https://sputnik.az/20241129/ktmt-sadece-herbi-terefdasliq-deyil---tokayev-469061624.html
KTMT sadəcə hərbi tərəfdaşlıq deyil - Tokayev
KTMT sadəcə hərbi tərəfdaşlıq deyil - Tokayev
Sputnik Azərbaycan
Qazaxıstan lideri əlavə edib ki, planlaşdırıldığı kimi KTMT-nin nizamnamə orqanlarının iclasları, hərbi təlimlər və qabaqlayıcı əməliyyatlar keçirilib. 29.11.2024, Sputnik Azərbaycan
2024-11-29T08:47+0400
2024-11-29T08:47+0400
2024-11-29T08:47+0400
ktmt
bölgə
kasım-jomart tokayev
qazaxıstan
qazaxıstan respublikası
narkotik
narkotik vasitələr
astana
astana
sammit
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/1c/469061040_0:160:3072:1888_1920x0_80_0_0_fbfb8075a7ae4fa1502ffdbca0c4664f.jpg
BAKI, 29 noyabr — Sputnik. Qazaxıstanın sədrliyi dövründə KTMT qarşısında duran bütün vəzifələr yerinə yetirilib. Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTMT Kollektiv Təhlükəsizlik Şurasının Astanada keçirilən sessiyasında deyib. "KTMT sadəcə hərbi tərəfdaşlıq deyil, o, dövlətlərimizin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün səylərimizi və resurslarımızı birləşdirən unikal mexanizmdir. Böhran vəziyyətlərinə operativ reaksiya mexanizmlərinin səmərəliliyinin artırılması, o cümlədən terrorizm, kiberhücumlar, transmilli cinayətlər və narkotiklərin qanunsuz dövriyyəsi də daxil olmaqla müasir təhlükələrə qarşı mübarizədə təşkilatımızın imkanlarının inkişaf etdirilməsi KTMT-nin qarşısında duran bütün vəzifələrdir. Qazaxıstan Respublikasının sədrliyi dövründə bütün vəzifələr yerinə yetirilib", - Tokayev sessiyanın açılışında bildirib. Qazaxıstan lideri əlavə edib ki, planlaşdırıldığı kimi KTMT-nin nizamnamə orqanlarının iclasları, hərbi təlimlər və qabaqlayıcı əməliyyatlar keçirilib. Kollektiv təhlükəsizliyin cari məsələləri xarici işlər və müdafiə nazirləri tərəfindən əsaslı şəkildə nəzərdən keçirilib, 2024-cü il ərzində təhlükəsizlik şuralarının katibləri və parlament rəhbərləri səviyyəsində görüşlər keçirilib. KTMT liderləri təşkilatın Astanada keçirilən sammitində iştirak edirlər. Astanada KTMT-nin sammiti keçirilir. Tədbirdə təşkilata üzv ölkələrin rəhbərləri iştirak edir. KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir. 2024-cü il yanvarın 1-dən KTMT-yə Qazaxıstan sədrlik edir, 2025-ci ildə sədrlik Qırğızıstana keçəcək.
astana
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/1c/469061040_171:0:2902:2048_1920x0_80_0_0_3291ca9ff09f4f87b8f8730e2d5188f8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ktmt, kasım-jomart tokayev, qazaxıstan, qazaxıstan respublikası, narkotik, narkotik vasitələr, astana, astana, sammit
ktmt, kasım-jomart tokayev, qazaxıstan, qazaxıstan respublikası, narkotik, narkotik vasitələr, astana, astana, sammit
KTMT sadəcə hərbi tərəfdaşlıq deyil - Tokayev
Qazaxıstan lideri əlavə edib ki, planlaşdırıldığı kimi KTMT-nin nizamnamə orqanlarının iclasları, hərbi təlimlər və qabaqlayıcı əməliyyatlar keçirilib.
BAKI, 29 noyabr — Sputnik. Qazaxıstanın sədrliyi dövründə KTMT qarşısında duran bütün vəzifələr yerinə yetirilib. Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTMT Kollektiv Təhlükəsizlik Şurasının Astanada keçirilən sessiyasında deyib.
"KTMT sadəcə hərbi tərəfdaşlıq deyil, o, dövlətlərimizin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün səylərimizi və resurslarımızı birləşdirən unikal mexanizmdir. Böhran vəziyyətlərinə operativ reaksiya mexanizmlərinin səmərəliliyinin artırılması, o cümlədən terrorizm, kiberhücumlar, transmilli cinayətlər və narkotiklərin qanunsuz dövriyyəsi də daxil olmaqla müasir təhlükələrə qarşı mübarizədə təşkilatımızın imkanlarının inkişaf etdirilməsi KTMT-nin qarşısında duran bütün vəzifələrdir. Qazaxıstan Respublikasının sədrliyi dövründə bütün vəzifələr yerinə yetirilib", - Tokayev sessiyanın açılışında bildirib.
Qazaxıstan lideri əlavə edib ki, planlaşdırıldığı kimi KTMT-nin nizamnamə orqanlarının iclasları, hərbi təlimlər və qabaqlayıcı əməliyyatlar keçirilib. Kollektiv təhlükəsizliyin cari məsələləri xarici işlər və müdafiə nazirləri tərəfindən əsaslı şəkildə nəzərdən keçirilib, 2024-cü il ərzində təhlükəsizlik şuralarının katibləri və parlament rəhbərləri səviyyəsində görüşlər keçirilib.
KTMT liderləri təşkilatın Astanada keçirilən sammitində iştirak edirlər.
Astanada KTMT-nin sammiti keçirilir. Tədbirdə təşkilata üzv ölkələrin rəhbərləri iştirak edir. KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir. 2024-cü il yanvarın 1-dən KTMT-yə Qazaxıstan sədrlik edir, 2025-ci ildə sədrlik Qırğızıstana keçəcək.