DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kiprin Yunan administrasiyasının NATO-ya daxil olmaq planları qəbuledilməzdir - Türkiyə MN

© Getty Images / naphtalinaNATO
NATO  - Sputnik Azərbaycan, 1920, 29.11.2024
Abunə olmaq
Türkiyə Müdafiə Nazirliyindəki mənbə vurğulayıb ki, NATO-nun genişləndirilməsi qərarı bütün üzv ölkələrin milli maraqları nəzərə alınmaqla yekdilliklə qəbul edilir.
BAKI, 29 noyabr — Sputnik. Kiprin Yunan administrasiyasının NATO-ya daxil olmaq planları qəbuledilməzdir və regiondakı kövrək tarazlığı poza bilər. Bu barədə jurnalistlərə Türkiyənin Müdafiə Nazirliyindəki mənbə Kipr prezidenti Nikos Xristodulidisin açıqlamalarını şərh edərkən bildirib.
Xristodulidis bundan əvvəl Kiprin ən qısa zamanda NATO-ya üzv olmaq niyyətini açıqlamışdı. O, həmçinin qeyd edib ki, ölkə silahlı qüvvələrinin müasirləşdirilməsi və müttəfiqlik standartlarına uyğunlaşdırılması üçün bütün mövcud resurslardan istifadə edir.
Türkiyə Müdafiə Nazirliyindəki mənbə vurğulayıb ki, NATO-nun genişləndirilməsi qərarı bütün üzv ölkələrin milli maraqları nəzərə alınmaqla yekdilliklə qəbul edilir və indiki mərhələdə Cənubi Kiprin Yunan administrasiyasının NATO-ya üzv olmaq üçün müraciət etməsi Türkiyə üçün qəbuledilməz bir addımdır.
Nikos Xristodulidis oktyabrda ABŞ prezidenti Co Baydenə NATO ilə yaxınlaşma planını təqdim edib, həmçinin Buxarestdə keçirilən Avropa Siyasi Birliyinin sammitində alyansın baş katibi Mark Rutte ilə müzakirə edib.
Əvvəllər Kipr hakimiyyəti etiraf edirdi ki, NATO-ya üzvlük yolunda ciddi maneələr var. Kipri ​​dövlət kimi tanımayan Türkiyə, onun üzvlüyünə istər-istəməz etiraz edəcək. Bundan əlavə, Kipr hələlik alyansın bəzi standartlarına cavab vermir.
Kiprin BMT vasitəçiliyi ilə birləşdirilməsi ilə bağlı danışıqlar dəfələrlə pozulub. 2017-ci ildə İsveçrənin Krans-Montana şəhərində keçirilən sonuncu danışıqlar nəticəsiz başa çatıb.
Kipr türkləri konfederasiyanın tərəfdarıdır, bərabər suverenliyin və beynəlxalq statusun tanınmasını tələb edirlər. Kipr türklərinin lideri Ersin Tatar yalnız bu şərtlər yerinə yetirildiyi təqdirdə danışıqlar masasına qayıdacağını dəfələrlə bəyan edib.
Xəbər lenti
0