https://sputnik.az/20241201/volinski-astara-baki-hesterxan-konteyner-qatarinin-ise-salinmasi-nezerden-kecirilir-469040603.html
Volınski: Astara-Bakı-Həştərxan konteyner qatarının işə salınması nəzərdən keçirilir
Volınski: Astara-Bakı-Həştərxan konteyner qatarının işə salınması nəzərdən keçirilir
Sputnik Azərbaycan
Həştərxan vilayəti hökuməti sədrinin müavini Azərbaycan tərəfinə Azərbaycandan Rusiyaya və əks istiqamətdə yüklərin çatdırılması üçün dəniz yolundan daha fəal... 01.12.2024, Sputnik Azərbaycan
2024-12-01T11:35+0400
2024-12-01T11:35+0400
2024-12-01T11:35+0400
azərbaycan
iqtisadiyyat
yük
həştərxan
vilayət
təhsil
universitet
terminal
metallurgiya
kənd təsərrüfatı
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/1a/469019288_0:141:1499:984_1920x0_80_0_0_5daf8bd4ae7bf4712391b7b7c7675153.jpg
BAKI, 1 dekabr — Sputnik. Həştərxan terminallarının infrastrukturundan istifadə etməklə Həştərxan-Bakı-Həştərxan marşrutu üzrə konteyner qatarının buraxılması imkanları nəzərdən keçirilir. Bu barədə "Sputnik Azərbaycan"a eksklüziv müsahibəsində Həştərxan vilayəti hökumətinin sədr müavini İlya Volınski danışıb. Onun sözlərinə görə, layihənin "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən həyata keçirilməsi planlaşdırılır. QSC-nin nümayəndələri Həştərxana səfər edərək əməkdaşlıq perspektivlərini müsbət qiymətləndiriblər. Vilayət rəsmisi qeyd edib ki, 2023-cü ildə qovşağın imkanları xeyli genişləndirilib. Burada tez xarab olan süd, ət və balıq məhsullarının qəbulu və emalı üçün hər cür şərait yaradılıb. Volınski vurğulayıb ki, bu il, təxminən 200 min tona yaxın belə malların tədarükü planlaşdırılıb. Sputnik Azərbaycan-ın həmsöhbətinin sözlərinə görə, qovşağın ərazisində gömrük rəsmiləşdirilməsi imkanı, o cümlədən stasionar fitosanitar və baytarlıq nəzarəti postları da var. "Həştərxan logistika terminalının mövcud imkanları artıq bizə ildə 1 milyon tondan çox yük qəbul və emal etməyə imkan verir. Planlarda - daha da genişləndirmək var", - vilayət hökumətinin sədr müavini qeyd edib. "Şimal-Cənub" BND-nin inkişafı üzrə əməkdaşlıq Volınskinin sözlərinə görə, Həştərxan vilayəti "Şimal-Cənub" dəhlizinin transxəzər qolu ilə yükdaşımanın inkişafında mühüm rol oynayır. Belə ki, o qeyd edib ki, cari ilin yanvar-sentyabr aylarında Həştərxan və Olya dəniz limanlarının ümumi yük dövriyyəsi, təxminən 4 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrünün yük dövriyyəsindən 27% çoxdur. "Ümumilikdə, Həştərxan limanlarının potensialı bu gün 16 milyon tondur və biz Rusiyanın cənubunda taxıl və yağ üçün yeni tranzit məntəqələri olan ən böyük konteyner terminalı yaratmaqla güclü inkişafa davam edirik. Təklif edirəm ki, azərbaycanlı tərəfdaşlarımız Azərbaycandan Rusiyaya və geriyə yüklərin çatdırılması üçün dəniz marşrutundan daha fəal istifadə etsinlər" - Volınski vurğulayıb. O, Azərbaycanın Həştərxan regionu üçün ən mühüm strateji tərəfdaş olduğunu diqqətə çatdırıb. "Biz hərtərəfli qarşılıqlı faydalı