Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiya üçün mühüm tərəfdaş: Aİİ liderləri İranın müşahidəçi statusunu müzakirə edəcəklər

© Sputnik / Алексей МайшевAvrasiya İqtisadi İttifaqı, arxiv
Avrasiya İqtisadi İttifaqı, arxiv - Sputnik Azərbaycan, 1920, 30.11.2024
Abunə olmaq
Avrasiya İqtisadi Komissiyasının Şurası cümə günü ilin sonunda Sankt-Peterburqda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının gündəliyini təsdiqləyib.
BAKI, 30 noyabr - Sputnik. Aİİ ölkələrinin liderləri dekabr sammitində İrana təşkilatda müşahidəçi statusunun verilməsi məsələsini müzakirə edəcəklər. Bu barədə Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib.
© Sputnik / Murad OrujovDmitri Volvaç
Заседание межправкомиссии АР и РФ - Sputnik Azərbaycan, 1920, 30.11.2024
Dmitri Volvaç
Onun sözlərinə görə, Avrasiya İqtisadi Komissiyasının şurası bir gün əvvəl yekun hökumətlərarası şuranın və Ali Avrasiya İqtisadi Şurasının gündəliyini təsdiqləyib.

“Qəbul edilən əsas qərarlardan biri İran İslam Respublikasına Avrasiya İqtisadi İttifaqında müşahidəçi dövlət statusunun verilməsi olub. Bu o deməkdir ki, dekabrda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasında bu məsələ müzakirə olunacaq və yəqin ki, ölkələrimizin rəhbərləri tərəfindən bəyəniləcək. Avrasiya İqtisadi İttifaqı müşahidəçi ölkə statusunda bizim üçün mühüm tərəfdaş əlavə etməklə iştirakçı dairəsini genişləndirəcək”, - Volvaб вунши.

Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bundan əvvəl dekabrın 25-də Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasının keçiriləcəyini bildirmişdi. Bu, 2024-cü ildə keçiriləcək ikinci sammit, eləcə də Ermənistanın tələbi ilə Rusiya ərazisində keçirilən ikinci görüş olacaq. Tədbirə Ermənistanın baş naziri Nikol Paşinyan sədrlik edəcək.
İran və Aİİ əməkdaşlığa 2018-ci ildə ticarət-iqtisadi tərəfdaşlıq sazişi imzalamaqla başlayıb. İran və Aİİ arasında azad ticarət zonası haqqında saziş 2018-ci il mayın 17-də Astanada təşkilatın sammitində imzalanıb. Bu saziş tariflərin və ticarət maneələrinin azaldılmasına qapı açdı, həmçinin İran və Aİİ arasında iqtisadi əməkdaşlığın inkişafına təkan verdi.
Ümumiyyətlə, İslam Respublikası ilə təşkilat arasında qarşılıqlı fəaliyyət ticarət maneələrinin azaldılmasına, enerji, nəqliyyat və kənd təsərrüfatı kimi sahələrdə əlaqələrin inkişafına, eləcə də İpək Yolu layihəsi çərçivəsində ticarət yollarının genişləndirilməsinə yönəlib.
İranı Rusiya, Hindistan və digər ölkələrlə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, regionlar arasında logistika və iqtisadi əlaqələrin yaxşılaşdırılması da mühüm elementdir.
EAEU 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Buraya Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.
Kuba, Moldova və Özbəkistana müşahidəçi statusu verilib. Aİİ malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini təmin edən ən böyük iqtisadi birliklərdən biridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Плашка: чечевица - Sputnik Azərbaycan, 1920, 30.11.2024
İNFOQRAFİKA
Azərbaycan hansı Aİİ ölkələrindən mərci idxal edir?
Xəbər lenti
0