Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Həkimlərə 65 yaş qadağası kadr böhranı yaradır! Nə etməli?

© iStock.com / peakSTOCKHəkim, arxiv
Həkim, arxiv - Sputnik Azərbaycan, 1920, 02.12.2024
Abunə olmaq
Müsahibimiz deyir ki, onsuz da yaşlı həkimlər dövlət tibb müəssisələrindən işdən kənarlaşdırıldıqdan sonra özəl tibb müəssisələrinə üz tuturlar.
BAKI, 2 dekabr — Sputnik. "65 yaşa çatan tibb işçilərinin dərhal təqaüdə çıxardılması bizim ölkəmiz üçün ciddi problemdir. Bu gün xəstəxanalarda uzun növbələrin yaranma səbəbi də elə həkim çatışmazlığıdır". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birlyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev söyləyib.
© Photo : couresty of Aydin AliyevRadioloq həkim Aydın Əliyev
Radioloq həkim Aydın Əliyev - Sputnik Azərbaycan, 1920, 30.11.2024
Radioloq həkim Aydın Əliyev
65 yaşı tamam olan həkimlərin işdən çıxardılması kadr böhranı yaradır?
Qeyd edək ki, yaşı 65-ə çatan həkimlərin təqaüdə göndərilməsi məsələsi yenidən gündəmə gəlib. Milli Məclisin iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, bölgələrdəki tibb müəsssələrinin tibbi kadr təminatı məsələsi çox ağır vəziyyətdədir.

"Elə rayonlarımız var ki, orada 100-dən artıq həkim və orta tibb işçisi çatışmazlığı var. Bu istiqamətdə həm Səhiyyə Nazirliyi, həm Azərbaycan Tibb Universiteti, həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə məsləhətləşmələr aparılmalıdır ki, problemlər həll olunsun. Problemi daha da dərinləşdirən məsələ odur ki, 65 yaşı tamam olan həkimləri həmin gün çağırıb təqaüdə göndərirlər. Əgər regionlarda həkim çatışmazlığı varsa, onları təqaüdə göndərməyin nə mənası var? Çox vaxt həmin həkimlərin işləmə vaxtını bir il uzadırlar. Bu da böyük problemə çevrilir. Aidiyyəti üzrə dəfələrlə danışıqlar aparılır və bildirirlər ki, Bakıda təqaüdə çıxmış həkimləri bölgələrə göndərək. Təbii ki, bu absurd məsələdir. Çünki Bakıda həmin yaşda olan hansı həkim gedib bölgədə fəaliyyət göstərəcək?".

© Sputnik / Murad OrujovMilli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov
Milli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov  - Sputnik Azərbaycan, 1920, 29.11.2024
Milli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov
"Həkimlərə qarşı ayrıseçkilik edilir"
Deputat Məlahət İbrahimqızı isə müəllimlərlə həkimlərə ayrıseçkilik qoyulmasının əleyhinə olduğunu dilə gətirib.

"Universitetlərdə 85-90 yaşında müəllimə işləməyə icazə verirlər, amma orta məktəbdə 65 yaşı tamam olan kimi fəaliyyəti dayandırılır. Bu, səhiyyə müəssisələrində də belədir. Əmək Məcəlləsində bununla bağlı maddələr götürülsün. İşləyən həkimin fiziki sağlamlığına baxılsın, müəyyən parametrlər tətbiq olunsun. Universiteti bitirənlər, xaricdə oxuyanlar rayonlara getmirlər. Ona görə də kadr çatışmazlığı var", - deyə millət vəkili bildirib.

