Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycan diplomunun İranda tanınmaması faciə deyil - Ekspert

© Photo : REPORTBakalavr əlində qırmızı diplom tutub
Bakalavr əlində qırmızı diplom tutub - Sputnik Azərbaycan, 1920, 30.11.2024
Abunə olmaq
İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən bildiriblər ki, Azərbaycan ali məktəblərində bakalavr və magistratura pillələrində təhsil alanların diplomları tanınsa da, elmi dərəcələr üzrə diplomlar etibarsız sayılır.
BAKI, 30 noyabr — Sputnik. "İranda Azərbaycan ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələri üzrə verdikləri diplomlar tanınır. Biz diplomların tanınmasına selektiv baxırıq".
Bunu Sputnik Azərbaycan-ın İranın Azərbaycan ali təhsil müəssisələrinin diplomlarını etibarsız sayması ilə bağlı sorğusuna cavabda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İnformasiya və insan resursları şöbəsinin müdiri Rövşən Nəzərov söyləyib.
R.Nəzərov deyib ki, elmi dərəcələr və doktorantura məsələsi isə TKTA-nın səlahiyyətləri xaricindədir.
Qeyd edək ki, Azərbaycan ali təhsil müəssisələrinin doktorluq və tibbi dərəcələr üzrə verdiyi diplomlar İranda etibarsız sayılır. "Mehr" agentliyinin bir neçə gün öncə yaydığı xəbərə görə, bu barədə İranın Elm və Səhiyyə Nazirliyinin nümayəndəsi Hamed Təkfi bildirib.
Onun sözlərinə görə, xarici universitetlərin qiymətləndirilməsində əsas meyarlardan biri qlobal reytinq sistemlərindən istifadə edilməsidir:

"Dünya universitetləri bizim meyarlarımıza uyğun olaraq sıralanırsa, onlar qəbul etdikləri qiymətləndirmə sistemimizə daxil edilirlər".

H.Təkfi bildirib ki, bu qiymətləndirmədə universitetlər üç qrupa bölünür: A (premium universitetlər) və B (yaxşı universitetlər) tələbənin doktorantura səviyyəsinə qədər oxuduğu halda təsdiq üçün heç bir maneə olmayan universitetlərdir:

"Ancaq C (orta universitetlər) tələbələrin magistratura səviyyəsinə qədər təhsil ala bildiyi universitetlərdir. Onlar orada doktoranturada oxuyurlarsa, bunu qiymətləndirmək mümkün deyil".

Nazirliyin nümayəndəsi qeyd edib ki, "Azərbaycan universitetləri dünya reytinq siyahısında yüksək yer tutmur, yalnız bir sıra universitetlərinin C (orta) reytinqi var".
Nümayəndə bu universitetlərin yalnız bakalavr və magistr dərəcələri üçün yararlı olduğunu vurğulayıb.
"Mehr"ə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin Təhsil Xidmətləri Mərkəzinin verdiyi məlumata görə, Azərbaycan Respublikası universitetləri tibb elmləri üzrə İranda akkreditasiyadan keçmədiyi üçün qiymətləndirilmir.
İranın Azərbaycandakı səfirliyindən də Sputnik Azərbaycan-a bildiriblər ki, Azərbaycanın doktorluq və tibbi dərəcələr üzrə verdiyi diplomlar İranda tanınmır. Səfirlikdən onu da əlavə ediblər ki, İranda tibb üzrə bakalavr təhsili həkim işləmək üçün kifayət deyil. Həkimlər mütləq tibb sahəsi üzrə baza təhsildən sonra öz ixtisasları üzrə əlavə təhsil almalıdırlar. İran isə tibbi dərəcələr üzrə Azərbaycanın verdiyi diplomları tanımır. Digər sahələr üzrə Azərbaycan ali məktəblərində bakalavr və magistratura pillələrində təhsil alanların diplomları tanınsa da, elmi dərəcələr üzrə diplomlar etibarsız sayılır.
Azərbaycanda verilən elmi dərəcələrin İranda tanınmamasına gəlincə, Ali Attestasiya Komissiyasından sorğumuza 10 iş günü açıqlama veriləcəyini bildirdilər.
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda da xarici ölkələrin diplomlarının tanınması ilə bağlı qaydalar mövcuddur.
© Sputnik / Murad Orujovİlqar Orucov
Ответственный секретарь Общественного совета при министерстве образования Ильгар Оруджев - Sputnik Azərbaycan, 1920, 30.11.2024
İlqar Orucov
İ.Orucov deyib ki, Azərbaycandan kifayət qədər məzunu dünyanın nüfuzlu ölkələrində çalışır.

"Azərbaycanın kifayət qədər məzunu var ki, ölkəmizdə bakalavr və magistratura üzrə təhsil aldıqdan sonra dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsillərini davam etdirirlər. Azərbaycanda tibb təhsili aldıqdan sonra xarici ölkələrdə işləyən, təhsillərini davam etdirənlər də az deyil. Amma İranla bağlı məsələdə həmin ölkənin diplomların tanınması üzrə şərtləri və qaydaları ilə tanış olmaq lazımdır", - deyə İlqar Orucov bildirib.

Ekspert deyib ki, Azərbaycan təhsil standartlarının Avropa təhsil standartlarına keçidi istiqamətində iş aparılır:
"Azərbaycan diplomunun İranda tanınmaması faciə deyil. Azərbaycan Tibb Universitetində kifayət qədər iranlı tələbə təhsil alır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0