https://sputnik.az/20241129/serbest-yataqlardaki-tebii-qazin-islenmesi-qanunilesdi-469087205.html
Sərbəst yataqlardakı təbii qazın işlənməsi qanuniləşdi
Sərbəst yataqlardakı təbii qazın işlənməsi qanuniləşdi
Sputnik Azərbaycan
Qiymətləndirmə quyusundan hasil ediləcək qaz SOCAR-a satılacaq. Digər laylar və yataqlar üzrə investisiya qərarları sonrakı illərdə İkinci Qoşmada qeyd olunan... 29.11.2024, Sputnik Azərbaycan
2024-11-29T20:18+0400
2024-11-29T20:18+0400
2024-11-29T20:18+0400
milli məclis
neft-qaz
podratçı
qaz
xəzər dənizi
"azəri-çıraq-günəşli" (açg) yataqlar bloku
"günəşli" yatağı
azəri-çıraq-günəşli yataqlar bloku
socar
https://cdnn1.img.sputnik.az/img/40324/56/403245622_0:0:1800:1014_1920x0_80_0_0_d825fc68d136405a547658f5f5a9beae.jpg
BAKI, 29 noyabr— Sputnik. Milli Məclisin iclasında "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma"nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsinə baxılıb. Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, bu sənəd 1994-cü il 20 sentyabrda imzalanan "Əsrin müqaviləsi" ilə başlanan işlərin davamı olaraq, həmin müqavilə çərçivəsində formalaşmış beynəlxalq konsorsiumun əsas iştirakçıları ilə birlikdə yaşıl enerjiyə keçid enerjisi olan təbii qazın hasilatı və pay bölgüsü ilə bağlı məsələləri əhatə edir. Komitə sədri qeyd edib ki, tərəfdaş şirkətlər sırasında "Azərbaycan (ACG) Limited", "BP", "Şevron", "Ekson", "İtoçu", "Türkiye Petrolleri" və digər şirkətlər yer tutur. Həmin Sazişin 15.2-ci maddəsində qeyd edilir ki, Dövlət Neft Şirkəti (SOCAR) Azəri, Çıraq və Günəşli yataqlarında hasilatın pay bölgüsü Sazişi üzrə bütün sərbəst təbii qaz yataqlarının kəşfiyyatını və işlənməsini həyata keçirmək üzrə müstəsna hüquqa malikdir. Əgər SOCAR hər hansı üçüncü tərəflər və ya hər hansı podratçı tərəf(lər) ilə sərbəst təbii qaz yataqlarının işlənməsini qərara alarsa, o zaman tərəflər bu cür işlənmə üçün şərtləri və müddəaları razılaşdırmalıdırlar. Hazırki razılaşma məhz bu çərçivədə hazırlanıb və 2024-cü il avqustun 1-də tərəflər arasında Sazişə İkinci Qoşma olaraq imzalanıb. "Beləliklə, bu layihə sərbəst təbii qaz yataqlarındakı hasil edilməmiş qaz və maye karbohidrogenlərin işlənməsini nəzərdə tutur. Eyni zamanda qərara alınıb ki, layihə mövcud podratçı şirkətlərlə birgə işlənsin. İkinci Qoşma hazırlanarkən mövcud digər qaz layihələri sazişlərindəki əsas kommersiya və fiskal şərtlər əsas götürülüb, eləcə də onların həyata keçirilməsinin müsbət təcrübəsindən istifadə edilib", komitə sədri bildirib. Bildirilib ki, podratçı tərəflər qarşısında qaz layları üzrə bir sıra öhdəliklər qoyulub. Belə ki, podratçı tərəflər qiymətləndirmə quyularının qazılması ilə bağlı yekun investisiya qərarlarını qəbul etməli, marketinq işlərini aparmalı, vahid işlənmə proqramlarını hazırlayıb təsdiq üçün SOCAR-a təqdim etməli, habelə ilk qazın hasilatının təmin edilməsi ilə bağlı müəyyən tədbirlər görməlidirlər. Podratçının üzərinə qoyulmuş öhdəliklər müqavilədə müəyyən edilmiş müddətlər ərzində yerinə yetirilmədiyi təqdirdə, xüsusilə podratçı müəyyən yataqlarla bağlı müsbət investisiya qərarı qəbul etmədiyi təqdirdə SOCAR birtərəfli şəkildə podratçıdan həmin laylardan imtina etməsini tələb etmək hüququna malikdir. Qeyd edilib ki, qiymətləndirmə quyusundan hasil ediləcək qaz SOCAR-a satılacaq. Digər laylar və yataqlar üzrə investisiya qərarları sonrakı illərdə İkinci Qoşmada qeyd olunan müddətlər ərzində veriləcək. Bu qanunun qəbulu ilə biz sənədin hüquqi statusunu müəyyən etmiş olacağıq. Müzakirələrdən sonra "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma"nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanunun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40324/56/403245622_102:0:1711:1207_1920x0_80_0_0_e339975df444323b3f84d1df446cf4ee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, podratçı, qaz, xəzər dənizi, "azəri-çıraq-günəşli" (açg) yataqlar bloku, "günəşli" yatağı, azəri-çıraq-günəşli yataqlar bloku, socar
milli məclis, podratçı, qaz, xəzər dənizi, "azəri-çıraq-günəşli" (açg) yataqlar bloku, "günəşli" yatağı, azəri-çıraq-günəşli yataqlar bloku, socar
Sərbəst yataqlardakı təbii qazın işlənməsi qanuniləşdi
Qiymətləndirmə quyusundan hasil ediləcək qaz SOCAR-a satılacaq. Digər laylar və yataqlar üzrə investisiya qərarları sonrakı illərdə İkinci Qoşmada qeyd olunan müddətlər ərzində veriləcək.