əməkdaşlığımızı ən fəal şəkildə artırmaq niyyətindəyik", - hökumət sədrinin müavini bildirib. Əməkdaşlığın inkişafında biznes mərkəzlərin rolu Volınski müsahibəsində onu da bildirib ki, Azərbaycan ənənəvi olaraq Xəzər regionunda Həştərxan vilayətinin əsas tərəfdaşlarından biri olub:O qeyd edib ki, bu gün Həştərxan vilayəti ilə Azərbaycan Respublikası hökuməti arasında əməkdaşlığın inkişafı üzrə 2024–2026-cı illər üçün Fəaliyyət Proqramı həyata keçirilir. 2018-ci ildən Həştərxanda Azərbaycan Biznes Mərkəzi fəaliyyət göstərir, 2021-ci ildə isə Bakıda Həştərxan Biznes Mərkəzi açılıb. Volınskinin sözlərinə görə, bu gün bu mərkəz Rusiyanın Azərbaycanda bu formatda olan yeganə regional nümayəndəliyidir. "Mərkəz Həştərxan vilayəti üçün azərbaycanlı tərəfdaşlarla işgüzar danışıqların aparılmasından ötrü əsas platformaya çevrilib. Azərbaycan və Həştərxan biznes mərkəzləri sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. İki mərkəz arasında uzunmüddətli, səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə memorandum imzalanıb" – o, sözünə davam edib. "Ticarət-iqtisadi əlaqələr fəal şəkildə inkişaf edir. İxrac balıqçılıq və qida sənayesi məhsulları ilə təmsil olunur, Azərbaycan bazarına dənli bitkilər, un, mebel, elektrik avadanlıqları, mineral yanacaqlar çıxarılır", - Volınski bildirib. İdxalın əsasını metallurgiya və kənd təsərrüfatı məhsulları təşkil edir. Onun sözlərinə görə, Həştərxan vilayətinə təzə tərəvəz və meyvələr, müxtəlif avadanlıqlar, o cümlədən elektrik maşınları göndərilir. Bundan əlavə, Azərbaycandan olan investorlar tərəfindən Həştərxan şəhərində yaradılmış logistika qovşağı vasitəsilə Azərbaycandan dəmir yolu (Astara-Həştərxan) vasitəsilə tez xarab olan məhsulların (tərəvəz və meyvələrin) Həştərxan vilayətinə və Rusiya Federasiyasının digər regionlarına çatdırılması yaradılıb. Göndərmə həcminin potensialı ildə 1 milyon tondan artıq maldır. Volınski vurğulayıb ki, planlara 20 milyona qədər artım daxildir:Humanitar əməkdaşlıq inkişafının zirvəsindədir Volınskinin sözlərinə görə, humanitar sahədə əməkdaşlıq Azərbaycanla Həştərxan vilayəti arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir. Onun sözlərinə görə, Həştərxan universitetləri Azərbaycanın 10 universiteti ilə əlaqələri inkişaf etdirirlər. Universitetlər arasında əməkdaşlıq müqavilələri bağlanıb, onlar çərçivəsində birgə elmi fəaliyyətlər həyata keçirilir, konfranslar, ekspert görüşləri təşkil edilir. Bundan əlavə, Azərbaycanın yeddi universiteti Həştərxan Dövlət Texniki Universitetinin (HDTU) bazasında yaradılmış Xəzəryanı Dövlətlərin Universitetləri və Araşdırma Mərkəzləri Assosiasiyasının üzvüdür. Volınski bildirib ki, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universiteti HDTU-nun, V.N.Tatişev adına Həştərxan Dövlət Universitetinin (V.N.Tatişev adına HDU) və Həştərxan Dövlət Memarlıq və İnşaat Universitetinin (HDMİU) iştirakı ilə yaradılan Xəzər Davamlı İnkişaf Şəbəkə Universitetinə daxildirlər. O, həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ildən V.N. Tatişev ad. HDU-nun fəxri professorudur. 