https://sputnik.az/20241130/zirzemi-hekimleri-ile-bagli-heyecan-tebili-reyestrde-ne-ele-merkez-var-ne-de-ele-hekim-469027363.html
"Zirzəmi həkimləri" ilə bağlı həyəcan təbili: Reyestrdə nə elə mərkəz var, nə də elə həkim
"Zirzəmi həkimləri" ilə bağlı həyəcan təbili: Reyestrdə nə elə mərkəz var, nə də elə həkim
Sputnik Azərbaycan
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi bildirib ki, “AzE Estetik Mərkəz” MMC adlı müəssisə Özəl tibb müəssisələrinin reyestrində mövcud deyil. 30.11.2024, Sputnik Azərbaycan
2024-11-30T18:20+0400
2024-11-30T18:20+0400
2024-11-30T18:20+0400
həkim
səhiyyə
zirzəmi
estetik əməliyyat
fazil mustafa
səyyad salahlı
milli məclis
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/1a/469027196_0:317:3068:2043_1920x0_80_0_0_e742178445c7bf973f5acc7c7aa97432.jpg
BAKI, 30 noyabr — Sputnik. Diplomsuz işləyən estetik cərrahlarla bağlı problem Milli Məclisdə müzakirəyə çıxardılıb. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı saxta həkimlərlə bağlı həyəcan təbili çalıb. "Dünən saytların birində oxudum ki, guya estetik cərrahdır, qaynı arvadını əməliyyat edib və vəziyyət dəhşətli dərəcədə faciəyə doğru gedir. Həm də qaynı arvadını ikinci dəfədir ki, bu cür ölümcül vəziyyətə düçar edib. Özü də yazılıb ki, bu adamın tibbi təhsili yoxdur. Başa düşmürəm, bu şəxs necə cərrahi əməliyyat aparır?! Buna icazə verilirmi?! Xahiş edirəm həm səhiyyə naziri, həm də TƏBİB-in rəhbəri bu məsələyə diqqət eləsin" - Salahlı bildirib. Saxta həkimlər iş başında Qeyd edək ki, Azərbaycanda 50-ə yaxın saxta plastik cərrahın siyahısı yayılsa da, onların əksəriyyəti bu gün də iş başındadır. Hətta bu günlərdə tibb təhsili olmadan cərrah kimi fəaliyyəti göstərən estetik cərrah, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasovanın əməliyyat etdiyi daha bir pasiyentin ağır vəziyyətdə olduğu barədə xəbərlər yayılıb. Bu barədə ABŞ-da yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında paylaşım edib. "Ülviyyə İlyasovanın qanunsuz apardığı cərrahi əməliyyat daha bir qadını ölümün pəncəsinə atıb. Noyabrın 14-də diplomu və tibbi təhsili olmayan Ülviyyə İlyasova qanunsuz şəkildə liposaksiya əməliyyatı həyata keçirib. 1989-cu il təvəllüdlü, 35 yaşlı Bəsti Hacıyeva bu əməliyyatdan sonra ağır vəziyyətə düşüb. Ev şəraitində müalicə adı altında vəziyyəti daha da pisləşən Bəsti xanım bu gecə "Liv Bona Dea" Hospitalın reanimasiya şöbəsinə, septik-şok diaqnozu ilə yerləşdirilib" - Q.Ataşova məlumat verib. Jurnalist bildirib ki, xəstənin bədənində geniş infeksiya ocaqları aşkarlanıb, qanı zəhərlənib və həyatı ciddi təhlükədədir. Onun sağalıb-sağalmayacağı hələ də məlum deyil: "Bu faciənin ən düşündürücü tərəfi isə Ülviyyə İlyasovanın heç bir tibbi təhsili olmamasına baxmayaraq, əməliyyat aparmağa davam etməsidir. Ona belə əməliyyatları öyrədənlər isə Azərbaycan Tibb Universitetini bitirmiş, özlərinə "həkim" deyən, lakin bu kimi qanunsuz işlərə şərait yaradan şəxslərdir. Bir daha aidiyyəti qurumlara çağırış edirəm. Saxta sertifikatlarla fəaliyyət göstərən və qanunsuz tibbi əməliyyatlar həyata keçirən şəxslərin fəaliyyəti dərhal dayandırılmalıdır. Gənc qadınların həyatını məhv edənlər məsuliyyətə cəlb olunmalıdır. Bu kimi hallara şərait yaradan "həkimlər" də qanun qarşısında cavab verməlidir. Bəsti Hacıyeva ilə bağlı vəziyyət bir cəmiyyətin vicdan məsələsidir. Gənc qadınların həyatına biganə qalmaq olmaz. Liposaksiya cihazlarını ölkəyə gətirənləri araşdırmaq lazımdır. Savadsız insanlara lazer aparatı kimi cərrahi aparatları paylayanlar kimlərdir?" Polis nəzarətində olan həkim necə cərrah işləyib? Xatırladaq ki, bu il aprelin 16-da Ülviyyə İlyasovanın "liposaksiya-piysovurma" əməliyyatı etdiyi daha bir xəstə, 1984-cü il təvəllüdlü Səbirə Vəliyeva cərrahi əməliyyatdan sonra ölüb. Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğu məlumat yayaraq bildirib ki, toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib. Məlumat üçün bildirək ki, S.Vəliyeva Ü.İlyasovanın eltisi olub. Vəfat edən 40 yaşlı qadının biri qız, biri oğlan olmaqla 10 yaşlı əkiz uşaqları anasız qalıb. Sputnik Azərbaycan Ülviyyə İlyasovanın mobil telefonu ilə əlaqə saxlasa da, köməkçisi hazırda onun işləmədiyini bildirib. Qeyd edək ki, Ü. İlyasova tək deyil. Səhiyyə Nazirliyinin tibbi təhsili olmadan həkim kimi fəaliyyət göstərdiyini təsdiqlədiyi "Laser Beauty Clinik"də çalışan estetik həkim Rüfət Nigar Rüfət də iş başındadır. Bugünlərdə o özü instaqram səhifəsində bununla bağlı paylaşım edərək məlumat verib. "Laser Beauty Clinik"də qanunsuz həkim fəaliyyəti göstərənlər bu gün də işlərinin başındadırlar. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə sorğumuzun araşdırılaraq cavab veriləcəyini bildiriblər. "Onlar dələduzluq maddəsi ilə cəzalandırılmalıdırlar" "Tibbi təhsili olmadan estetik həkim, cərrah kimi fəaliyyət göstərənlərin əməlləri dələduzluq kimi qiymətləndiirlməli, onlar qanunvericiliklə cəzalandırılmalıdırlar". Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa söyləyib. Deputat bildirib ki, qanunla onlar dələduzluğa görə cəzalandırılmalıdırlar. "Amma ölkəmizdə qanunsuz fəaliyyət göstərən "estetik cərrah"larin olması, ölkədə cahil, öz bədəninə dəyər verməyən kütlənin olduğunu göstərir. İnsan heç bir tibbi göstəriş olmadan necə bıçaq altında yata bilər? Reklama aldanıb, dəb xətrinə öz həyatlarını, sağlamlıqlarını təhlükəyə artan insanların sayı günü-gündən artır. Bu isə estetik cərrah adı altında fəaliyyət göstərən dələduzların sayını artırır. Cəmiyyətdə estetik cərrahiyyənin qurbanlarının artması cahil insanların olduğunu göstərir. Dəb olduğu üçün insanların özlərini biyabırçı şəkilə salmasına qarşı təbliğat aparılmalıdır", deyə millət vəkili bildirib. "Zirzəmi həkimləri" ilə necə mübarizə aparmaq olar? Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, plastik və estetik cərrah Vaqif Qələndərli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tibb üzrə bakalavr təhsili plastik və rekonstruktiv cərrahiyyə əməliyyatı aparmaq üçün kifayət deyil. "Çox təəssüf ki, bu gün tibbi ali təhsili olmayanlar cərrah kimi fəaliyyət göstərir. Belə şəxslər aşkarlanaraq cəzalandırılmalıdırlar. Çünki, onların fəaliyyəti insan sağlamlığı, həyatı üçün təhlükə yaradır. Belə saxta həkimlərin artması plastik və estetik cərrahiyyə ilə bağlı şikayətləri artırır. Həkimlik peşəsinə ələ baxmaqla öyrənmək olmaz. Bu ixisasa yiyələnmək mütləq üçün ali tibbi təhsil almaq lazımdır. Əgər plastik cərrah olmaq arzusundadırsa, bunun üçün rezidentura təhsili almaq lazımdır", deyə Vaqif Qələndərli bildirib. Müsahibimiz bildirir ki, qaçaq plastik müdaxilələrlə məşğul olan insanlar dünyanın əksər ölkələrində