Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qəhvənin həddindən artıq dozası gücdən düşməyə və yuxululuğa səbəb olur

© Sputnik / Murad OrujovQəhvə
Qəhvə - Sputnik Azərbaycan, 1920, 01.12.2024
Abunə olmaq
Qəhvənin həddindən artıq dozası ilə müəyyən müddətdən sonra insan zəiflik, iş qabiliyyətinin itirilməsi, hətta yuxululuq hiss edə bilər.
BAKI, 1 dekabr — Sputnik. Qəhvənin həddindən artıq dozası gücdən düşməyə, zəifliyə və hətta yuxululuğa səbəb ola bilər.
Bu barədə "aif.ru" saytına həkim Nadejda Çernışova məlumat verib.
O, qəhvənin səhərlər istehlak edilməsi tövsiyə olunan tonik içkilərdən biri olduğunu izah edib.
"Səhər tonik içki içmək üçün əla vaxtdır - istər qara, istər yaşıl çay, qəhvə, kakao olsun. Bitki çayları, kompotlar, meyvə içkiləri, şirələr də, həmçinin. Alkoqoldan başqa hər şey əladır" - o qeyd edib.
Eyni zamanda, həkim qəhvədən çox istifadə etməməyin lazım olduğunu vurğulayıb.
"Bu içki zehni işi canlandırır və sürətləndirir. Amma qəhvənin həddindən artıq dozası ilə müəyyən müddətdən sonra insan zəiflik, iş qabiliyyətinin itirilməsi, hətta yuxululuq hiss edə bilər" - Çernışova bildirib.
Həkim əlavə edib ki, uşaqlar beş yaşından etibarən qida rasionuna qəhvə daxil edə bilərlər.
Əvvəllər qəhvə və şirniyyatların miqrenə səbəb olduğu barədə məlumat verilmişdi.
Xəbər lenti
0