https://sputnik.az/20241201/fransa-esgerlerinin-ukraynaya-gonderilmesi-nuve-muharibesine-sebeb-olacaq-469005771.html
Fransa əsgərlərinin Ukraynaya göndərilməsi nüvə müharibəsinə səbəb olacaq
Fransa əsgərlərinin Ukraynaya göndərilməsi nüvə müharibəsinə səbəb olacaq
Sputnik Azərbaycan
Fransız siyasətçisi Florian Filippo bildirib ki, bu həftə sonu Parisdə Ukraynaya hərbi yardıma qarşı nümayiş keçiriləcək. 01.12.2024, Sputnik Azərbaycan
2024-12-01T16:57+0400
2024-12-01T16:57+0400
2024-12-01T10:47+0400
fransa
dünya xəbərləri
florian filippo
florian filippo, fransanın vətənpərvərlər partiyasının lideri
ukrayna
nüvə
abş
rusiya
paris
x sosial şəbəkəsi
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/19/469005605_0:173:3026:1875_1920x0_80_0_0_4f289b1fcdb90fb9e05f25b7c8c18a7d.jpg
BAKI, 1 dekabr — Sputnik. Fransa ordusunun Ukraynaya göndərilməsi dünyanı nüvə müharibəsinə aparacaq. Bunu fransız siyasətçisi Florian Filippo deyib. Bundan əvvəl xarici KİV Böyük Britaniya və Fransanın Ukrayna ərazisinə öz hərbçilərinin və ya muzdlularının potensial göndərilməsi ilə bağlı danışıqları bərpa etdiyini yazıb. Əsas vəzifəsi Ukraynanı dəstəkləmək və regionda təhlükəsizliyi təmin etmək olacaq Avropalı müttəfiqlər qrupunun formalaşdırılmasına yönəlmiş müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi kontekstində müzakirələr aparılır. "Heç bir fransız, heç bir əsgər bunu qəbul edə bilməz və etməməlidir. Çünki bu, dünya nüvə müharibəsinin zəmini olacaq" – Filippo X* sosial şəbəkəsində nəşrin dərcini şərh edərkən yazıb. O, həmçinin bildirib ki, bu həftə sonu Parisdə Ukraynaya hərbi yardıma qarşı nümayiş keçiriləcək. Bundan əvvəl KİV Ukrayna Silahlı Qüvvələrinin sıralarına muzdluların axınının azalmasının qeydə alındığını yazıb. Hüquq-mühafizə orqanları qeyd ediblər ki, Avropa və ABŞ-dan, demək olar ki, heç kim gəlmir. * Sosial şəbəkə Baş Prokurorluğun tələbi ilə Rusiya Federasiyasında bloklanıb.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/19/469005605_148:0:2879:2048_1920x0_80_0_0_fe306481ca37c2bbf6eb8d2e0807eb54.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
fransa, florian filippo, florian filippo, fransanın vətənpərvərlər partiyasının lideri , ukrayna, nüvə, abş, rusiya, paris, x sosial şəbəkəsi
fransa, florian filippo, florian filippo, fransanın vətənpərvərlər partiyasının lideri , ukrayna, nüvə, abş, rusiya, paris, x sosial şəbəkəsi
Fransa əsgərlərinin Ukraynaya göndərilməsi nüvə müharibəsinə səbəb olacaq
Fransız siyasətçisi Florian Filippo bildirib ki, bu həftə sonu Parisdə Ukraynaya hərbi yardıma qarşı nümayiş keçiriləcək.
BAKI, 1 dekabr — Sputnik. Fransa ordusunun Ukraynaya göndərilməsi dünyanı nüvə müharibəsinə aparacaq.
Bunu fransız siyasətçisi Florian Filippo deyib.
Bundan əvvəl xarici KİV Böyük Britaniya və Fransanın Ukrayna ərazisinə öz hərbçilərinin və ya muzdlularının potensial göndərilməsi ilə bağlı danışıqları bərpa etdiyini yazıb. Əsas vəzifəsi Ukraynanı dəstəkləmək və regionda təhlükəsizliyi təmin etmək olacaq Avropalı müttəfiqlər qrupunun formalaşdırılmasına yönəlmiş müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi kontekstində müzakirələr aparılır.
"Heç bir fransız, heç bir əsgər bunu qəbul edə bilməz və etməməlidir. Çünki bu, dünya nüvə müharibəsinin zəmini olacaq" – Filippo X* sosial şəbəkəsində nəşrin dərcini şərh edərkən yazıb.
O, həmçinin bildirib ki, bu həftə sonu Parisdə Ukraynaya hərbi yardıma qarşı nümayiş keçiriləcək.
Bundan əvvəl KİV Ukrayna Silahlı Qüvvələrinin sıralarına muzdluların axınının azalmasının qeydə alındığını yazıb. Hüquq-mühafizə orqanları qeyd ediblər ki, Avropa və ABŞ-dan, demək olar ki, heç kim gəlmir.
* Sosial şəbəkə Baş Prokurorluğun tələbi ilə Rusiya Federasiyasında bloklanıb.