var: "Onlar zirzəmi həkimləri adlanır. Belə şəxslər Türkiyədə də var. Onlarla mübarizə aparmaq bəzən səhiyyə orqanları üçün çətin olur. Çünki, onlar bəzən gözəllik salonlarında, kosmetoloji mərkəzlərdə otaq icarəyə götürərək əməliyyat aparırlar. Amma cərrah olmadan bucür əməliyyatlar aparmaq yolverilməzdir. Azərbaycanda plastik cərrahiyyə ilə məşğul olmaq üçün ayrıca ixtisasa yiyələnmək, rezidentura təhsili almaq lazımdır". V. Qələndərli "zirzəmi həkimləri"nin sayının artmasında sosial şəbəkələrin də günahı olduğunu söyləyir. O, bildirir ki, insanlar əksər hallarda sosial şəbəkələrdəki reklamlara aldanırlar. "Ona görə də, pasiyentlərə tövsiyəm odur ki, gedəcəkləri həkimi araşdırsınlar. Ondan diplom tələb etsinlər. Sosial platforma reklamlarına aldanmasınlar", deyə plastik və estetik cərrah bildirib. V. Qələndərli deyir ki, saxta reklamlara da qadağa qoyulmalıdır. Onun fikrincə, sosial şəbəkələrdə həkimlərin reklamı tənzimlənməlidir. Diplomsuz həkimləri reklam edənlərə də qarşı qanunvericiliklə cəzalar müəyyənləşməlidir. Bundan əlavə Assosasiya sədri qanunsuz tibb fəaliyyəti ilə məşğul olanlara qarşı qanunvericiliyin sərtləşdirilməli olduğunu söyləyir: "Çox sevindiricidir ki, saxta həkimlərin fəaliyyəti Milli Məclisdə də müzakirəyə çıxardılıb. Belə saxta həkimlərə qarşı qanunvericilikdə cəzalar sərtləşdirilməlidir ki, onlar insanların həyatlarını təhlükəyə ataraq qanunsuz fəaliyyətdən çəkinsinlər".Belə bir müəssisə Özəl tibb müəssisələrinin reyestrində mövcud deyilSəhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Sputnik Azərbaycan-ın tibb xidmətlərinin göstərilməsinə dövlət tərəfindən necə nəzarət edildiyi barədə sorğusunu cavablandırıb:"Sorğunuza əsasən bildiririk ki, cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət, Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır.Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. Belə ki, təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub. Cari ilin 10 ay ərzində yoxlamalar zamanı 15 qayda pozuntuları aşkar olunub və bu haqda inzibati tənbeh tədbirləri görülüb".Sorğuya cavabda o da bildirilir ki, “AzE Estetik Mərkəz” MMC adlı müəssisə Özəl tibb müəssisələrinin reyestrində mövcud deyil. Belə olan halda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi belə müəssisələrə nəzarət etmir. Həmçinin Tibbi kadrların vahid registrində Ülviyyə İlyasova adlı həkimin adı aşkar olunmayıb:"Həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir. Adı çəkilən həkimlərə qarşı ittihamlarla bağlı AEM-ə rəsmi şikayət təqdim olunduğu təqdirdə tərəfimizdən araşdırma aparmaq barədə qərar qəbul edilə bilər. Xüsusi ağır hallarda toplanan materiallar hüquq-mühafizə orqanlarına göndərilir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/1a/469027196_182:0:2913:2048_1920x0_80_0_0_631ebe6edad03b12ecece6cc0d7c6c35.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
həkim, zirzəmi, estetik əməliyyat, fazil mustafa, səyyad salahlı, milli məclis, türkiyə
həkim, zirzəmi, estetik əməliyyat, fazil mustafa, səyyad salahlı, milli məclis, türkiyə
"Zirzəmi həkimləri" ilə bağlı həyəcan təbili: Reyestrdə nə elə mərkəz var, nə də elə həkim
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi bildirib ki, “AzE Estetik Mərkəz” MMC adlı müəssisə Özəl tibb müəssisələrinin reyestrində mövcud deyil.
