DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ-nin xarici siyasət xidməti Gürcüstanda iğtişaşların təhrikçisi oldu - Kosaçev

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidRusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev, arxiv
Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev, arxiv  - Sputnik Azərbaycan, 1920, 02.12.2024
Abunə olmaq
Siyasətçi 2020-ci ildə ABŞ seçkilərinin nəticəsindən narazı olan Donald Trampın tərəfdarlarının Konqresə basqın etməsinə Aİ-nin necə səssiz qaldığını xatırladıb.
BAKI, 2 dekabr — Sputnik. Avropa İttifaqının xarici siyasət xidməti Gürcüstanda iğtişaşların təhrikçisinə, iqtisadi birliyin özü isə hərbi meylli aqressiv siyasi bloka çevrildi. Bunu Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.
Gürcüstanda müxalifətin növbəti etiraz aksiyaları noyabrın 28-də baş nazir İrakli Kobaxidzenin ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların dayandırılması qərarını elan etməsindən sonra başlayıb. Etirazçılar fişənglərdən, daşlardan, butulkalardan istifadə edir. İğtişaşların baş verdiyi yerdə "Molotov kokteyli" şüşələrinin tapıldığı bildirilir. Təhlükəsizlik qüvvələri xüsusi texnika, o cümlədən su şırnaqları və gözyaşardıcı qazdan istifadə etməklə cavab verir.
"Aİ-nin yeni xarici siyasət komissarı Kaya Kallas vətəndaşların etirazlarını qanuni, hökumətin reaksiyasını isə qeyri-qanuni adlandırandan dərhal sonra ilk molotof kokteyli nümayişçilər tərəfindən Gürcüstan polisinə atılıb", - senator qeyd edib.
Onun sözlərinə görə, əvvəllər barışmaz düşmənlər olan Almaniya və Fransa arasında "kömür və polad ittifaqı"ndan sonra Aİ hərbi meylləri olan aqressiv siyasi bloka çevrilib.
"Mövcud Avropa İttifaqı Avropanı parçalayan və münaqişələri təhrik edən əsas amildir", - Kosaçev vurğulayıb.
Siyasətçi 2020-ci ildə ABŞ seçkilərinin nəticəsindən narazı olan Donald Trampın tərəfdarlarının Konqresə basqın etməsinə Aİ-nin necə səssiz qaldığını xatırladıb.
Kaya Kallasın özü, vəzifədə olduğu ilk gündə, Gürcüstanda etirazları qızışdırmaqla yanaşı, Kiyevə səfəri ilə də fərqlənməyi bacardı. Burada Ukrayna hakimiyyətinə Rusiya ilə müharibəyə davam etmək üçün açıq mesaj verildi", Kosaçev vurğulayıb.
Xəbər lenti
0