CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu peyvənd xərçəngin yenidən baş qaldırma riskini azaldacaq

© AP Photo / Franka BrunsXərçəng xəstəsi olan qadın, arxiv
Xərçəng xəstəsi olan qadın, arxiv - Sputnik Azərbaycan, 1920, 30.11.2024
Abunə olmaq
Xəstələr ilk dərmanı 2024-cü ilin sonu - 2025-ci ilin əvvəlində ala biləcəklər.
BAKI, 30 noyabr — Sputnik. Rusiyanın Federal Tibbi və Bioloji Agentliyin rəhbəri Veronika Skvortsova gələn ildən xəstələrin müalicəsində istifadə edilməyə başlanacaq ilk Rusiya xərçəng peyvəndinin yaradılmasını elan edib. Bu barədə "aif.ru" saytı yazıb.
Rusiyanın Bloxin adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzinin direktor müavini Aleksandr Petrovski "360"la söhbətində bu dərmanın xüsusiyyətlərindən danışıb.
Onun sözlərinə görə, vaksinlərdən istifadə ənənəvi üsullardan fərqlənən xərçəng terapiyasına fərqli yanaşmanı ifadə edir. Belə ki, ilkin şişi çıxarılan xəstələrdə peyvəndlər profilaktik məqsədlər üçün istifadə olunur, onların vəzifəsi residiv ehtimalını azaltmaq və xəstəliyin geri qayıtmasının qarşısını almaqdır. Bu cür dərmanları adi peyvəndlərlə müqayisə etmək olmaz.

"Yəni, bu o demək deyil ki, bir dəfə peyvənd olundunuz və xərçəngdən birdəfəlik canınız qurtardı. Bu, tamam başqa ideologiyadır", - mütəxəssis dəqiqləşdirib.

Ekspert qeyd edib ki, xərçəngə qarşı universal profilaktik peyvəndin yaradılması hələlik mümkün deyil. Hər bir peyvənd xüsusi bir xəstə və müəyyən bir şiş növü üçün fərdi olaraq hazırlanır.
"Hələlik söhbət xəstəliyin riskini azaltmaqdan deyil, müəyyən bir xəstədə mövcud olan şişin müalicəsindən gedir", - onkoloq vurğulayıb.
Daha əvvəl bildirilmişdi ki, Rusiya xərçəngə qarşı peyvəndin yaradıcıları könüllülərin işə götürülməsini elan ediblər. Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin bildirib ki, xəstələr ilk dərmanı 2024-cü ilin sonu - 2025-ci ilin əvvəlində alacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0