https://sputnik.az/20241129/xususi-ve-xidmeti-pasport-sahibleri-de-hecc-ziyareti-ucun-viza-almalidir-469087077.html
Xüsusi və xidməti pasport sahibləri də Həcc ziyarəti üçün viza almalıdır
Xüsusi və xidməti pasport sahibləri də Həcc ziyarəti üçün viza almalıdır
Sputnik Azərbaycan
Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatik, xüsusi və xidməti pasport sahiblərini qısamüddətli vizadan qarşılıqlı azad edəcək. 29.11.2024, Sputnik Azərbaycan
2024-11-29T13:48+0400
2024-11-29T13:48+0400
2024-11-29T13:49+0400
həcc
cəmiyyət
səudiyyə ərəbistanı
səməd seyidov
milli məclis
https://cdnn1.img.sputnik.az/img/42297/73/422977398_0:0:2661:1498_1920x0_80_0_0_6a83c8053531fbc3b6637968a008a4ce.jpg
BAKI, 29 noyabr— Sputnik. Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatik, xüsusi və xidməti pasport sahiblərini qısamüddətli vizadan qarşılıqlı azad edəcək. Bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə" qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, diplomatik, xüsusi və xidməti pasport sahibləri belə Həcc ziyarəti üçün viza almalıdırlar: "Mənə çox sayda suallar gəlirdi ki, Səudiyyə Ərəbistanı iki müqəddəs məkanın olduğu ölkədir və qeyd edilən saziş əsasında həmin pasport sahiblərinin aldıqları viza ilə ziyarətə getmələri mümkün olacaqmı? Sazişdə birbaşa istinad olunub ki, ziyarət üçün ayrı viza lazımdır. Bununla bağlı müzakirələr gedib və hesab edirəm ki, düzgün qərar qəbul olunub. Diplomatik, xüsusi və xidməti pasportla ölkələr arasında əlaqələrin genişləndirilməsi, müzakirələrin aparılması üçün işçi səfərləri həyata keçirilir. Başqa səfərlər isə ümumvətəndaş pasportu və xüsusi viza tələbi olan məsələdir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42297/73/422977398_248:0:2641:1795_1920x0_80_0_0_fbf81914270be4a541de39057adbe5ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
həcc, səudiyyə ərəbistanı, səməd seyidov, milli məclis
həcc, səudiyyə ərəbistanı, səməd seyidov, milli məclis
Xüsusi və xidməti pasport sahibləri də Həcc ziyarəti üçün viza almalıdır
13:48 29.11.2024 (Yenilənib: 13:49 29.11.2024) Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatik, xüsusi və xidməti pasport sahiblərini qısamüddətli vizadan qarşılıqlı azad edəcək.
BAKI, 29 noyabr— Sputnik. Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatik, xüsusi və xidməti pasport sahiblərini qısamüddətli vizadan qarşılıqlı azad edəcək.
Bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə" qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, diplomatik, xüsusi və xidməti pasport sahibləri belə Həcc ziyarəti üçün viza almalıdırlar:
"Mənə çox sayda suallar gəlirdi ki, Səudiyyə Ərəbistanı iki müqəddəs məkanın olduğu ölkədir və qeyd edilən saziş əsasında həmin pasport sahiblərinin aldıqları viza ilə ziyarətə getmələri mümkün olacaqmı? Sazişdə birbaşa istinad olunub ki, ziyarət üçün ayrı viza lazımdır. Bununla bağlı müzakirələr gedib və hesab edirəm ki, düzgün qərar qəbul olunub. Diplomatik, xüsusi və xidməti pasportla ölkələr arasında əlaqələrin genişləndirilməsi, müzakirələrin aparılması üçün işçi səfərləri həyata keçirilir. Başqa səfərlər isə ümumvətəndaş pasportu və xüsusi viza tələbi olan məsələdir".