https://sputnik.az/20241129/oresnik-raketinin-istifadesi-barede-bir-de-lukasenkonun-dilinden-esidin--469073120.html
"Oreşnik" raketinin istifadəsi barədə bir də Lukaşenkonun dilindən eşidin
"Oreşnik" raketinin istifadəsi barədə bir də Lukaşenkonun dilindən eşidin
Sputnik Azərbaycan
Belarus Prezidenti deyib ki, "Oreşnik" dünyanı Üçüncü Dünya Müharibəsinin astanasına gətirənlərə dərsini verib. 29.11.2024, Sputnik Azərbaycan
2024-11-29T22:43+0400
2024-11-29T22:43+0400
2024-11-29T22:43+0400
belarus prezidenti aleksandr lukaşenko
dünya xəbərləri
aleksandr lukaşenko
"oreşnik" ballistik raketi
putin
patriarx kirill
atacms
atacms raketləri
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441698146_0:0:3073:1728_1920x0_80_0_0_eecb3069a8bd2913d203d6e529134fe7.jpg
BAKI, 29 noyabr — Sputnik. Rusiyanın "Oreşnik" ballistik raketi dünyanı Üçüncü Dünya Müharibəsinin astanasına gətirənlərin münaqişəni qızışdırmaq istəyini ürəyində qoyub. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalist Pavel Zarubinlə söhbətində deyib. "Dünyanı Üçüncü Dünya Müharibəsinin astanasına gətirənlər, eskalasiyaya can atanlar, artıq yetərincə dərslərini aldılar. Biz bunu medianın açıqlamalarından görürük", Belarus prezidenti vurğulayıb. Lukaşenkonun sözlərinə görə, Rusiya Ukraynada "Oreşnik" raketindən istifadə etdikdən sonra Qərbdə "bir az çaşqınlıq" yaranıb. Belarus prezidenti qeyd edib ki, bu cür raket sistemləri "yaxşı silahlardır". Rusiya Prezidenti Vladimir Putin KTMT sammitində bildirib ki, ən yeni "Oreşnik" hipersəs raketinin kütləvi şəkildə istifadə olunacağı təqdirdə zərbənin gücü nüvə silahı ilə müqayisə oluna bilər. Dövlət başçısı qeyd edib ki, artıq "Oreşnik" sisteminin seriyalı istehsalına başlanılıb. Xatırladaq ki, ABŞ-ın ATACMS və Böyük Britaniyanın "Storm Shadow" uzaqmənzilli raketlərlə Rusiya ərazisindəki hədəflərə hücumlarından sonra Rusiya Prezidenti Vladimir Putin noyabrın 21-də xüsusi çıxış edib. Rusiya lideri bildirib ki, Qərb ölkələrinin hərəkətlərinə cavab olaraq Rusiya ən yeni "Oreşnik" orta mənzilli raket kompleksindən istifadə edərək Dnepropetrovskdakı "Yujmaş" hərbi zavoduna zərbə endirib. Daha əvvəl Moskva və bütün Rusiyanın Patriarxı Kirill də rusiyalı alimlərə "Oreşnik" ballistik raketinin yaradılmasına görə minnətdarlığını bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441698146_113:0:2844:2048_1920x0_80_0_0_0f86e66c21947171299008fbf19772fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
belarus prezidenti aleksandr lukaşenko, aleksandr lukaşenko, "oreşnik" ballistik raketi, putin, patriarx kirill, atacms, atacms raketləri
belarus prezidenti aleksandr lukaşenko, aleksandr lukaşenko, "oreşnik" ballistik raketi, putin, patriarx kirill, atacms, atacms raketləri
"Oreşnik" raketinin istifadəsi barədə bir də Lukaşenkonun dilindən eşidin
Belarus Prezidenti deyib ki, "Oreşnik" dünyanı Üçüncü Dünya Müharibəsinin astanasına gətirənlərə dərsini verib.
BAKI, 29 noyabr — Sputnik. Rusiyanın "Oreşnik" ballistik raketi dünyanı Üçüncü Dünya Müharibəsinin astanasına gətirənlərin münaqişəni qızışdırmaq istəyini ürəyində qoyub.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalist Pavel Zarubinlə söhbətində deyib.
"Dünyanı Üçüncü Dünya Müharibəsinin astanasına gətirənlər, eskalasiyaya can atanlar, artıq yetərincə dərslərini aldılar. Biz bunu medianın açıqlamalarından görürük", Belarus prezidenti vurğulayıb.
Lukaşenkonun sözlərinə görə, Rusiya Ukraynada "Oreşnik" raketindən istifadə etdikdən sonra Qərbdə "bir az çaşqınlıq" yaranıb. Belarus prezidenti qeyd edib ki, bu cür raket sistemləri "yaxşı silahlardır".
Rusiya Prezidenti Vladimir Putin KTMT sammitində bildirib ki, ən yeni "Oreşnik" hipersəs raketinin kütləvi şəkildə istifadə olunacağı təqdirdə zərbənin gücü nüvə silahı ilə müqayisə oluna bilər. Dövlət başçısı qeyd edib ki, artıq "Oreşnik" sisteminin seriyalı istehsalına başlanılıb.
Xatırladaq ki, ABŞ-ın ATACMS və Böyük Britaniyanın "Storm Shadow" uzaqmənzilli raketlərlə Rusiya ərazisindəki hədəflərə hücumlarından sonra Rusiya Prezidenti Vladimir Putin noyabrın 21-də xüsusi çıxış edib. Rusiya lideri bildirib ki, Qərb ölkələrinin hərəkətlərinə cavab olaraq Rusiya ən yeni "Oreşnik" orta mənzilli raket kompleksindən istifadə edərək Dnepropetrovskdakı "Yujmaş" hərbi zavoduna zərbə endirib.
Daha əvvəl Moskva və bütün Rusiyanın Patriarxı Kirill də rusiyalı alimlərə "Oreşnik" ballistik raketinin yaradılmasına görə minnətdarlığını bildirib.