Kazak icmasının layihəsi: gənclər Böyük Vətən Müharibəsi qəhrəmanlarını öyrənirlər
19:36 30.11.2024 (Yenilənib: 19:38 30.11.2024)
© Photo : Ruslan SlepcovKazak icması layihəsi: gənclər Böyük Vətən Müharibəsi qəhrəmanlarını öyrənirlər
© Photo : Ruslan Slepcov
Abunə olmaq
Azərbaycan Milli Elmlər Akademiyasının tarixçiləri məktəblilərə həmin illərin qəhrəmanlarının şücaətlərindən, Azərbaycan xalqının şücaətindən, Azərbaycan SSR-in İkinci Dünya müharibəsinə verdiyi töhfələrdən danışıblar.
BAKI, 30 noyabr - Sputnik. Azərbaycan Kazakları İcması ölkəmizin gənclərinin Böyük Vətən Müharibəsi haqqında maarifləndirilməsi məqsədi ilə respublikada “Böyük Vətən Müharibəsi illərinin hərbi məzarlıqlarına” layihəsini təşkil edib. Bu barədə icmanın mətbuat xidməti məlumat yayıb.
Layihə Rusiya Federasiyasının Bakıdakı səfirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib və Rusiyanın qeyri-kommersiya təşkilatları qrant dəstəyi verib.
Layihənin məqsədi hərbi məzarlıqlara ekskursiyalarda iştirak etməklə Azərbaycan gənclərinə vətəndaş mövqeyini və vətənpərvərlik dəyərlərini formalaşdırmaq üçün Böyük Vətən Müharibəsi tarixini öyrənməyə kömək etməkdir.
© Photo : Ruslan Slepcov Azərbaycan Kazakları İcması
Azərbaycan Kazakları İcması
© Photo : Ruslan Slepcov
Təşəbbüs çərçivəsində Sumqayıt şəhər orta məktəbinin şagirdləri kazaklarla birlikdə Sumqayıtda 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin hərbi abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Tədbirdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının tarixçiləri uşaqlara həmin illərin qəhrəmanlarının şücaətlərindən, Azərbaycan xalqının şücaətindən, Azərbaycan SSR-in İkinci Dünya müharibəsinə verdiyi töhfələrdən danışıblar.
© Photo : Ruslan SlepcovAzərbaycan Kazakları İcması
Azərbaycan Kazakları İcması
© Photo : Ruslan Slepcov
Qeyd edək ki, tədbir Azərbaycandan çoxlu sayda insanın döyüşlərdə iştirak etdiyi Stalinqrad yaxınlığında 330 minlik faşist qoşunlarının mühasirəyə alınması ilə bir vaxta təsadüf edib.
Onların arasında 55-ci əlahiddə tank alayının komandiri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, 51-ci Piyada Diviziyasının batareya komandiri Həmzə Sadıqov (“Ölüm Sarayı” adlanan ərazidən əsir götürülmüş uşaqları azad edib, sonra 76-cı Alman Piyada Diviziyasının komandiri general-leytenant Rottenberqin tutulmasında iştirak edib), eləcə də əfsanəvi snayper Balaoğlan Abbasov. B.Abbasovun hazırlaşdırdığı snayperlər 40 günlük döyüşlərdə 615 alman əsgər və zabitini öldürüblər. O, şəxsən düşmənin 106 hərbçisini məhv edib.
© Photo : Ruslan SlepcovAzərbaycan Kazakları İcması və məktəblilər
Azərbaycan Kazakları İcması və məktəblilər
© Photo : Ruslan Slepcov
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.