2023-cü ildə bu universitetdə tələbələr üçün Azərbaycan Respublikasının təqaüdü təsis edilib. Keçən tədris ilində semestrin nəticələrinə görə altı tələbə onu əldə edib. "Bakıda Həştərxan Biznes Mərkəzinin bazasında V.N.Tatişev adına HDU-nun Təhsil, Elm və Texnologiya Mərkəzi açılıb. Mərkəzin işinin məqsədi təhsil xidmətlərinin ixracı və rus dilinin təbliğidir. Açılışdan bəri Mərkəzin nəzdində 50-dən çox əsas tədbir təşkil olunub, o cümlədən müntəzəm olaraq Azərbaycanın təhsil təşkilatlarından olan abituriyentlərlə peşəyönümü görüşləri və məsləhətləşmələr keçirilir", - Volınski sözünü yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
həştərxan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/1a/469019288_0:1:1499:1125_1920x0_80_0_0_6f3b4a729866a9c70b38f66e7dcd9475.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
azərbaycan, yük, həştərxan, vilayət, təhsil, universitet, terminal, metallurgiya, kənd təsərrüfatı, tərəvəz, meyvə
azərbaycan, yük, həştərxan, vilayət, təhsil, universitet, terminal, metallurgiya, kənd təsərrüfatı, tərəvəz, meyvə
Volınski: Astara-Bakı-Həştərxan konteyner qatarının işə salınması nəzərdən keçirilir
Həştərxan vilayəti hökuməti sədrinin müavini Azərbaycan tərəfinə Azərbaycandan Rusiyaya və əks istiqamətdə yüklərin çatdırılması üçün dəniz yolundan daha fəal istifadə etməyi təklif edib.
BAKI, 1 dekabr — Sputnik. Həştərxan terminallarının infrastrukturundan istifadə etməklə Həştərxan-Bakı-Həştərxan marşrutu üzrə konteyner qatarının buraxılması imkanları nəzərdən keçirilir.
Bu barədə "Sputnik Azərbaycan"a eksklüziv müsahibəsində Həştərxan vilayəti hökumətinin sədr müavini İlya Volınski danışıb.
Onun sözlərinə görə, layihənin "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən həyata keçirilməsi planlaşdırılır. QSC-nin nümayəndələri Həştərxana səfər edərək əməkdaşlıq perspektivlərini müsbət qiymətləndiriblər.
"Astara-Bakı-Həştərxan dəmir yolu ilə gedən Azərbaycan, Türkiyə, İran, Pakistan və Hindistandan mal axınına xidmət göstərmək üçün bizdə yük qovşağı fəaliyyət göstərir. Bu qovşaqdan hər il yüz min tona yaxın müxtəlif kənd təsərrüfatı yükləri keçir", - Həştərxan vilayəti hökumətinin sədr müavini vurğulayıb.
Vilayət rəsmisi qeyd edib ki, 2023-cü ildə qovşağın imkanları xeyli genişləndirilib. Burada tez xarab olan süd, ət və balıq məhsullarının qəbulu və emalı üçün hər cür şərait yaradılıb. Volınski vurğulayıb ki, bu il, təxminən 200 min tona yaxın belə malların tədarükü planlaşdırılıb.
Sputnik Azərbaycan-ın həmsöhbətinin sözlərinə görə, qovşağın ərazisində gömrük rəsmiləşdirilməsi imkanı, o cümlədən stasionar fitosanitar və baytarlıq nəzarəti postları da var.
"Həştərxan logistika terminalının mövcud imkanları artıq bizə ildə 1 milyon tondan çox yük qəbul və emal etməyə imkan verir. Planlarda - daha da genişləndirmək var", - vilayət hökumətinin sədr müavini qeyd edib.
