DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO Avropanın silahlanma yarışında uduzmasının səbəblərini açıqladı

© AP Photo / Pavel GolovkinChallenger 2
Challenger 2   - Sputnik Azərbaycan, 1920, 01.12.2024
Abunə olmaq
Admiral Vandye deyib ki, mövcud qaydalara uyğun olaraq, Avropa silahlanma yarışında məğlub olacaq.
BAKI, 1 dekabr — Sputnik. Avropa ölkələri müdafiə sahəsinə yanaşmalarını dəyişməzsə, silahlanma yarışında uduzacaqlar
Bunu NATO-nun Transformasiya üzrə Ali Baş Komandanı, admiral Pyer Vandye "Politico" qəzetinə deyib.
"Avropa bu gün özünə tətbiq etdiyi qaydalara əməl etməklə gələcək silah müharibəsində qalib gələ bilməyəcək", - admiral vurğulayıb.
Fransa hərbçisinin fikrincə, Avropa silah və müdafiə ehtiyacları üçün daha çox pul ayırmalıdır. Vandye hesab edir ki, silahlı qüvvələrin ehtiyacları üçün xərclərin Avropa ölkələrinin ÜDM-nin 3%-nə qədər artırılması qarşıdakı ildə müzakirə olunacaq.
Bundan əvvəl Vandye bildirib ki, Avropa risk etməyi sevmir, ona görə də region silahlı qüvvələrinin modernləşdirilməsi ilə bağlı problemlər yaşayır.
Admiralın sözlərinə görə, bununla bağlı Brüssel silahlı qüvvələrin modernləşdirilməsi və yeni silah növlərinin hazırlanması imkanlarını qanuni olaraq məhdudlaşdırır.
Bu yaxınlarda NATO rəhbəri Ukraynanın cəbhədəki çətin vəziyyətini etiraf edib.
Xəbər lenti
0