DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Əraqçi Bəşər Əsədlə görüşəndən sonra Türkiyəyə Ərdoğanın yanına gedib

© Sputnik / Ilya Pitalev / Mediabanka keçid İranın xarici işlər naziri Abbas Əraqçi
 İranın xarici işlər naziri Abbas Əraqçi - Sputnik Azərbaycan, 1920, 02.12.2024
Abunə olmaq
İran rəsmisi Tehrandan Suriya hökumətinə mesaj çatdırıb və həmçinin İranın terror qruplaşmaları ilə mübarizədə Suriya ordusu və hökumətinə dəstəyini təsdiqləyib.
BAKI, 2 dekabr — Sputnik. İranın xarici işlər naziri Abbas Əraqçinin Yaxın Şərqə səfəri davam edir. Bu barədə İran mediası yazır.
Əraqçi Suriya səfərinin davamı olaraq Türkiyəyə gəlib və burada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşmək və onunla Suriyadakı vəziyyəti müzakirə etmək niyyətindədir.
Əraqçi Suriyaya səfər çərçivəsində bu ölkənin prezidenti Bəşər Əsədlə görüşüb. İran rəsmisi Tehrandan Suriya hökumətinə mesaj çatdırıb və həmçinin İranın terror qruplaşmaları ilə mübarizədə Suriya ordusu və hökumətinə dəstəyini təsdiqləyib.
Bundan əvvəl Suriya Müdafiə Nazirliyi Hələb və İdlib əyalətlərində hökumət qüvvələri ilə terrorçular arasında döyüşlərin başladığını elan edib. "Həyat Təhrir əş-Şam" terror təşkilatına (keçmiş "Cəbhət ən-Nusra", Rusiya Federasiyasında qadağan olunmuş) aid qruplar gərginliyin azaldılması sazişini pozaraq, əhalinin məskunlaşdığı ərazilərə və hərbi obyektlərə hücum ediblər. Suriya ordusunun cavab tədbirləri nəticəsində terrorçular xeyli itki verib.
Xəbər lenti
0