BAKI, 29 noyabr— Sputnik. Milli Məclisin iclasında "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma"nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsinə baxılıb.
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, bu sənəd 1994-cü il 20 sentyabrda imzalanan "Əsrin müqaviləsi" ilə başlanan işlərin davamı olaraq, həmin müqavilə çərçivəsində formalaşmış beynəlxalq konsorsiumun əsas iştirakçıları ilə birlikdə yaşıl enerjiyə keçid enerjisi olan təbii qazın hasilatı və pay bölgüsü ilə bağlı məsələləri əhatə edir.
Komitə sədri qeyd edib ki, tərəfdaş şirkətlər sırasında "Azərbaycan (ACG) Limited", "BP", "Şevron", "Ekson", "İtoçu", "Türkiye Petrolleri" və digər şirkətlər yer tutur. Həmin Sazişin 15.2-ci maddəsində qeyd edilir ki, Dövlət Neft Şirkəti (SOCAR) Azəri, Çıraq və Günəşli yataqlarında hasilatın pay bölgüsü Sazişi üzrə bütün sərbəst təbii qaz yataqlarının kəşfiyyatını və işlənməsini həyata keçirmək üzrə müstəsna hüquqa malikdir. Əgər SOCAR hər hansı üçüncü tərəflər və ya hər hansı podratçı tərəf(lər) ilə sərbəst təbii qaz yataqlarının işlənməsini qərara alarsa, o zaman tərəflər bu cür işlənmə üçün şərtləri və müddəaları razılaşdırmalıdırlar. Hazırki razılaşma məhz bu çərçivədə hazırlanıb və 2024-cü il avqustun 1-də tərəflər arasında Sazişə İkinci Qoşma olaraq imzalanıb.
"Beləliklə, bu layihə sərbəst təbii qaz yataqlarındakı hasil edilməmiş qaz və maye karbohidrogenlərin işlənməsini nəzərdə tutur. Eyni zamanda qərara alınıb ki, layihə mövcud podratçı şirkətlərlə birgə işlənsin. İkinci Qoşma hazırlanarkən mövcud digər qaz layihələri sazişlərindəki əsas kommersiya və fiskal şərtlər əsas götürülüb, eləcə də onların həyata keçirilməsinin müsbət təcrübəsindən istifadə edilib", komitə sədri bildirib.
Bildirilib ki, podratçı tərəflər qarşısında qaz layları üzrə bir sıra öhdəliklər qoyulub. Belə ki, podratçı tərəflər qiymətləndirmə quyularının qazılması ilə bağlı yekun investisiya qərarlarını qəbul etməli, marketinq işlərini aparmalı, vahid işlənmə proqramlarını hazırlayıb təsdiq üçün SOCAR-a təqdim etməli, habelə ilk qazın hasilatının təmin edilməsi ilə bağlı müəyyən tədbirlər görməlidirlər.
Podratçının üzərinə qoyulmuş öhdəliklər müqavilədə müəyyən edilmiş müddətlər ərzində yerinə yetirilmədiyi təqdirdə, xüsusilə podratçı müəyyən yataqlarla bağlı müsbət investisiya qərarı qəbul etmədiyi təqdirdə SOCAR birtərəfli şəkildə podratçıdan həmin laylardan imtina etməsini tələb etmək hüququna malikdir.
Qeyd edilib ki, qiymətləndirmə quyusundan hasil ediləcək qaz SOCAR-a satılacaq. Digər laylar və yataqlar üzrə investisiya qərarları sonrakı illərdə İkinci Qoşmada qeyd olunan müddətlər ərzində veriləcək. Bu qanunun qəbulu ilə biz sənədin hüquqi statusunu müəyyən etmiş olacağıq.
Müzakirələrdən sonra "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma"nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanunun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.