Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Çoxqütblü dünyanı qoruyanlar: Rusiya-KXDR hərbi əməkdaşlığı Qərbi niyə narahat edir?

© Sputnik / Кристина Кормилицына / Mediabanka keçidRusiya və KXDR bayraqları
Rusiya və KXDR bayraqları - Sputnik Azərbaycan, 1920, 30.11.2024
Abunə olmaq
Moskva və Pxenyanın hərbi sahədə əməkdaşlığı çoxqütblü dünyanın formalaşdırılması istiqamətində atılan ciddi addımdır.
BAKI, 30 noyabr — Sputnik. Rusiyanın Müdafiə naziri Serqey Belousovun KXDR-a səfəri qərbdə ciddi təşvişə səbəb olub. Qərb siyasətçiləri iddia edirlər ki, Pxenyan Moskvaya silah və sursat tədarükünü həyata keçirir. Bundan əlavə, son zamanlar yayımlanan məlumatlarda bildirilir ki, Kim Çen In Rusiyaya yardım məqsədi ilə Koreya hərbçilərini bu ölkəyə göndərib. Məsələni dəqiq təsdiq edən məlumat olmasa da, məsələ müxtəlif platformalarda ciddi müzakirə olunur.
Bütün bu məsələlər Ukraynada cərəyan edən hadisələr prizmasında müzakirə olunsa, onların qlobal proseslərə də önəmli təsiri var. Amma başlayaq elə birinci məsələdən.
Ukraynadakı vəziyyət
2022-ci ilin fevralından etibarən Rusiya ilə Ukrayna arasında şiddətli döyüşlər davam edir. Münaqişənin başlanmasından cəmi 1 ay sonra tərəflər sülh razılaşmasının əldə olunmasına yaxınlaşalar da, Qərbin siyasi liderləri Türkiyənin vasitəçiliyi sayəsində əldə oluna biləcək razılaşmanın reallaşmasına imkan vermədilər. Nəticədə hərbi əməliyyatlar davam etdirildi və getdikcə daha şiddətli forma aldı.
İlk gündən aydın idi ki, Ukrayna ordusu Rusiyanın həmləsi qarşısında aciz durumda qalır. Nə onların hərbi hazırlığı, nə də ki silah və sursat təchizatı ciddi müqavimət üçün kifayət etmirdi. Amma fürsətdən yararlanmaq eşqinə düşən Qərb, müqavimətin gücləndirilməsi, ən əsası isə Rusiya ordusu və iqtisadiyyatının zəifləndirilməsi üçün işə keçdi. Qısa zaman ərzində Qərb ölkələri ukraynalılara müxtəlif silahların verilməsini təşkil etdilər.
Adi kaska və binokllarla (lap Ermənistanda olduğu kimi) başlayan təchizat, daha sonra tank əleyhinə raketlər, hava hücumundan müdafiə qurğuları, sovet dövrünün istehsalı olan təyyarələr və nəhayət bu ildən etibarən F-16 qırıcılarının Kiyevə təqdim olunması ilə nəticələndi. Hazırda isə uzaqmənzilli raketlər təqdim olunur və onlarla Rusiya ərazisinə zərbələrin endirilməsinə icazə verilib.
Ukraynada əsir götürülən və həlak olanlar arasında, əsasən Qərb ölkələrindən olan çoxlu sayda muzdlu döyüşçü də aşkar edilib. Etiraf edilir ki, bu raketlər vasitəsilə dəqiq nişan almaq və atəş açmaq üçün qərb mütəxəssislərinin prosesdə iştirakı mütləqdir. Göründüyü kimi, Qərb bu münaqişədə tərəf olaraq birmənalı şəkildə iştirak edir.
Rusiyanın müttəfiqləri varmı?
Rusiya isə üzün müddət təkbaşına bu koalisiyaya qarşı mübarizə aparıb. Daha sonra Qərb mətbuatında İran istehsalı olan PUA-ların Rusiya ordusuna verilməsi, ÇXR-in guya hərbi yardım göstərməsi, KXDR-nın küllü miqdarda top mərmisini Moskvaya göndərməsi haqqında məlumatlar dərc olunmağa başladı. Bu faktların heç biri öz təsdiqini tapmasa da, söz-söhbət davam edir.
Adı çəkilən ölkələrlə Rusiyanın yaxşı münasibətləri olsa da, heç biri ilə müttəfiqlik haqqında sazişi yox idi. Onları birləşdirən əsasən siyasi məcburiyyət idi. Tərəflər Qərbin birliyi və təzyiqi qarşısında təkbaşına davam gətirməyin getdikcə çətinləşdiyini aydın görürdülər. Nəticədə müxtəlif iqtisadi birliklər çərçivəsində (Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS və s.) əməkdaşlığın genişlənməsi üçün zəmin yaradıldı. Amma bundan təşvişə düşən Qərb daha aqressiv əməllərə əl atdı ki, hazırda dünya məhz onun nəticəsi ilə üz-üzədir.
Ukraynadakı vəziyyətin çoxqütblü dünyanın formalaşmasında rolu
Ukraynadakı münaqişə açıq-aşkar göstərdi ki, Qərb heç bir alternativ güc mərkəzlərinin yaranmasına imkan vermək niyyətində deyil. Yəni yeni münasibətlər yalnız onların müqavimətini qırmaqla mümkün ola bilər.
Nəzərə alsaq ki, iqtisadi müstəqilliyə və dollar təcavüzünün qarşısını almağa çalışan qüvvələrə qarşı Qərb proksi-qüvvələr vasitəsilə hərbi təzyiq göstərməkdən belə çəkinmir, iqtisadi müstəqilliyin hərbi gücə söykənməli olduğu zərurəti aşkar şəkildə gündəmdədir. Qərb üçün acınacaqlı xəbər isə ondan ibərətdir ki, onların bu siyasətinin mahiyyətini dərk edən ölkələrin sayı getdikcə artmaqdadır.
Bu prizmadan yanaşdıqda, Rusiya Federasiyası ilə KXDR arasında bu il iyunun 19-da imzalanan hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinin əhəmiyyəti xüsusilə dərk edilir. Axı bu müqavilənin əsas müddəalarından birində deyilir ki, "tərəflərdən biri bir və ya bir neçə dövlətin silahlı hücumu səbəbindən müharibə vəziyyətində olarsa, digər tərəf BMT Nizamnaməsinin 51-ci maddəsinə, KXDR və Rusiya Federasiyasının qanunlarına uyğun olaraq əlindəki bütün vasitələrlə dərhal ona hərbi yardım göstərəcəkdir."
Hələ ki bu müqavilə hərbi sahədə Qərbə birgə ciddi müqavimət göstəriləcəyini ifadə edən ilk ikitərəfli saziş olsa da, prosesin artıq başladığını işarə edir. Parallel olaraq KTMT daxilində münasibətlərin inkişaf etdirilməsi də yeni reallıqların formalaşmasından xəbər verir. Belousovun Pxenyan səfəri də bu əməkdaşlığa və onun qlobal proseslərə göstərə biləcək əhəmiyyətə nə qədər yüksək önəm verilməsini göstərir. Qaldı ki onun hərbi əməkdaşlığa verəcəyi töhfəyə, bu haqda dünya yalnız tərəflərin bildirmək istədiyi qədər məlumat alacaq.
Belə görünür ki, dünya çoxqütblü quruluşa doğru daha bir ciddi atdım atıb. Bunu həm Qərbdə, həm Şərqdə, həm də Qlobal Cənubda nəzərə almaq zorundadırlar.
Xəbər lenti
0