"Şimal-Cənub" BND-nin inkişafı üzrə əməkdaşlıq
Volınskinin sözlərinə görə, Həştərxan vilayəti "Şimal-Cənub" dəhlizinin transxəzər qolu ilə yükdaşımanın inkişafında mühüm rol oynayır.
"Marşrut çərçivəsində regionumuzun ərazisindən Xəzəryanı, Mərkəzi Asiya, Yaxın Şərq və Hindistandan yüklər keçir. Bu gün Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı üçün böyük səylər göstəririk. İşlərin nəticələrini biz Həştərxan limanları vasitəsilə artan yük dövriyyəsi şəklində görürük. Belə ki, 2023-cü ilin yekunlarına görə 4,5 milyon ton tədarük edilib. 10 ildən artıqdır ki, belə göstəricilər olmayıb", - sədr müavini bildirib.
Belə ki, o qeyd edib ki, cari ilin yanvar-sentyabr aylarında Həştərxan və Olya dəniz limanlarının ümumi yük dövriyyəsi, təxminən 4 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrünün yük dövriyyəsindən 27% çoxdur.
"Ümumilikdə, Həştərxan limanlarının potensialı bu gün 16 milyon tondur və biz Rusiyanın cənubunda taxıl və yağ üçün yeni tranzit məntəqələri olan ən böyük konteyner terminalı yaratmaqla güclü inkişafa davam edirik. Təklif edirəm ki, azərbaycanlı tərəfdaşlarımız Azərbaycandan Rusiyaya və geriyə yüklərin çatdırılması üçün dəniz marşrutundan daha fəal istifadə etsinlər" - Volınski vurğulayıb.
O, Azərbaycanın Həştərxan regionu üçün ən mühüm strateji tərəfdaş olduğunu diqqətə çatdırıb.
"Biz hərtərəfli qarşılıqlı faydalı əməkdaşlığımızı ən fəal şəkildə artırmaq niyyətindəyik", - hökumət sədrinin müavini bildirib.
Əməkdaşlığın inkişafında biznes mərkəzlərin rolu
Volınski müsahibəsində onu da bildirib ki, Azərbaycan ənənəvi olaraq Xəzər regionunda Həştərxan vilayətinin əsas tərəfdaşlarından biri olub:
"Uzun illərdir ki, Həştərxan vilayəti ilə Azərbaycan arasında ticarət-iqtisadi və humanitar əlaqələr inkişaf edir. Bu əlaqələrin hüquqi əsasını Həştərxan vilayəti hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında 2011-ci il sentyabrın 8-də Bakıda imzalanmış ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş təşkil edir".
O qeyd edib ki, bu gün Həştərxan vilayəti ilə Azərbaycan Respublikası hökuməti arasında əməkdaşlığın inkişafı üzrə 2024–2026-cı illər üçün Fəaliyyət Proqramı həyata keçirilir.
2018-ci ildən Həştərxanda Azərbaycan Biznes Mərkəzi fəaliyyət göstərir, 2021-ci ildə isə Bakıda Həştərxan Biznes Mərkəzi açılıb. Volınskinin sözlərinə görə, bu gün bu mərkəz Rusiyanın Azərbaycanda bu formatda olan yeganə regional nümayəndəliyidir.
"Mərkəz Həştərxan vilayəti üçün azərbaycanlı tərəfdaşlarla işgüzar danışıqların aparılmasından ötrü əsas platformaya çevrilib. Azərbaycan və Həştərxan biznes mərkəzləri sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. İki mərkəz arasında uzunmüddətli, səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə memorandum imzalanıb" – o, sözünə davam edib.
"Ticarət-iqtisadi əlaqələr fəal şəkildə inkişaf edir. İxrac balıqçılıq və qida sənayesi məhsulları ilə təmsil olunur, Azərbaycan bazarına dənli bitkilər, un, mebel, elektrik avadanlıqları, mineral yanacaqlar çıxarılır", - Volınski bildirib.
