CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 1 dekabr – FOTO

© Sputnik1 dekabr
1 dekabr - Sputnik Azərbaycan, 1920, 01.12.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 1 dekabr — Sputnik. Dekabrın 1-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Dekabrın 1-də kimlər anadan olub?
Azər Dadaşov (1946) - Azərbaycanın xalq artisti, bəstəkar, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru və "Humay" Milli Mükafatı laureatıdır (2001).
© Photo : public domenAzər Dadaşov
Azər Dadaşov  - Sputnik Azərbaycan, 1920, 29.11.2024
Azər Dadaşov
VI Lüdovik (1081-1137) - Fransa kralı (1108-1137) və Kapetinqlər sülaləsinin beşinci kralıdır. Onun dövründə Fransada kral hakimiyyətinin gücləndirilməsi başlayıb.
© Photo : public domenVI Lüdovik
VI Lüdovik - Sputnik Azərbaycan, 1920, 29.11.2024
VI Lüdovik
Ann Mariya Tüsso (1761-1850) - uzun müddət Böyük Britaniyada yaşamış fransız heykəltəraşdır. O, Londonda məşhur Madam Tüsso mum muzeyinin yaradıcısıdır.
© Photo : public domenAnn Mariya Tüsso
Ann Mariya Tüsso - Sputnik Azərbaycan, 1920, 29.11.2024
Ann Mariya Tüsso
Mirra Loxvitskaya (1869-1905) - rusiyalı şairədir. Bəzi tədqiqatçılar onu Anna Axmatova və Marina Tsvetayevaya yol açan XX əsrin rusiyalı "qadın poeziyası"nın banisi hesab edirlər.
Vsevolod Bobrov (1922-1979) - rusiyalı futbolçu, xokkeyçi, futbol və xokkey üzrə məşqçidir. O, tarixdə həm yay (1952) həm də qış (1956) Olimpiya Oyunlarında iştirak edən yeganə idmançıdır.
© Sputnik / Леонид Доренский Vsevolod Bobrov

Vsevolod Bobrov - Sputnik Azərbaycan, 1920, 29.11.2024
Vsevolod Bobrov
Gennadi Xazanov (1945) - Rusiyanın estrada artisti, teatr və kino aktyoru, teleaparıcı və Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) xalq artistidir. O, 1997-ci ildən bəri Moskva Estrada Teatrının bədii rəhbəri vəzifəsində çalışır.
© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidGennadi Xazanov
Закрытие 97-го сезона театра им. Евгения Вахтангова - Sputnik Azərbaycan, 1920, 29.11.2024
Gennadi Xazanov
Vudi Allen (1935) - ABŞ kinorejissoru, aktyor-komediyaçı, prodüser, dördqat "Oskar" mükafatı laureatı, yazıçı, çoxsaylı hekayə və pyeslərin müəllifidir.
© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidVudi Allen
Режиссер Вуди Аллен. Архивное фото - Sputnik Azərbaycan, 1920, 29.11.2024
Vudi Allen
1 dekabr tarixində dünyada baş verən tarixi hadisələr
1510-cu ildə Səfəvi qoşunları ilə Şeybanilər (özbəklər) arasında Mərv döyüşü baş verib. Bu döyüşdə Səfəvilər qalib gəliblər. Onlar Xorasan bölgəsini Səfəvi imperiyasına birləşdiriblər.
1800-cü ildə Vaşinqton ABŞ-ın paytaxtı olub.
1945-ci ildə SSRİ-də Beynəlxalq Demokratik Qadınlar Federasiyası yaradılıb.
1959-cu ildə Antarktika haqqında konvensiya imzalanıb, burada Antarktidanın hər hansı bir hərbi məqsədlə istifadəsi qadağandır.
1988-ci ildən bəri dekabrın 1-i Ümumdünya QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir.
2020-ci ildə Laçın rayonu Ermənistan tərəfindən Azərbaycana qaytarılıb. Bu, Azərbaycan, Rusiya və Ermənistan başçılarının Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı 2020-ci il noyabrın 10-da dərc olunmuş bəyanatına uyğun olaraq həyata keçirilib.
2022-ci ildə Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha dörd element UNESCO-nun siyahısına daxil edilib. Bunlar pəhləvanlıq mədəniyyətidir: bura Zorxananın ənənəvi oyunları, idmanı və güləşi; Molla Nəsrəddin haqqında ənənəvi hekayələr və lətifələr; çay mədəniyyəti, qonaqpərvərlik və sosial qarşılıqlı əlaqənin simvolu kimi; ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0