BAKI, 30 noyabr — Sputnik. Diplomsuz işləyən estetik cərrahlarla bağlı problem Milli Məclisdə müzakirəyə çıxardılıb. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı saxta həkimlərlə bağlı həyəcan təbili çalıb.
"Dünən saytların birində oxudum ki, guya estetik cərrahdır, qaynı arvadını əməliyyat edib və vəziyyət dəhşətli dərəcədə faciəyə doğru gedir. Həm də qaynı arvadını ikinci dəfədir ki, bu cür ölümcül vəziyyətə düçar edib. Özü də yazılıb ki, bu adamın tibbi təhsili yoxdur. Başa düşmürəm, bu şəxs necə cərrahi əməliyyat aparır?! Buna icazə verilirmi?! Xahiş edirəm həm səhiyyə naziri, həm də TƏBİB-in rəhbəri bu məsələyə diqqət eləsin" - Salahlı bildirib.
Saxta həkimlər iş başında
Qeyd edək ki, Azərbaycanda 50-ə yaxın saxta plastik cərrahın siyahısı yayılsa da, onların əksəriyyəti bu gün də iş başındadır. Hətta bu günlərdə tibb təhsili olmadan cərrah kimi fəaliyyəti göstərən estetik cərrah, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasovanın əməliyyat etdiyi daha bir pasiyentin ağır vəziyyətdə olduğu barədə xəbərlər yayılıb. Bu barədə ABŞ-da yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında paylaşım edib.
"Ülviyyə İlyasovanın qanunsuz apardığı cərrahi əməliyyat daha bir qadını ölümün pəncəsinə atıb. Noyabrın 14-də diplomu və tibbi təhsili olmayan Ülviyyə İlyasova qanunsuz şəkildə liposaksiya əməliyyatı həyata keçirib. 1989-cu il təvəllüdlü, 35 yaşlı Bəsti Hacıyeva bu əməliyyatdan sonra ağır vəziyyətə düşüb. Ev şəraitində müalicə adı altında vəziyyəti daha da pisləşən Bəsti xanım bu gecə "Liv Bona Dea" Hospitalın reanimasiya şöbəsinə, septik-şok diaqnozu ilə yerləşdirilib" - Q.Ataşova məlumat verib.
Jurnalist bildirib ki, xəstənin bədənində geniş infeksiya ocaqları aşkarlanıb, qanı zəhərlənib və həyatı ciddi təhlükədədir. Onun sağalıb-sağalmayacağı hələ də məlum deyil:
"Bu faciənin ən düşündürücü tərəfi isə Ülviyyə İlyasovanın heç bir tibbi təhsili olmamasına baxmayaraq, əməliyyat aparmağa davam etməsidir. Ona belə əməliyyatları öyrədənlər isə Azərbaycan Tibb Universitetini bitirmiş, özlərinə "həkim" deyən, lakin bu kimi qanunsuz işlərə şərait yaradan şəxslərdir. Bir daha aidiyyəti qurumlara çağırış edirəm. Saxta sertifikatlarla fəaliyyət göstərən və qanunsuz tibbi əməliyyatlar həyata keçirən şəxslərin fəaliyyəti dərhal dayandırılmalıdır. Gənc qadınların həyatını məhv edənlər məsuliyyətə cəlb olunmalıdır. Bu kimi hallara şərait yaradan "həkimlər" də qanun qarşısında cavab verməlidir. Bəsti Hacıyeva ilə bağlı vəziyyət bir cəmiyyətin vicdan məsələsidir. Gənc qadınların həyatına biganə qalmaq olmaz. Liposaksiya cihazlarını ölkəyə gətirənləri araşdırmaq lazımdır. Savadsız insanlara lazer aparatı kimi cərrahi aparatları paylayanlar kimlərdir?"
