https://sputnik.az/20241201/rusiyan-kesfiyyati-xeberdarliq-etdi-revan-secim-qarsisindadir-469074716.html
Rusiya Kəşfiyyatı xəbərdarlıq etdi: İrəvan seçim qarşısındadır
Rusiya Kəşfiyyatı xəbərdarlıq etdi: İrəvan seçim qarşısındadır
Sputnik Azərbaycan
Gürcüstanda keçirilmiş parlament seçkilərinin Qərbin istəyinə uyğun nəticələnməməsi Ermənistanın da siyasi xəttində korrektələr etməsinə ehtiyac yaradıb. 01.12.2024, Sputnik Azərbaycan
2024-12-01T13:24+0400
2024-12-01T13:24+0400
2024-12-01T10:55+0400
rusiya
təhlil
politoloq
ermənistan
avropa ittifaqı
avropa ittifaqı
yeganə hacıyeva
kəşfiyyat
xəbərdarlıq
gürcüstan
https://cdnn1.img.sputnik.az/img/40750/02/407500213_0:0:3373:1898_1920x0_80_0_0_c4ba10d7ff1202d0f1d5f6402cb971bd.jpg
BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Xarici Kəşfiyyat Xidməti məlumat yayıb ki, Vaşinqton Ermənistanı dəyərlərindən, ənənələrindən və faydalı iqtisadi əlaqələrindən imtina etməyə, "milli intihar"a sürükləyir. Məlumatda bildirilir ki, ABŞ Ermənistanda qərbyönlü partiyaların 2026-cı il seçkilərində parlamentə daxil olmasına kömək etmək üçün onların siyasi "təşviqatına" başlayıb. Amma Rusiya Kəşfiyyatının açıqladığı məlumatdan aydın olur ki, İrəvanın hesablamaları dəyişib. Çünki real müstəvidə baş verənlər Paşinyan iqtidarını qane etmir. Xüsusən də Gürcüstanda keçirilmiş parlament seçkilərinin Qərbin istəyinə uyğun nəticələnməməsi Ermənistanın da siyasi xəttində korrektələr etməsinə ehtiyac yaradıb. Məhz bu baxımdan qarşıdan gələn seçkilərdə Qərbin daha güclü siyasi alətlərlə Ermənistan seçkilərində uğur qazanmaq istəyəcəyi ehtimal edilir. Görünən odur ki, Ermənistan rəsmiləri də mövcud şəraitdə ölkələrinin Avropaya yeganə yolu olan Gürcüstanın Qərblə gərgin münasibətləri fonunda Rusiya ilə əlaqələrdə fərqli yanaşmalar sərgiləyəcəklər. Politoloq İlyas Hüseynov bildirir ki, Ermənistan daxilindəki ictimai-siyasi vəziyyət hər zaman müxtəlif geosiyasi mərkəzlər arasında çəkişmələrlə müşahidə olunub: "İndi də eyni gərginlik parlament seçkilərindən öncə yaşanmaqdadır. Hesab edirəm ki, seçkilərə az qalmış gərginlik pik həddə çatacaq. Buna təsir edən amillər isə Paşinyanın nüfuzunun aşağı düşməsi, verilən vədlərin yerinə yetirilməməsi əks cəbhənin mövqeyini xeyli gücləndirir. Bu baxımdan daha gərgin mübarizənin şahidi olmaq olar. Burada ayrı-ayrı güc mərkəzlərinin Cənubi Qafqazda öz təsirlərinin artırmaq planları da prosesi qızışdıracaq". "Bu baxımdan Avropa İttifaqının Mülki Missiyası sadəcə binokl diplomatiyası ilə məşğul olmur. Onlar kəşfiyyat məlumatlarının toplanması, prosesləri öz istiqamətlərinə yönəltmək cəhdləri edirlər. Yaxın gələcəkdə biz bunu daha aydın görəcəyik. Bundan öncəki periodda da biz bu təsirləri görmüşdük. Qeyd edim ki, bu prosesin müəyyən tərkib hissəsi olan Polşa Prezidentinin Azərbaycanla sərhədə gəlib binoklla sərhəddə baxış keçirməsi də təsadüfi deyil. Bu, bütün forma və məzmunu ilə Ukrayan-Rusiya müharibəsində Polşanın anti-Rusiya fəaliyyətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Ona görə də, Ermənistanda seçkilər yaxınlaşdıqca bu rəqabəti daha sıx müşahidə edəcəyik" - politoloq qeyd edib. Politoloq Yeganə Hacıyeva isə hesab edir ki, nə Qərb, nə də Rusiya Ermənistandakı