https://sputnik.az/20241130/unikal-kurs-cin-universiteti-aile-etikasi-uzre-ekspertler-hazirlayacaq-469041812.html
Unikal kurs: Çin universiteti ailə etikası üzrə ekspertlər hazırlayacaq
Unikal kurs: Çin universiteti ailə etikası üzrə ekspertlər hazırlayacaq
Sputnik Azərbaycan
Bu proqramın işə salınması əhalinin qocalmasının yaratdığı demoqrafik böhranla mübarizədə mühüm addım olub. 30.11.2024, Sputnik Azərbaycan
2024-11-30T20:46+0400
2024-11-30T20:46+0400
2024-11-30T20:46+0400
ailə
dünya xəbərləri
çin
elçi
tələbə
psixologiya
nikah
toy
evlilik
proqram
https://cdnn1.img.sputnik.az/img/07e8/05/0b/464548686_0:160:3072:1888_1920x0_80_0_0_63bbf36c5b9aadf63f1fedeb8af47d39.jpg
BAKI, 30 noyabr — Sputnik. Çin Mülki İdarəetmə Universiteti (CCAU) nikah xidmətləri və ailə etikası sahəsində mütəxəssislərin hazırlanmasına yönəlmiş unikal bakalavr proqramına başlayıb. Bu barədə "RİA Novosti" xəbər verib. Təşəbbüs ölkənin demoqrafik problemlərini, o cümlədən gender balanssızlığını və aşağı evlilik nisbətlərini həll etmək məqsədi daşıyır. Proqrama menecment, evlilik sosiologiyası, həmçinin toy planlaşdırması və uyğunlaşma kursları daxildir. Tələbələr ailə psixologiyası və etikası üzrə biliklərə yiyələnəcək, həmçinin qeydiyyat şöbələrində, toy agentliklərində və digər təşkilatlarda təcrübə keçəcəklər. Məzunlar ailə məsləhətçisi, toy təşkilatçısı kimi işlərdə çalışa biləcəklər. Bu proqramın işə salınması əhalinin qocalması nəticəsində yaranan demoqrafik böhran və 1970-ci illərin sonlarından Çində qüvvədə olan "bir ailə, bir uşaq" siyasətinin nəticələri ilə mübarizədə mühüm addım olub. Qeyd edək ki, bu siyasət son nəticədə həm də ona gətirib çıxarıb ki, ölkədə daha çox oğlan doğulub, qız uşaqlarının sayı isə az olub. Belə ki, 2020-ci ildə milli siyahıyaalma nəticəsində məlum olub ki, Çində kişilərin sayı qadınlardan 34,9 milyon nəfər çoxdur. Nəticədə, xüsusilə kənd yerlərində bir çox kişi evlənmək üçün həyat yoldaşı tapmaqda çətinlik çəkir. Göründüyü kimi, digər problem nikahların sayının az olmasıdır. Çində 2022-ci ildə cəmi 6,8 milyon nikah olub ki, bu da son 37 ilin ən aşağı rəqəmidir. Bu demoqrafik problemlər iqtisadiyyata və cəmiyyətə təsir edir, ona görə də Çin onları müxtəlif tədbirlərlə həll etməyə çalışır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/0b/464548686_171:0:2902:2048_1920x0_80_0_0_150bdc3d5952a966074a9be590a9a8b9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ailə, çin, elçi, tələbə, psixologiya, nikah, toy, evlilik, proqram
ailə, çin, elçi, tələbə, psixologiya, nikah, toy, evlilik, proqram
Unikal kurs: Çin universiteti ailə etikası üzrə ekspertlər hazırlayacaq
Bu proqramın işə salınması əhalinin qocalmasının yaratdığı demoqrafik böhranla mübarizədə mühüm addım olub.
BAKI, 30 noyabr — Sputnik. Çin Mülki İdarəetmə Universiteti (CCAU) nikah xidmətləri və ailə etikası sahəsində mütəxəssislərin hazırlanmasına yönəlmiş unikal bakalavr proqramına başlayıb. Bu barədə "RİA Novosti" xəbər verib.
Təşəbbüs ölkənin demoqrafik problemlərini, o cümlədən gender balanssızlığını və aşağı evlilik nisbətlərini həll etmək məqsədi daşıyır.
Proqrama menecment, evlilik sosiologiyası, həmçinin toy planlaşdırması və uyğunlaşma kursları daxildir. Tələbələr ailə psixologiyası və etikası üzrə biliklərə yiyələnəcək, həmçinin qeydiyyat şöbələrində, toy agentliklərində və digər təşkilatlarda təcrübə keçəcəklər. Məzunlar ailə məsləhətçisi, toy təşkilatçısı kimi işlərdə çalışa biləcəklər.
Bu proqramın işə salınması əhalinin qocalması nəticəsində yaranan demoqrafik böhran və 1970-ci illərin sonlarından Çində qüvvədə olan "bir ailə, bir uşaq" siyasətinin nəticələri ilə mübarizədə mühüm addım olub.
Qeyd edək ki, bu siyasət son nəticədə həm də ona gətirib çıxarıb ki, ölkədə daha çox oğlan doğulub, qız uşaqlarının sayı isə az olub. Belə ki, 2020-ci ildə milli siyahıyaalma nəticəsində məlum olub ki, Çində kişilərin sayı qadınlardan 34,9 milyon nəfər çoxdur. Nəticədə, xüsusilə kənd yerlərində bir çox kişi evlənmək üçün həyat yoldaşı tapmaqda çətinlik çəkir.
Göründüyü kimi, digər problem nikahların sayının az olmasıdır. Çində 2022-ci ildə cəmi 6,8 milyon nikah olub ki, bu da son 37 ilin ən aşağı rəqəmidir. Bu demoqrafik problemlər iqtisadiyyata və cəmiyyətə təsir edir, ona görə də Çin onları müxtəlif tədbirlərlə həll etməyə çalışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.