İdxalın əsasını metallurgiya və kənd təsərrüfatı məhsulları təşkil edir. Onun sözlərinə görə, Həştərxan vilayətinə təzə tərəvəz və meyvələr, müxtəlif avadanlıqlar, o cümlədən elektrik maşınları göndərilir.
Bundan əlavə, Azərbaycandan olan investorlar tərəfindən Həştərxan şəhərində yaradılmış logistika qovşağı vasitəsilə Azərbaycandan dəmir yolu (Astara-Həştərxan) vasitəsilə tez xarab olan məhsulların (tərəvəz və meyvələrin) Həştərxan vilayətinə və Rusiya Federasiyasının digər regionlarına çatdırılması yaradılıb.
Göndərmə həcminin potensialı ildə 1 milyon tondan artıq maldır. Volınski vurğulayıb ki, planlara 20 milyona qədər artım daxildir:
"Regionda ticarət, malların daşınması və saxlanması, tərəvəzçilik və digər sahələrdə fəaliyyət göstərən Azərbaycan kapitallı şirkətlər fəaliyyət göstərirlər".
Humanitar əməkdaşlıq inkişafının zirvəsindədir
Volınskinin sözlərinə görə, humanitar sahədə əməkdaşlıq Azərbaycanla Həştərxan vilayəti arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir.
"2024/2025-ci tədris ilində Həştərxan vilayətində 700-dən çox Azərbaycan vətəndaşı təhsil alır. Ən çoxu (400 nəfərdən çox) Volqa Dövlət Su Nəqliyyatı Universitetinin filialı olan general-admiral F.M. Apraksin adına Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutundadır", - vilayət rəsmisi bildirib.
Onun sözlərinə görə, Həştərxan universitetləri Azərbaycanın 10 universiteti ilə əlaqələri inkişaf etdirirlər. Universitetlər arasında əməkdaşlıq müqavilələri bağlanıb, onlar çərçivəsində birgə elmi fəaliyyətlər həyata keçirilir, konfranslar, ekspert görüşləri təşkil edilir.
Bundan əlavə, Azərbaycanın yeddi universiteti Həştərxan Dövlət Texniki Universitetinin (HDTU) bazasında yaradılmış Xəzəryanı Dövlətlərin Universitetləri və Araşdırma Mərkəzləri Assosiasiyasının üzvüdür.
Volınski bildirib ki, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universiteti HDTU-nun, V.N.Tatişev adına Həştərxan Dövlət Universitetinin (V.N.Tatişev adına HDU) və Həştərxan Dövlət Memarlıq və İnşaat Universitetinin (HDMİU) iştirakı ilə yaradılan Xəzər Davamlı İnkişaf Şəbəkə Universitetinə daxildirlər.
"Azərbaycanın təhsil müəssisələrinin nümayəndələri hər il Həştərxan vilayətində keçirilən Xəzər Elm və Təhsil Konqresinin fəal iştirakçılarıdırlar. Onlar hər il Xəzər Elmi-Təhsil Konqresində iştirak edirlər", - Volınski bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ildən V.N. Tatişev ad. HDU-nun fəxri professorudur.
2023-cü ildə bu universitetdə tələbələr üçün Azərbaycan Respublikasının təqaüdü təsis edilib. Keçən tədris ilində semestrin nəticələrinə görə altı tələbə onu əldə edib.
"Bakıda Həştərxan Biznes Mərkəzinin bazasında V.N.Tatişev adına HDU-nun Təhsil, Elm və Texnologiya Mərkəzi açılıb. Mərkəzin işinin məqsədi təhsil xidmətlərinin ixracı və rus dilinin təbliğidir. Açılışdan bəri Mərkəzin nəzdində 50-dən çox əsas tədbir təşkil olunub, o cümlədən müntəzəm olaraq Azərbaycanın təhsil təşkilatlarından olan abituriyentlərlə peşəyönümü görüşləri və məsləhətləşmələr keçirilir", - Volınski sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.