https://sputnik.az/20241129/qazaxistan-kend-teserrufati-mehsullari-ucun-anbar-qebzleri-barede-a-sazisini-tesdiqleyib-469085256.html
Qazaxıstan kənd təsərrüfatı məhsulları üçün anbar qəbzləri barədə Aİİ sazişini təsdiqləyib
Qazaxıstan kənd təsərrüfatı məhsulları üçün anbar qəbzləri barədə Aİİ sazişini təsdiqləyib
Sputnik Azərbaycan
Yeni normalar anbar qəbzlərinin sabit dövriyyəsinin təmin edilməsinə və onların sahiblərinin maliyyə resurslarına çıxışın yaxşılaşdırılmasına yönəlib. 29.11.2024, Sputnik Azərbaycan
2024-11-29T20:45+0400
2024-11-29T20:45+0400
2024-11-29T20:45+0400
anbar
iqtisadiyyat
aii
avrasiya iqtisadi ittifaqı
qazaxıstan
taxıl
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0f/468773665_0:0:3000:1688_1920x0_80_0_0_83f904d49921a7dd3c2594103786f07c.jpg
BAKI, 29 noyabr — Sputnik. Qazaxıstan Parlamentinin Senatı "Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində kənd təsərrüfatı məhsulları üçün anbar qəbzlərinin verilməsi, dövriyyəsi və ödənilməsi qaydaları haqqında Sazişin ratifikasiyası haqqında" qanunu təsdiqləyib. Bu barədə ölkə Senatının mətbuat xidməti məlumat yayıb. "Senatorlar Avrasiya İqtisadi İttifaq çərçivəsində kənd təsərrüfatı məhsullarına anbar qəbzlərinin verilməsi, dövriyyəsi və ödənilməsi qaydaları haqqında Sazişi təsdiqləyiblər. Anbar şəhadətnaməsi - malların anbarda saxlanması üçün qəbulunu təsdiq edən qiymətli sənəddir", - Qazaxıstan Respublikası Senatının "Telegram" kanalında dərc olunan məlumatda deyilir. Bildirilir ki, yeni normalar anbar qəbzlərinin sabit dövriyyəsini təmin etmək və onların sahibləri üçün maliyyə resurslarına çıxışını yaxşılaşdırmaq məqsədi daşıyır. Qazaxıstan Senatı qeyd edib ki, bu, aqrar sənayenin gəlirliliyini artıracaq və Aİİ ölkələrinin məsafə uzaqlığı şəraitində xüsusilə vacib olan kənd təsərrüfatı mallarının elektron ticarətinin inkişafını stimullaşdıracaqdır. "Saziş taxıl qəbzlərinin dövriyyəsi və tənzimlənməsi sahəsində Qazaxıstanın təcrübəsi əsasında hazırlanıb. Həmçinin anbar qəbzlərinin və anbarların milli reyestrlərinin formalaşdırılması da nəzərdə tutulub", məlumatda deyilir. Aİİ 2015-ci il yanvarın 1-dən qüvvədə olan beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Bura Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Kuba, Moldova və Özbəkistana müşahidəçi statusu verilib. Aİİ malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini təmin edən ən böyük iqtisadi birliklərdən biridir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/0f/468773665_293:0:2718:1819_1920x0_80_0_0_37f6bc1fd4d656ef99ad67985d182b67.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
anbar, aii, avrasiya iqtisadi ittifaqı, qazaxıstan, taxıl
anbar, aii, avrasiya iqtisadi ittifaqı, qazaxıstan, taxıl
Qazaxıstan kənd təsərrüfatı məhsulları üçün anbar qəbzləri barədə Aİİ sazişini təsdiqləyib
Yeni normalar anbar qəbzlərinin sabit dövriyyəsinin təmin edilməsinə və onların sahiblərinin maliyyə resurslarına çıxışın yaxşılaşdırılmasına yönəlib.
BAKI, 29 noyabr — Sputnik. Qazaxıstan Parlamentinin Senatı "Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində kənd təsərrüfatı məhsulları üçün anbar qəbzlərinin verilməsi, dövriyyəsi və ödənilməsi qaydaları haqqında Sazişin ratifikasiyası haqqında" qanunu təsdiqləyib.
Bu barədə ölkə Senatının mətbuat xidməti məlumat yayıb.
"Senatorlar Avrasiya İqtisadi İttifaq çərçivəsində kənd təsərrüfatı məhsullarına anbar qəbzlərinin verilməsi, dövriyyəsi və ödənilməsi qaydaları haqqında Sazişi təsdiqləyiblər. Anbar şəhadətnaməsi - malların anbarda saxlanması üçün qəbulunu təsdiq edən qiymətli sənəddir", - Qazaxıstan Respublikası Senatının "Telegram" kanalında dərc olunan məlumatda deyilir.
Bildirilir ki, yeni normalar anbar qəbzlərinin sabit dövriyyəsini təmin etmək və onların sahibləri üçün maliyyə resurslarına çıxışını yaxşılaşdırmaq məqsədi daşıyır. Qazaxıstan Senatı qeyd edib ki, bu, aqrar sənayenin gəlirliliyini artıracaq və Aİİ ölkələrinin məsafə uzaqlığı şəraitində xüsusilə vacib olan kənd təsərrüfatı mallarının elektron ticarətinin inkişafını stimullaşdıracaqdır.
"Saziş taxıl qəbzlərinin dövriyyəsi və tənzimlənməsi sahəsində Qazaxıstanın təcrübəsi əsasında hazırlanıb. Həmçinin anbar qəbzlərinin və anbarların milli reyestrlərinin formalaşdırılması da nəzərdə tutulub", məlumatda deyilir.
Aİİ 2015-ci il yanvarın 1-dən qüvvədə olan beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Bura Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Kuba, Moldova və Özbəkistana müşahidəçi statusu verilib. Aİİ malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini təmin edən ən böyük iqtisadi birliklərdən biridir.