Polis nəzarətində olan həkim necə cərrah işləyib?
Xatırladaq ki, bu il aprelin 16-da Ülviyyə İlyasovanın "liposaksiya-piysovurma" əməliyyatı etdiyi daha bir xəstə, 1984-cü il təvəllüdlü Səbirə Vəliyeva cərrahi əməliyyatdan sonra ölüb.
Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğu məlumat yayaraq bildirib ki, toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib. Məlumat üçün bildirək ki, S.Vəliyeva Ü.İlyasovanın eltisi olub. Vəfat edən 40 yaşlı qadının biri qız, biri oğlan olmaqla 10 yaşlı əkiz uşaqları anasız qalıb.
Sputnik Azərbaycan Ülviyyə İlyasovanın mobil telefonu ilə əlaqə saxlasa da, köməkçisi hazırda onun işləmədiyini bildirib.
Qeyd edək ki, Ü. İlyasova tək deyil. Səhiyyə Nazirliyinin tibbi təhsili olmadan həkim kimi fəaliyyət göstərdiyini təsdiqlədiyi "Laser Beauty Clinik"də çalışan estetik həkim Rüfət Nigar Rüfət də iş başındadır. Bugünlərdə o özü instaqram səhifəsində bununla bağlı paylaşım edərək məlumat verib. "Laser Beauty Clinik"də qanunsuz həkim fəaliyyəti göstərənlər bu gün də işlərinin başındadırlar.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə sorğumuzun araşdırılaraq cavab veriləcəyini bildiriblər.
"Onlar dələduzluq maddəsi ilə cəzalandırılmalıdırlar"
"Tibbi təhsili olmadan estetik həkim, cərrah kimi fəaliyyət göstərənlərin əməlləri dələduzluq kimi qiymətləndiirlməli, onlar qanunvericiliklə cəzalandırılmalıdırlar".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa söyləyib. Deputat bildirib ki, qanunla onlar dələduzluğa görə cəzalandırılmalıdırlar.
"Amma ölkəmizdə qanunsuz fəaliyyət göstərən "estetik cərrah"larin olması, ölkədə cahil, öz bədəninə dəyər verməyən kütlənin olduğunu göstərir. İnsan heç bir tibbi göstəriş olmadan necə bıçaq altında yata bilər? Reklama aldanıb, dəb xətrinə öz həyatlarını, sağlamlıqlarını təhlükəyə artan insanların sayı günü-gündən artır. Bu isə estetik cərrah adı altında fəaliyyət göstərən dələduzların sayını artırır. Cəmiyyətdə estetik cərrahiyyənin qurbanlarının artması cahil insanların olduğunu göstərir. Dəb olduğu üçün insanların özlərini biyabırçı şəkilə salmasına qarşı təbliğat aparılmalıdır", deyə millət vəkili bildirib.
"Zirzəmi həkimləri" ilə necə mübarizə aparmaq olar?
Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, plastik və estetik cərrah Vaqif Qələndərli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tibb üzrə bakalavr təhsili plastik və rekonstruktiv cərrahiyyə əməliyyatı aparmaq üçün kifayət deyil.
