında Suriyadakı vəziyyətin nizamlanması üçün Türkiyənin iştirakı ilə Astana formatı çərçivəsində səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.
BAKI, 2 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Telefon danışığında Rusiya-İran əməkdaşlığının müxtəlif sahələrdə inkişafı ilə bağlı cari məsələlər, o cümlədən Vladimir Putin və Məsud Pezeşkian arasında 2024-cü il oktyabrın 23-də Kazanda keçirilən danışıqlardan sonra əldə edilmiş razılaşmaları müzakirə edilib.
Liderlər telefon danışığında Suriyadakı vəziyyətin nizamlanması üçün Türkiyənin iştirakı ilə Astana formatı çərçivəsində səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.
"Suriyanın qanuni hakimiyyətinin ölkənin konstitusiya quruluşunun və ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlara qeyd-şərtsiz dəstək ifadə edilib. Eyni zamanda Türkiyənin də iştirakı ilə Astana formatı çərçivəsində səylərin əlaqələndirilməsinin vacibliyi vurğulanıb", məlumatda deyilir.
İki lider arasında digər səviyyələrdə gələcək təmaslar üçün plan da hazırlanıb.
Xatırladaq ki, Suriya Müdafiə Nazirliyi Hələb və İdlib əyalətlərində hökumət qüvvələri ilə terrorçular arasında döyüşlərin başladığını elan edib. "Həyat Təhrir əş-Şam" terror təşkilatına (keçmiş "Cəbhət ən-Nusra", Rusiya Federasiyasında qadağan olunmuş) aid qruplar gərginliyin azaldılması sazişini pozaraq, əhalinin məskunlaşdığı ərazilərə və hərbi obyektlərə hücum ediblər. Suriya ordusunun cavab tədbirləri nəticəsində terrorçular xeyli itki verib.