hakimiyyətdən narazıdır. Onun fikrincə, adətən postsovet ölkələrindəki seçkilərdən öncə Qərb adlandırılan geopolitik dairə öz şəbəkələrini, namizədlərini aktivləşdirməyə çalışır: Politoloq vurğulayıb ki, Ermənistan hakimiyyəti geopolitik dairələr arasındakı balansla oynamağa çalışan oyunçudur: "Qəribədir ki, Ermənistan həm ABŞ-la, həm də Rusiya ilə eyni səviyyəli münasibətlər saxlayır, Avropa İttifaqı ilə münasibətlərdə isə masanın başında əyləşdirilir. Paşinyan hakimiyyəti Qərbin və Rusiyanın maraqlarına cavab verir. Çünki o həm hamının əleyhinədir, həm də hamının yanındadır. Rusiyanın postsovet ölkələrindəki seçkilərə müdaxiləsi ilə bağlı fikirlər şişirdilmişdir. Biz bunu Gürcüstanda da, Moldova seçkilərində də gördük. Amma etiraf edilməlidir ki, Rusiyanın postsovet ölkələrində yetərincə təsir imkanları var və bununla öz maraqlarını qorumağa çalışır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40750/02/407500213_315:0:3046:2048_1920x0_80_0_0_6eab74f9971ff5488f45a016bcbb17c7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, politoloq, ermənistan, avropa ittifaqı, avropa ittifaqı, yeganə hacıyeva, kəşfiyyat, xəbərdarlıq, gürcüstan
rusiya, politoloq, ermənistan, avropa ittifaqı, avropa ittifaqı, yeganə hacıyeva, kəşfiyyat, xəbərdarlıq, gürcüstan
Rusiya Kəşfiyyatı xəbərdarlıq etdi: İrəvan seçim qarşısındadır
Gürcüstanda keçirilmiş parlament seçkilərinin Qərbin istəyinə uyğun nəticələnməməsi Ermənistanın da siyasi xəttində korrektələr etməsinə ehtiyac yaradıb.
BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Xarici Kəşfiyyat Xidməti məlumat yayıb ki, Vaşinqton Ermənistanı dəyərlərindən, ənənələrindən və faydalı iqtisadi əlaqələrindən imtina etməyə, "milli intihar"a sürükləyir.
Məlumatda bildirilir ki, ABŞ Ermənistanda qərbyönlü partiyaların 2026-cı il seçkilərində parlamentə daxil olmasına kömək etmək üçün onların siyasi "təşviqatına" başlayıb.
Mövcud Ermənistan hakimiyyətinin Rusiya ilə münasibəti anlaşılmaz şəkildə inkişaf edir. Qərbə inteqrasiyanı özünə hədəf seçən Paşinyan hakimiyyəti Rusiya ilə siyasi yanaşmalarda anlaşılmazlıqlar yaşasa da, iqtisadi sahədə bunu demək olmaz. Məsələn, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk açıqlamışdı ki, 2024-cü ildə Ermənistan və Rusiya arasındakı ticarət dövriyyəsi 14-16 milyard ABŞ dolları arasında dəyişə bilər. Bu da 2020-ci ilin analoji göstəricisindən (2,3 milyard ABŞ dolları) altı dəfə çoxdur. İqtisadi əlaqələr yüksək olsa da, Ermənistan Rusiyanın təşəbbüsü ilə ərsəyə gəlmiş KTMT ilə münasibətləri dondurub.
Amma Rusiya Kəşfiyyatının açıqladığı məlumatdan aydın olur ki, İrəvanın hesablamaları dəyişib. Çünki real müstəvidə baş verənlər Paşinyan iqtidarını qane etmir. Xüsusən də Gürcüstanda keçirilmiş parlament seçkilərinin Qərbin istəyinə uyğun nəticələnməməsi Ermənistanın da siyasi xəttində korrektələr etməsinə ehtiyac yaradıb. Məhz bu baxımdan qarşıdan gələn seçkilərdə Qərbin daha güclü siyasi alətlərlə Ermənistan seçkilərində uğur qazanmaq istəyəcəyi ehtimal edilir. Görünən odur ki, Ermənistan rəsmiləri də mövcud şəraitdə ölkələrinin Avropaya yeganə yolu olan Gürcüstanın Qərblə gərgin münasibətləri fonunda Rusiya ilə əlaqələrdə fərqli yanaşmalar sərgiləyəcəklər.