© Photo : APAMəlahət İbrahimqızı, millət vəkili
Məlahət İbrahimqızı, millət vəkili - Sputnik Azərbaycan, 1920, 30.11.2024
Məlahət İbrahimqızı, millət vəkili
İşdən çıxarılan təcrübəli həkimlər özəl sektora yönəlir
Azərbaycan Həkimləri İctimai Birlyinin sədr müavini Aydın Əliyev də Əmək Məcəlləsinə yenidən baxılmalı olduğunu söyləyir. Onun sözlərinə görə, heç də bütün həkimlər 65 yaşa çatanda əmək qabiliyyətlərini itirmirlər. Əksinə, onların işdə saxlanılması tibbi xidmətin keyfiyyətini daha da artırmış olar.
"Əksinə, 65 yaşı tamam olan həkimlər işə cəlb olunmalıdır. Zəngin təcrübəsi olan həkimlər sadə əlamətdən xəstəyə diaqnoz qoyurlar. Gənc həkimlər onların yanında təcrübə keçməlidirlər. Amma bizdə yaşı 65-ə çatan kimi həkimi işdən uzaqlaşdırırlar", - deyə Aydın Əliyev bildirib.
Müsahibimiz deyir ki, yaşlı həkimlər dövlət tibb müəssisələrindən işdən kənarlaşdırıldıqdan sonra özəl tibb müəssisələrinə üz tuturlar:

"Onsuz da yaşı 65-ə çatan həkimlər sertifikasiya imtahanından keçib özəl klinikalarda işləyirlər. Bu onların əmək qabiliyyətli olduğunu bir daha təsdiq edir. Yaxşı olar ki, həmin həkimlər elə dövlət xəstəxanalarında qalıb işləsinlər".

Qərarın geri dönüşü mümkündürmü?
"Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov da bu qənaətdədir ki, büdcə təşkilatı işçiləri üçün yaş həddinin müəyyən olunması səhv addım olub. Onun sözlərinə görə, bu, müəyyən problemlərə yol açır.
"Rayonlarda 65 yaşı tamam olan direktoru, yaxud da böyük pedoqoji naliyyəti olan müəllimi yaşı çatdırğı üçün işdən çıxarırlar. Eləcə də klinikada savadlı təcrübəli həkimi işdən çıxarırlar ki, 65 yaşın tamam olub. Amma onların yerinə işə götürməyə o savadda, təcrübədə kadr tapa bilmirlər. Yaşı 65 olan həkimlərə də gedib özəl sektorda işləməyə davam edirlər. Çünki özəl sektorda yaş məhdudiyyəti yoxdur. Bu, o vaxt qəbul edilmiş qərar idi. Mən düşünürəm ki, bu məsələdə bir təzad var", - deyə Sahib Məmmədov bildirib.
© Photo : Social media page of Sahib Mammadov“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov - Sputnik Azərbaycan, 1920, 30.11.2024
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov
Bununla belə, Sahib Məmmədov deyir ki, büdcə təşkilatı işçiləri üçün yaş həddi məsələsinə təkcə Milli Məclisin fikri yetərli deyil. O, bu məsələdə müvafiq icra hakimiyyəti orqanlarının rəyinin öyrənilməli olduğunu söyləyir:

"Əmək bazarına daxil olanların sayı, onu tərk edənlərdən 10 faiz çoxdur. Ona görə də yaş məhdudiyyəti ilə bağlı məsələni bir təzad hesab edirəm. Geri dönüşünün mümkün olub-olmadığı da müzakirə olunmalıdır. Bu məsələyə müvafiq icra hakimiyyəti orqanları münasibət bildirməlidir", - deyə Sahib Məmmədov bildirib.

Qanunda güzəşt var, amma hamıya yox!
Qeyd edək ki, Əmək Məcəllərinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan 65 yaşına çatmış işçilərin əmək müqaviləsinə xitam verilir. İstisna hallarda dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçilərinin əmək müqaviləsi 5 ildən artıq müddətə uzadıla bilər. Bunun üçün həmin şəxsin elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətləri olmalıdır. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəstəxana, arxiv - Sputnik Azərbaycan, 1920, 01.11.2024
CƏMİYYƏT
Həkimlərin maaşı az olduğundan xaricə üz tuturlar – Deputat
Xəbər lenti
0