"Çox təəssüf ki, bu gün tibbi ali təhsili olmayanlar cərrah kimi fəaliyyət göstərir. Belə şəxslər aşkarlanaraq cəzalandırılmalıdırlar. Çünki, onların fəaliyyəti insan sağlamlığı, həyatı üçün təhlükə yaradır. Belə saxta həkimlərin artması plastik və estetik cərrahiyyə ilə bağlı şikayətləri artırır. Həkimlik peşəsinə ələ baxmaqla öyrənmək olmaz. Bu ixisasa yiyələnmək mütləq üçün ali tibbi təhsil almaq lazımdır. Əgər plastik cərrah olmaq arzusundadırsa, bunun üçün rezidentura təhsili almaq lazımdır", deyə Vaqif Qələndərli bildirib.
Müsahibimiz bildirir ki, qaçaq plastik müdaxilələrlə məşğul olan insanlar dünyanın əksər ölkələrində var: "Onlar zirzəmi həkimləri adlanır. Belə şəxslər Türkiyədə də var. Onlarla mübarizə aparmaq bəzən səhiyyə orqanları üçün çətin olur. Çünki, onlar bəzən gözəllik salonlarında, kosmetoloji mərkəzlərdə otaq icarəyə götürərək əməliyyat aparırlar. Amma cərrah olmadan bucür əməliyyatlar aparmaq yolverilməzdir. Azərbaycanda plastik cərrahiyyə ilə məşğul olmaq üçün ayrıca ixtisasa yiyələnmək, rezidentura təhsili almaq lazımdır".
V. Qələndərli "zirzəmi həkimləri"nin sayının artmasında sosial şəbəkələrin də günahı olduğunu söyləyir. O, bildirir ki, insanlar əksər hallarda sosial şəbəkələrdəki reklamlara aldanırlar.
"Ona görə də, pasiyentlərə tövsiyəm odur ki, gedəcəkləri həkimi araşdırsınlar. Ondan diplom tələb etsinlər. Sosial platforma reklamlarına aldanmasınlar", deyə plastik və estetik cərrah bildirib.
V. Qələndərli deyir ki, saxta reklamlara da qadağa qoyulmalıdır. Onun fikrincə, sosial şəbəkələrdə həkimlərin reklamı tənzimlənməlidir. Diplomsuz həkimləri reklam edənlərə də qarşı qanunvericiliklə cəzalar müəyyənləşməlidir.
Bundan əlavə Assosasiya sədri qanunsuz tibb fəaliyyəti ilə məşğul olanlara qarşı qanunvericiliyin sərtləşdirilməli olduğunu söyləyir: "Çox sevindiricidir ki, saxta həkimlərin fəaliyyəti Milli Məclisdə də müzakirəyə çıxardılıb. Belə saxta həkimlərə qarşı qanunvericilikdə cəzalar sərtləşdirilməlidir ki, onlar insanların həyatlarını təhlükəyə ataraq qanunsuz fəaliyyətdən çəkinsinlər".
Belə bir müəssisə Özəl tibb müəssisələrinin reyestrində mövcud deyil
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Sputnik Azərbaycan-ın tibb xidmətlərinin göstərilməsinə dövlət tərəfindən necə nəzarət edildiyi barədə sorğusunu cavablandırıb:
"Sorğunuza əsasən bildiririk ki, cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət, Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır.
Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. Belə ki, təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub. Cari ilin 10 ay ərzində yoxlamalar zamanı 15 qayda pozuntuları aşkar olunub və bu haqda inzibati tənbeh tədbirləri görülüb".
Sorğuya cavabda o da bildirilir ki, “AzE Estetik Mərkəz” MMC adlı müəssisə Özəl tibb müəssisələrinin reyestrində mövcud deyil. Belə olan halda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi belə müəssisələrə nəzarət etmir. Həmçinin Tibbi kadrların vahid registrində Ülviyyə İlyasova adlı həkimin adı aşkar olunmayıb:
"Həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir. Adı çəkilən həkimlərə qarşı ittihamlarla bağlı AEM-ə rəsmi şikayət təqdim olunduğu təqdirdə tərəfimizdən araşdırma aparmaq barədə qərar qəbul edilə bilər. Xüsusi ağır hallarda toplanan materiallar hüquq-mühafizə orqanlarına göndərilir".