Politoloq İlyas Hüseynov bildirir ki, Ermənistan daxilindəki ictimai-siyasi vəziyyət hər zaman müxtəlif geosiyasi mərkəzlər arasında çəkişmələrlə müşahidə olunub:
"İndi də eyni gərginlik parlament seçkilərindən öncə yaşanmaqdadır. Hesab edirəm ki, seçkilərə az qalmış gərginlik pik həddə çatacaq. Buna təsir edən amillər isə Paşinyanın nüfuzunun aşağı düşməsi, verilən vədlərin yerinə yetirilməməsi əks cəbhənin mövqeyini xeyli gücləndirir. Bu baxımdan daha gərgin mübarizənin şahidi olmaq olar. Burada ayrı-ayrı güc mərkəzlərinin Cənubi Qafqazda öz təsirlərinin artırmaq planları da prosesi qızışdıracaq".
Politoloq Gürcüstanda keçirilmiş son seçkilərin Ermənistanda cərəyan edəcək proseslərə təsirini qiymətləndirib. Onun sözlərinə görə, Gürcüstan seçkilərində də müxtəlif güc mərkəzləri öz təsirini göstərməyə çalışdı: "Artıq Gürcüstan seçkiləri geridə qalıb və baş tutumuş hesab olunur. Hazırkı Gürcüstan hakimiyyəti öz məqsədlərini reallaşdırmaq üzrədir. Ermənistana gəldikdə isə burada ayrı-ayrı profil strukturlar prosesi xüsusilə nəzərdən keçirir.
"Bu baxımdan Avropa İttifaqının Mülki Missiyası sadəcə binokl diplomatiyası ilə məşğul olmur. Onlar kəşfiyyat məlumatlarının toplanması, prosesləri öz istiqamətlərinə yönəltmək cəhdləri edirlər. Yaxın gələcəkdə biz bunu daha aydın görəcəyik. Bundan öncəki periodda da biz bu təsirləri görmüşdük. Qeyd edim ki, bu prosesin müəyyən tərkib hissəsi olan Polşa Prezidentinin Azərbaycanla sərhədə gəlib binoklla sərhəddə baxış keçirməsi də təsadüfi deyil. Bu, bütün forma və məzmunu ilə Ukrayan-Rusiya müharibəsində Polşanın anti-Rusiya fəaliyyətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Ona görə də, Ermənistanda seçkilər yaxınlaşdıqca bu rəqabəti daha sıx müşahidə edəcəyik" - politoloq qeyd edib.
Politoloq Yeganə Hacıyeva isə hesab edir ki, nə Qərb, nə də Rusiya Ermənistandakı hakimiyyətdən narazıdır. Onun fikrincə, adətən postsovet ölkələrindəki seçkilərdən öncə Qərb adlandırılan geopolitik dairə öz şəbəkələrini, namizədlərini aktivləşdirməyə çalışır:
"Postsovet məkanında çox az ölkə var ki, oradakı namizədin seçilməsindən hər iki qanad - Rusiya və Qərb razı olur. Bu statusu daşıyan təkcə Ermənistandır. İndi elə göstərilməyə çalışılır ki, guya Ermənistanın Rusiya ilə problemi var, əslində isə bu belə deyil. İqtisadi göstəricilər də münasibətlərin kifayət qədər yaxşı olduğunu göstərir. Ümumiyyətlə, Ermənistanın Rusiyadan kənar bir addım atmaq kimi seçimi yoxdur. Çünki bu ölkənin əsas sənaye aktivləri Rusiyanın dövlət mülkiyyətidir. Məhz bu amil Ermənistan hakimiyyəti üçün anti-Rusiya addımları atmağa imkan vermir", - Yeganə Hacıyeva qeyd edib.
Politoloq vurğulayıb ki, Ermənistan hakimiyyəti geopolitik dairələr arasındakı balansla oynamağa çalışan oyunçudur:
"Qəribədir ki, Ermənistan həm ABŞ-la, həm də Rusiya ilə eyni səviyyəli münasibətlər saxlayır, Avropa İttifaqı ilə münasibətlərdə isə masanın başında əyləşdirilir. Paşinyan hakimiyyəti Qərbin və Rusiyanın maraqlarına cavab verir. Çünki o həm hamının əleyhinədir, həm də hamının yanındadır. Rusiyanın postsovet ölkələrindəki seçkilərə müdaxiləsi ilə bağlı fikirlər şişirdilmişdir. Biz bunu Gürcüstanda da, Moldova seçkilərində də gördük. Amma etiraf edilməlidir ki, Rusiyanın postsovet ölkələrində yetərincə təsir imkanları var və bununla öz maraqlarını qorumağa çalışır".